Eyvaz Ellezoglu - Wikipedia
Eyvaz Əlləzoğlu (Həsənov Eyvaz Əlləz oğlu; 1956, Muğanlı[d], Qardabani rayonu – 26 fevral 2011) — Azərbaycan yazıçısı.
Eyvaz Əlləzoğlu | |
---|---|
Həsənov Eyvaz Əlləz oğlu | |
Doğum adı | Həsənov Eyvaz Əlləz oğlu |
Doğum tarixi | 1956 |
Doğum yeri |
|
Vəfat tarixi | 26 fevral 2011 |
Uşağı | |
Fəaliyyəti | yazıçı |
Həyatı
redaktəEyvaz Əlləzoğlu 1956-cı ildə Gürcüstan Respublikasının Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olmuş, Tbilisi Pedaqoji İnistitutunun filologiya fakültəsini bitirmişdir. 1980-ci ildən dövrü mətbuatda hekayələri və publisisstik yazıları ilə çıxış edir.
26 fevral 2011-ci ildə vəfat edib.[1]
Fəaliyyəti
redaktəAli təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, "Samqor" qəzetində korrektor kimi fəaliyyət göstərmiş, "Gürcüstan", "Borçalının səsi", "Ekspress" və "Xəzər" mətbu orqanlarında əməkdaşlıq etmişdir.
Publisistik fəaliyyəti dönəmində "Olaylar", "Borçalının səsi", "Ekspress" və digər qəzetlərlə Gürcüstanın siyasi həyatı ilə bağlı analtik yazılar yazmışdır.
1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir.
Ssenarisi əsasında "Ov" cizgi filmi ekranlaşdırılmışdır. Gürcü dilindən Qoderzi Çoxelinin, Revaz İnanişvilinin, Naira Gelaşvilinin və digər müasir gürcü yazıçılarının əsərlərini dilimizə çevirmişdir.
"Əli və Nino" kitab mağazasının təşkil etdiyi Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunmuşdur.
Kitabları
redaktəİstinadlar
redaktə- ↑ "Yazıçı Eyvaz Əlləzoğlu vəfat edib". 2013-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-28.