Ermenistanda Turk Toponimleri - Wikipedia
Ermənistanda Türk toponimlərinin dəyişdirilməsi – XX və XXI əsrlərdə Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan) Türk toponomlərinin ermənilər tərəfindən dəyişdirilməsi prosesi.
XVII əsrdən XIX əsrin əvvəllərinə kimi indiki Ermənistan ərazisinin əhalisinin çoxunu Qafqaz müsəlmanları (Azərbaycanlılar və kürdlər) təşkil edirdi. Cəfər Qiyasi və İbrahim Bozyelin "Armenian acts of cultural terrorism" kitabında bildirilir ki, ermənilərin özləri keçən əsrin ortalarına kimi təsdiq edirdilər ki, Ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və əvvəllər burada etnik xalq kimi Azərbaycanlılar yaşayırdılar. Təkcə XX əsrin əvvəllərində qərbi azərbaycanda (indiki Ermənistanda) 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idilər.[1]
Türk toponimlərinə təcavüz dövrləri
redaktəİndiki Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsini aşağıdakı dövrlərə bölmək olar.
- 19-cu əsrin əvvəllərindən 1918-ci ilə qədər dəyişdirilən toponimlər
- 1918–1920
- 1920–1930
- 1930–1960
- 1960–1980
- 1991-ci ildən sonra dəyişdirilənlər[2].
İlk addəyişdirmə 1801-ci ildə baş vermişdir. Addəyişmənin I dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır.
İlk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (Stepanovan rayonu) Qaraməhəmməd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb[3].
Tariximizin 1918–20-ci illərə aid səhifələri xalqımızın başına gətirilən erməni müsibəti, erməni genosidi ilə bütün dünyaya məlumdur. Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, indiki Ermənistanda Şaumyanların, Lalayanların başçılığı ilə minlərlə azərbaycanlı qətlə yetirildi. Onlar xalqımızı soyqırıma məruz qoyduqları kimi, qədim tarixi abidələri, binaları yamdırmaqla və yenidən addəyişməni davam etdirməklə mənəvi soyqırımı da davam etdirdilər. 1918–1920-ci illərdə dəyişdirilən indiki Ermənistan ərazisindəki türk mənşəli adlar:
- Molla Dursun – Şaumyan (Eçmiədzin)
- Yuxarı Ağdam – Qanzakar (İcevan)
- Tamamlı – Burastan (Artaşat) və s.
SSRİ dövründə toponimlərin dəyişdirilməsi
redaktəErmənistan SSR-də toponimlərin dəyişdirilməsi prosesi o dövrdə SSRİ imperiyasında baş verən daxili siyasi proseslərlə sıx əlaqəli idi. 1924–1930 illər ərzində Ermənistanda 80 toponim dəyişdirilmişdir. Toponimlərin dəyişdirilməsinə səbəb kimi 3 yanvar 1935-ci ildə Ermənistan SSR-nin rəsmi qərarı göstərilirdi. Rəsmi qərarda deyilirdi ki, Ermənistandakı yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir. Əsl səbəb isə gizlədilirdi. Bu gün hər kəsə aydındır ki, Ermənistandakı Türk toponimlərinin dəyişdirilməsinə əsas səbəb bu adların Türk mənşəli olmasıdır və bu da indiki Ermənistanda etnik əhalinin Azərbaycanlılar olduğunu sübut edən əsas dəlildir. .[4]
Ermənistanda toponimlərin çoxu iki və ya daha artıq ərazidə təkrarlanırdılar. Toponimlərin dəyişdirilməsi prosesi İİ Dünya Müharibəsindən sonra (1946–1950), daha da sürətləndi. Buna əsas səbəb 1946–1948-ci illərdə Yaxın Şərqdən, Şərqi Avropa və Amerikadan Ermənistana köçən ermənilərin sayının artması idi. Bu illər ərzində təqribən 90 000 erməni Qərbi Azərbaycana köçürülmüşdür.[5]
Toponimlərin dəyişdirilməsinin digər səbəbi Ermənistan ərazisindən azərbaycanlıların kütləvi çəkildə deportasiyası idi.[6], SSRİ Nazirlər Şurasının 10 mart 1948-ci ildə təsdiq etdiyi № 745 nömrəli qərarında azərbaycanlıların ermənistan SSR-dan Azərbaycanın Kür-Araz ərazisinə köçürülməsi göstərilirdi..[7]
Bu qərara əsasən 1948-ci ildə 10 000, 1949-cu ildə 40 000, 1950-ci ildə 50 000 azərbaycanlı ermənistandan köçürüldü.[8]
1930–60-cı illərdə dəyişdirilən toponimlər; Addəyişmə 1935-ci ildə müvəqqəti təxirə salınıb. Lakin 1935-ci il yanvarın 3-dən isə bu iş yenidən başlamış və Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyəti ilk fərmanı imzalamışdır və ilk fərmanla 29 rayonda 72 türk toponimi dəyişdirilərək mənəvi soyqırım qurbanı olmuşdur.
- Qızıl kilsə – Karmiravan (Qukasyan)
- Böyük kəpənək – Musaelyan (Axuryan)
- Künən – Getaşen (İcevan)
- Boğaz kəsən – Dzorakan (Ani)
- İtquan – Gülüstan (Əzizbəyov) və s.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ З. Коркодяна "Население Советской Армении", 1932 года издания
- ↑ İ.Bayramov. Qərbi Azərbaycan toponimlər sistemi,səh.335
- ↑ İ.Bayramov,səh.335–336
- ↑ Cəfər Qiyasi və İbrahim Bozyel. ARMENIAN ACTS OF CULTURAL TERRORISM. Ankara 1997 Arxivləşdirilib 2010-01-19 at the Wayback Machine
(ing.)In his Population of Soviet Armenia, published in 1932, Z. Korkodyan reports that in the 19th and early 20th centuries, about 2000 cites of the total 2310 were of Turkish origin.
- ↑ Barbara A. Anderson and Brian D. Silver, "Population redistribution and the ethnic balance in Transcaucasia," in Ronald G. Suny, ed., Transcaucasia, nationalism, and social change ; essays in the history of Armenia, Azerbaijan, and Georgia (Ann Arbor : University of Michigan Press, 1996): 488.
- ↑ Arseny Saparov, International Relations Department, London School of Economics, Houghton Street, London WC2A 2AE, [email protected] Arxivləşdirilib 2020-06-13 at the Wayback Machine
Another social-political process that apparently affected place naming in Armenia was the emigration of Azerbaijanis from the Armenian SSR that occurred in that period.
- ↑ "Постановление N: 754 Совета министров СССР". 2020-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
- ↑ Arseny Saparov, International Relations Department, London School of Economics, Houghton Street, London WC2A 2AE, [email protected] Arxivləşdirilib 2020-06-13 at the Wayback Machine
According to this plan some 100,000 people had to be "voluntarily" resettled. The emigration occurred in three stages : 10,000 people were resettled in 1948, another 40,000 in 1949, and 50,000 in 1950.
Ədəbiyyat
redaktə- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
- Sitarə Mirmahmudova, "Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti", "TEAS", İstanbul-2015
- Азәрбајҹан Совет Енсиклопедијасы
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Qafar Əhmədov. "Həmyerlimizin kitabı İstanbulda çap olundu" ( (az.)). islamazeri.az. 2015-10-08. 2015-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-09.
- Ermənistandakı Azərbaycan toponimləri ilə bağlı pоrtal yaradılıb (FOTO)