Evakuasiya Gunu Massacusets - Wikipedia
Evakuasiya_Günü_(Massaçusets) - Haqqında Məlumat
Evakuasiya Günü — 17 martda Massaçusets ştatının Suffolk (Boston, Çelsi, Rever və Vintrop şəhərləri daxil olmaqla) və Somervill qraflığında qeyd olunan bayram. Bu bayram ABŞ İstiqlal müharibəsinin əvvəlində Boston şəhərinin mühasirəsindən sonra Britaniya qoşunlarının evakuasiya edilməsini xatırladır. Məktəblər və dövlət müəssisələri, o cümlədən Suffolk qraflığında bəzi müəssisələr bu gün fəaliyyət göstərmir. 17 mart bazar gününə düşürsə, qeyri-iş günü növbəti bazar ertəsinə keçirilir. Bayram Müqəddəs Patrik Günü ilə üst-üstə düşür ki, bu da onun qeyd olunmasının təbiətinə təsir etmişdir.[1]
İstinadlar
redaktə- ↑ "With A Signature In Green, St. Patrick's Day Became A Holiday". March 12, 2010. March 16, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 15, 2010.