Ernst Happel - Wikipedia
Ernst Frants Hermann Happel (29 noyabr 1925[1], Vyana – 14 noyabr 1992, İnsbruk) — keçmiş Avstriya oyunçusu və məşqçisi.
Ernst Happel | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alm. Ernst Happel | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 29 noyabr 1925[1] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 14 noyabr 1992 (66 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | müdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
O, futbol tarixinin sayıb-seçilən məşqçilərindən biri hesab olunur. O, Niderland, Belçika, Almaniya və Avstriyada işləyərkən həmin ölkələrin həm çempionatlarını, həm də kuboklarını qazanmışdır. Bundan başqa, onun çalışdığı klublar 1970 və 1983-cü illərdə Çempionlar Kubokunu qazanmışdır və məşqçi olduğu Niderland millisini 1978 FİFA Dünya Kubokunun finalına qədər çıxarda bilmişdir. O, Çempionlar Kubokunu 2 müxtəlif klub ilə qazanan beş (Karlo Ançelotti, Otmar Hitsfeld, Joze Mourinyo və Yupp Haynkes ilə birlikdə) məşqçidən birinci idi. O, həmçinin ən azı 4 müxtəlif ölkədə yerli çempionatı qazanan altı (Joze Mourinyo, Karlo Ançelotti, Covanni Trapattoni, Tomislav İviç və Erik Gerets ilə birlikdə) məşqçidən biridir.
Oyunçu karyerası
redaktəKlub səviyyəsində
redaktəHappel karyerasına "Rapid Vyana" başlamışdır və 17 yaşındaykən o, debüt etmişdir. Maks Merkel ilə güclü müdafiə tandemini quraraq o, bu klubda 14 il keçirtdi (1943–1954 və 1956–1959) və 6 altı dəfə Avstriya Futbol Bundesliqasının çempionu oldu. 1999-cu ildə tərtib olunan "Rapid" klubunun "Əsrin Heyəti"ndə o, yer almışdır.[2]
O, bundan başqa 2 il Fransanın "Rasinq Paris" klubunda çıxış etmişdir
Milli yığma səviyyəsində
redaktəHappel millidə ilk oyununu 1947-ci ilin sentyabr ayında Macarıstana qarşı keçirtmişdir. O, millinin heyətində İsveçrədə keçirilən 1954 Dünya Kubokunda bürünc medalı qazanmışdır və həmçinin 1958 FİFA Dünya Kubokunda da iştirak etmişdir. Onun millidə sonuncu oyunu 1958-ci ilin sentyabr ayında Yuqoslaviya millisinə qarşı təsadüf etdi. O, 51 oyuna 5 qol vura bilmişdir.[3]
Məşqçi karyerası
redaktəOyunçu karyerasını bitirdikdən sonra Happel bütün zamanların ən yaxşı məşqçilərindən birinə çevrildi. O, dörd ölkə liqasının çempionu oldu. O, həmçinin iki klubla Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qızıl medalına yiyələndi və Niderland miliisi ilə 1978 FİFA Dünya Kubokunda ikinci yeri tutdu. Onun ilk klubu 1962-ci ildə müqavilə imzaladığı "ADO Den Haaq" idi, 1968-ci ildə onunla Niderland kubokunda qalib gəldi. "Den Haaq"dan sonra o, "Feyenoord" klubunda işləməyə başladı və onunla Çempionlar Kuboku (final qarşılaşması "Qlazqou Seltik" ilə idi), 1970-ci ildə Qitələrarası kubok və 1971-ci ildə Niderland çempionatının qalibi oldu.
Argentinada keçirilən 1978 FİFA Dünya Kubokuna Happel Niderland millisinin baş məşqçisi idi. O, komanda ilə birlikdə Argentina millisinə qarşı final oyununa qədər irəlləmişdilər. Çox danışmağı sevməyə Happel oyundan öncə fikirlərini oyunçularına ancaq bir cümlə ilə ifadə etdi: "Cənablar, 2 xal". Lakin Niderland komandası əlavə olunan hissələrdən sonra 3–1 hesabı ilə məğlub oldu.
Məşqçi karyerası boyunca Happel "Sevilya", "Brügge" (7 dəfə Belçika çempionatının qalibi oldu) və "Hamburq" (1982 və 1983-cü ildə Bundesliqa çempionu və 1987-ci il Almaniya Kuboku sahibi) kimi bir neçə klubda çalışmışdır.
1983-cü ildə o, yenidən Çempionlar Kubokunu qazandı. Feynoord ilə zəfərdən 13 il sonra qalibiyyətə gətirdiyi növbəti klub "Hamburq" oldu, rəqib isə "Yuventus" idi. O, 2 fərqli klubla Çempionlar Kubokunu (hazırda Çempionlar Liqası adlanır) udan beş məşqçidən biridir. Digərləri Otmar Hitsfeld ("Borussiya Dortmund" və "Bayern Münhen" ilə), Joze Mourinyo ("Portu" və "İnter" ilə), Yupp Haynkes ("Real Madrid" və "Bayern Münhen" ilə) və Karlo Ançelottidir ("Milan" və "Real Madrid" ilə).
1987-ci ildə Happel "Svarovski Tirol" klubunun məşqçisi qismində Avstriyaya geri döndü. Klubla o, 2 dəfə Avstriya çempionatı (1989 və 1990) qazandı və 1992-ci ildə Avstriya milli futbol komandasının baş məşqçisi təyin edildi.
Şəxsi həyatı
redaktə1938-ci ildə "Rapid Vyana" klubunun bütün gənc oyunçuları avtomatik olaraq Hitleryugend təşkilatının üzvü oldular. Ernst onların mahnıları ilə yanaşı oxumaqdan imtina etdiyini bildirirdi və nəticədə onu toplantılardan qovdular.[4]
1943-cü ildə hərbi xidmətə çağırılaraq Şərq cəbhəsinə göndərildi. Heç vaxt döyüşməsə də, 1945-ci ildə amerikalılar tərəfindən həbs edildi. O, Münhendə qatar vaqonundan atlayaraq qaçdı və Vyanaya qayıtması bir neçə ay çəkdi. Uzaqdan evinin hələ də yerində qaldığını gördüyünü və yenidən "Rapid Vyana"da oynamağa başladığını bəhanə edərək Sovet işğal zonasına girdi.[4]
Ernst Happel heç vaxt evlənmədi. Keçmiş oyunçularından biri Birger Yensen onu bir qədər tənha biri olduğunu və daima əlində siqaret və konyakla gəzən biri kimi təsvir etmişdir.[5] Buna baxmayaraq, Avstriyalı dostlarla görüşürdü və kart oyunları, bilyard və darts oynayırdı.[5]
Vəfatı
redaktəYetkin yaşlarında bərk siqaret çəkən Happel 1992-ci ildə 66 yaşında ağciyər xərçəngindən vəfat etdi. Ölümündən sonra Vyanada yerləşən Avstriyanın ən böyük futbol stadionu Prater stadionunun adı Ernst-Happel olaraq dəyişdirildi. Ölümündən dörd gün sonra Avstriya millisi Almaniyaya qarşı oynadı və 0–0 bərabərə qaldı; Happelin furajkası oyun boyunca ehtiyat oyunçular skamyasında qaldı.
Məşqçilik statistikası
redaktəKlub
redaktəKomanda | Başlama
tarixi |
Bitmə
tarixi |
Yarış | |||||
---|---|---|---|---|---|---|---|---|
P | W | D | L | Win % | ||||
ADO Den Haaq | 26 avqust 1962 | 22 may 1969 | Eredivisie | 222 | 94 | 66 | 62 | 4.234 |
31 | 24 | 5 | 2 | 7.742 | ||||
Avropa Kuboklar Kuboku | 4 | 2 | 0 | 2 | 5.000 | |||
ADO Den Haaq cəmi | 257 | 120 | 71 | 66 | 4.669 | |||
San Fransisko Qolden Geyt Geyls | 28 may 1967 | 1 iyul 1967 | Yunayted Sokker Assosiyasının Qərb Divizyonu | 12 | 5 | 3 | 4 | 4.167 |
San Fransisko Qolden Geyt Geyls cəmi | 12 | 5 | 3 | 4 | 4.167 | |||
Feyenoord | 10 avqust 1969 | 20 may 1973 | Eredivisie | 136 | 101 | 23 | 12 | 7.426 |
Niderland Kuboku | 10 | 5 | 2 | 3 | 5.000 | |||
Qitələrarası kubok | 2 | 1 | 1 | 0 | 5.000 | |||
Avropa Kuboku | 17 | 10 | 4 | 3 | 5.882 | |||
UEFA Kuboku | 21 | 13 | 4 | 4 | 6.190 | |||
Feyenoord cəmi | 186 | 130 | 34 | 22 | 6.989 | |||
Sevilya | 2 sentyabr 1973 | 17 dekabr 1973 | Sequnda Divizyonu | 14 | 5 | 4 | 5 | 3.571 |
Copa del Generalísimo | 1 | 1 | 0 | 0 | 10.000 | |||
Sevilya cəmi | 15 | 6 | 4 | 5 | 4.000 | |||
Brügge | 27 yanvar 1974 | 25 oktyabr 1978 | Birinci divizyon | 166 | 97 | 39 | 30 | 5.843 |
Belçika Kuboku | 19 | 13 | 4 | 2 | 6.842 | |||
Liqa Kuboku | 8 | 5 | 1 | 2 | 6.250 | |||
Avropa Kuboku | 17 | 8 | 3 | 6 | 4.706 | |||
UEFA Kuboku | 12 | 6 | 2 | 4 | 5.000 | |||
Brügge cəmi | 222 | 129 | 49 | 44 | 5.811 | |||
Harelbeke | 11 fevral 1979 | 1 may 1979 | Belçika İkinci Divizyonu | 11 | 6 | 1 | 4 | 5.455 |
Harelbeke cəmi | 11 | 6 | 1 | 4 | 5.455 | |||
Standard Lyej | 29 avqust 1979 | 17 may 1981 | Birinci divizyon | 68 | 38 | 15 | 15 | 5.588 |
Belçika Kuboku | 14 | 12 | 1 | 1 | 8.571 | |||
Belçika Superkuboku | 1 | 0 | 1 | 0 | 000 | |||
UEFA Kuboku | 8 | 4 | 3 | 1 | 5.000 | |||
İntertoto Kuboku | 6 | 2 | 1 | 3 | 3.333 | |||
Standard Lyej cəmi | 97 | 56 | 21 | 20 | 5.773 | |||
Hamburq FK | 8 avqust 1981 | 20 iyun 1987 | Bundesliqa | 204 | 109 | 53 | 42 | 5.343 |
Almaniya Kuboku | 22 | 15 | 2 | 5 | 6.818 | |||
Almaniya Superkuboku | 1 | 0 | 1 | 0 | 000 | |||
Qitələrarası kubok | 1 | 0 | 1 | 0 | 000 | |||
Avropa Kuboku | 11 | 7 | 2 | 2 | 6.364 | |||
UEFA Kuboku | 20 | 10 | 2 | 8 | 5.000 | |||
Hamburq cəmi | 259 | 141 | 61 | 57 | 5.444 | |||
Svarovski Tirol | 18 iyul 1987 | 30 noyabr 1991 | Bundesliqa | 176 | 91 | 45 | 40 | 5.170 |
Avstriya Kuboku | 20 | 15 | 1 | 4 | 7.500 | |||
Avstriya Superkuboku | 3 | 0 | 1 | 2 | 000 | |||
Avropa Kuboku | 8 | 4 | 2 | 2 | 5.000 | |||
Avropa Kuboklar Kuboku | 2 | 1 | 0 | 1 | 5.000 | |||
UEFA Kuboku | 6 | 3 | 1 | 2 | 5.000 | |||
Svarovski Tirol cəmi | 215 | 114 | 50 | 51 | 5.302 | |||
cəmi | 1.274 | 707 | 294 | 273 | 5.549 |
- *Happelin başçılığı ilə keçirilən oyunların tarixləri vəzifəyə rəsmi təyinat tarixləri deyil
Milli yığma komandaları
redaktəKomanda | Başlama tarixi |
Bitmə tarixi |
Nəticələr | ||||
---|---|---|---|---|---|---|---|
Q | Qəl | HH | M | Qalibiyyət % | |||
Niderland | 31 avqust 1977 | 25 iyun 1978 | 12 | 8 | 2 | 2 | 6.667 |
Avstriya | 1 yanvar 1992 | 14 noyabr 1992 | 9 | 2 | 3 | 4 | 2.222 |
Cəmi | 21 | 10 | 5 | 6 | 4.762 |
- *Happelin başçılığı ilə keçirilən oyunların tarixləri vəzifəyə rəsmi təyinat tarixləri deyil
Nailiyyətləri
redaktəOyunçu kimi
redaktə- Rapid Vyana
- Avstriya Futbol Bundesliqası: 1945–46, 1947–48, 1950–51, 1951–52, 1953–54, 1956–57
- Avstriya Kuboku: 1945–46
- Zentropa Kuboku: 1951
- Avstriya
- FIFA Dünya Kuboku: 1954 (üçüncü yer)
Məşqçi kimi
redaktə- ADO Den Haaq
- Niderland Kuboku: 1967–68
- Feyenoord
- Eredivisie: 1970–71
- Çempionlar Kuboku: 1969–70
- Qitələrarası kubok: 1970
- Brügge
- Belçika çempionatı: 1975–76, 1976–77, 1977–78
- Belçika Kuboku: 1976–77
- UEFA Kuboku: 1975–76 (ikinci yer)
- Çempionlar Kuboku: 1977–78 (ikinci yer)
- Standard Liège
- Belçika Kuboku: 1980–81
- Belçika SuperKuboku: 1981
- Netherlands
- FIFA Dünya Kuboku: 1978 (ikinci yer)
- Hamburger SV
- Bundesliqa: 1981–82, 1982–83
- DFB-Pokal: 1986–87
- Avropa Kuboku: 1982–83
- Swarovski Tirol
- Avstriya çempionatı: 1988–89, 1989–90
- Avstriya Kuboku: 1988–89
- Fərdi
- Avropada ilin məşqçisi—Zepp Herberger mükafatı (2): 1978, 1983
- Avropada Mövsümün məşqçisi: 1982–83
- France Football-a görə tarixin ən yaxşı 9-cu məşqçisi: 2019
- World Soccer-a görə tarixin ən yaxşı 9-cu məşqçisi: 2013
- ESPN-a görə tarixin ən yaxşı 14-cü məşqçisi:: 2013
İstinadlar
redaktə- ↑ 1 2 Ernst Happel // FBref (çd.).
- ↑ Team of the Century Arxiv surəti 11 fevral 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 11 fevral 2012 at the Wayback Machine – Rapid Archive
- ↑ Appearances for Austrian National Team Arxivləşdirilib 2008-12-07 at the Wayback Machine – RSSSF
- ↑ 1 2 "125 Jaar Club Brugge: het fantastische 'volgasvoetbal' van Ernst Happel, 19/11/1925-14/11/1992 (4) – RW". De Witte Duivel (holland). 2016-11-22. 2020-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
- ↑ 1 2 "Ernst Happel (29/11/1925-14/11/1992), Weense Weltmeister bij Club Brugge, aflevering 2". De Witte Duivel (holland). 2017-11-10. 2019-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
Xarici keçidlər
redaktə- Oyunçu profili – Rapid arxivi
- National-Football-Teams.com saytında Ernst Happel