Etoliya - Wikipedia
Etoliya - Haqqında Məlumat
Etoliya (q.yun. Αἰτωλία) — tarixi Orta Yunanıstanın qərb hissəsində vilayət. Şimalda Epirlə, qərbdə Axeloy çayı boyunca Akarnaniya ilə, şərqdə Enida və Lokrida ilə həmsərhəd idi. Əsasən dağlıq vilayət olan Etoliyanın cənub hissəsini Korinf körfəzinin sahilləri təşkil edir. Ən böyük şəhərləri Ferm, Kalidon, Plevrondur. Etoliya uzun müddət öz inkişafında Yunanıstanın digər vilayətlərindən geri qalmış, lakin ellinizm Etoliya ittifaqının mövcudluğu sayəsində etoliyalılar Yunanıstanın siyasi həyatında çox mühüm rol oynamağa başladılar. E.ə. 189-cu ildə Etoliya Roma tərəfindən fəth edilmişdir.[1]
İstinadlar
redaktə- ↑ "ЭТО́ЛИЯ". 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.