Ermenilerin Cenubi Qafqaza Kocurulmesi - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Məlumatı yoxla. |
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi.
Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.[1]
Köçürülmə planının məqsədi
redaktəSəfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu.
Türkmənçay müqaviləsinin nəticəsi
redaktəTürkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.
Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar".
Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar[2].
Amerikalı alim Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında bunları demişdir: "1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir….Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100 000 ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirmişdilər".
1877–1878-ci illər müharibəsində, ruslar Qars–Ərdəhan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində 70 000 erməni məskunlaşdırmışdılar…….1895–1896-cı illərin hadisələrində isə təxminən 60 000 erməni Qafqazda məskun edilmişdir…..birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400 000 erməni Qafqazın 400 000 müsəlman əhalisinə dəyişdirilmişdir.
Amerika akademikinin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında – Araks çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Bununla bağlı diqqətə layiq bir fakt da Z. Balayanın özü etiraf etmişdir: "Onun (İrəvanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi İrəvanlı yoxdur". Akademik A. İ. İonisian yazır ki, "İrəvan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlüq təşkil edir".
Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan "Erməni vilayəti" adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək İrəvan quberniyası qoyulmuşdur.
Ərazilərinin gunişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri (daha dəqiq desək Qarabağ regionu) ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin Qriqoryanlaşdırılması, bununla belə də erməniləşdirilməsi prosesi başlandı.
Bu açıq həqiqət hələ XIX əsdrə bəlli idi. Məşhur rus tarixçisi V.L.Veliçko yazırdı: "Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi". Bunu erməni müəllifi B. İşxanyan da təsdiq edərək yazırdı: "Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir".
Cənubi Qafqazda etnik tərkibin süni surətdə dəyişdirilməsi
redaktəErmənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi.
A.S.Qriboyedov yazırdı: rus ordusunun tutduğu rayonlardan – Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır. Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi.
Şavrov yazırdı: "Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır".
Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı.
1823-cü il məlumatına görə Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi) 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.
1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5% ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918–1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətini təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu.
1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olmuşdur.
Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə keşmiş Mardakert / Ağdərə rayonunun (indiki Tərtər rayonunda) Marağaşen / Leninavan (indiki Şıxarx) kəndində xüsusi abidə qoymuşdular.
Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olmuşlar.
Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahandan uğurla çıxmışdır.[1]
Çar Rusiyasının Şimali Azərbaycana ermənilərin köçürülmə siyasətində Naxçıvan bölgəsinə də xüsusi yer ayrılmışdı. Rusiyada bu siyasətə haqq qazandırmaq üçün İrəvan və Naxçıvan kimi tarixi Azərbaycan ərazilərini erməni torpağı kimi qələmə verməkdə davam edirdi. Çar I Nikolay (1825–1855) İrəvan və Naxçıvan xanlıqları əsasında qondarma "Erməni vilayəti" yaradılması haqqında 1828-ci ilin martında fərman vermişdi.[4]
Lakin qısa bir müddət sonra, 1840-cı ildə bu vilayəti ləğv etmiş; beləliklə, həmin ideyanın doğru olmadığı təsdiq olunmuşdu. Buna baxmayaraq 1828–1831-ci illərdə Naxçıvan bölgəsinə xeyli miqdarda erməni köçürülmüşdü.
Naxçıvan vilayəti və Ordubad dairəsinə İrandan 2387 ailə, yaxud 11 992 nəfər (6339 kişi, 5653 qadın), Türkiyədən 8 ailə, yaxud 27 nəfər (17 kişi, 10 qadın) köçürülür.[5]
Qriqoryevin ermənilərin İrandan Naxçıvana köçürülməsinə dair faktları Şopendən müəyyən qədər fərqlənir. Şopen İrandan Naxçıvana köçürülənlərin ümumi sayının 2387 ailə (Naxçıvan əyaləti üzrə 2137, Ordubad dairəsi üzrə 250 ailə) olduğunu göstərirsə, Qriqoryevdə bu rəqəmlər müvafiq olaraq 2551 (+164), 2285 (+148) və 266 (+16) təşkil edirdi. Qriqoryevin təqdim etdiyi cədvəl ermənilərin haradan haraya köçürülməsini də aydınlaşdırır. Cədvəldən aydın olur ki, Naxçıvan əyalətinə köçürülən 2285 ailədən 416-sı (18,2 %) Naxçıvan şəhərində məskunlaşmışdı. Qalan ailələr Naxçıvan əyalətinin 43, Ordubad dairəsinin 5 kəndində yerləşmişdi.
Qriqoryevin təqdim etdiyi cədvəlin mühüm cəhətlərindən biri də ondan ibarətdir ki, o Naxçıvana köçürülən ermənilərin yaş və cins kimi vacib demoqrafik göstəriciləri haqqında təsəvvür yaradır. Köçürülən ermənilərin (13 160 nəfər) 6954 nəfərini (52,8 %) kişilər təşkil edirdi. Kişilərə dair məlumat iki yerə bölünmüş, burada böyüklər və kiçik yaşlılar ayrılmışdır. Bu rəqəmlər də əslində ciddi informasiya mənbəyidir. Köçürülən ermənilərin 4459 nəfəri (64,12 %) böyüklər, 2495 nəfəri (35,88 %) kiçik yaşlılar idi. Bu fakt köçürülən ermənilər içərisində demoqrafik artım potensialını göstərir. Köçürülən ermənilərin 6206 nəfərini (42,2 %) qadınlar təşkil edirdi.[5]
Ermənilərin millətçi partiyaları
redaktəErmənilərin cənubi Qafqazda ərazi iddialarıının ideoloji əsası 1885-ci il Fransada (Marsel) yaranmış "Armenakan", 1887-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılan "Hnçaq" və 1890-cı ildə Tiflisdə əsası qoyulan "Daşnaksütyun" millətçi partiyalarınin fəaliyyəti ilə bağlı olmuşdur. Bu partiyalar Osmanlı İmperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə qiyam və terror aktlarından geniş istifadə etməyi qarşılarına məqsəd qoymuşdular. "Qnçaq" partiyasının proqrammı xüsusilə bu fikri ifadə edirdi: "Bütün şəraitlərdə turkləri və kürdəlri məhv etmək, və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək onlardan qisas almaq".
"Daşnaksütyun" nasist tipli partiya olub, Almaniya Milli Sosialist Partiyasının ideologiyasını onlardan hələ 30 il əvvəl formalaşdırmış və proqramları bu sözlərdən ibarət idi:
"Daşnaksütyun partiyasının məqsədi bunlardır:
1) silahlı qiyam,
2) yalnız ermənilər arasında yox, bütün xalqlar arasında inqilabi fikrin formalaşması üçün intensiv iş görmək,
3) ermənilərin silahlanması və təşkilatlanması,
4) hökumət adamlarına və idarələrinə qarşı terror və onların məhv edilməsi.
Bu məqsədə nail olmaq üçün hər şeyə icazə verilir; propaqanda, terror, azğın partizan müharibələri".
Daşnaksütyun patiyasının fəaliyyətini ardıcıllıqla izləyən gürcü yazıçısı Karibi 1919-cu ildə ağrı hissilə yazırdı: "Daşnaklar gələrkən özləri ilə Milli nifrət toxumu gətirdilər. Və deməliyəm ki, belə bir toxumlar səpilmiş torpaq üzərində erməni – müsəlman qan davası, və erməni və gürcü müharibəsindən başqa bir şey bitə bilməzdi".
"Bu elə bir təşkilat idi ki, Rusiya imperiyasının hakim dairələri ilə birlikdə Qafqazda inqilabi və milli azadlıq hərəkatını boğmağa çalışmışdı. Bunun nəticəsi olaraq 1905-ci ildə ilk Erməni – Azərbaycan qarşıdurması baş vermişdir. 1907 və 1912-ci illər ərzində Osmanlı İmperiyası ərazilərindən və İrandan təqribən yarım milyon erməni Qars, İrəvan və Yelizavetpol qəzalarına köçürüldü. Bölgədə etnik qarşıdurmaları alovlandıraraq hegemonluğu əlinə almaq məqsədi güdən Rusiya hökuməti əhalinin bu axınına susaraq dəstək verdi".
Ermənilərin Cənubi Qafqaza köçürülməsi barədə məşhur şəxslərin fikirləri
redaktə- Ermənilərin əcdadlarının Qərbdən Şərqə: Balkanlardan, yəni Avropadan Asiyaya və Qafqaza, o cümlədən Azərbaycana miqrasiya prosesi mərhələ-mərhələ əsrlər boyu davam etmişdir. XX əsrin əvvəllərində ermənişünaslığın korifeyi N.Adens yazırdı: "в VIII веке до н.э. во Фракии, на Балканах, объявились киммерийцы, одни из "народов моря", по определению древнеегиптских письменных памятников. Здесь они вступали в контракт с предками армян, которых увели с собой на восток в Малую Азию."[6]
- Rus qafqazşünası İ.Şopen XIX əsrdə həmçinin belə hesab edirdi, "армяне суть прищелцы. Это Колено Фригийцев и полийцев, пришедшее в северные долины Анатолийских гор."[7]
- Bu etnosun bir diyaradn başqa bir məmləkətə gəlməsi heç də həmin etnosun vahid ittifaqda birləşməsi demək deyildi. Əksinə, bu barədə N.Dubrovin bununla əlaqədar olaraq yazır: "Находясь в подданстве различных государств и разбросанное, можно сказать, по всему земному шару, армянское племя, подвергаясь вселдествие того различному климату, образу жизни и занятий, утратило свою общую типичность."[8]
Bu deyilənlərin fikrimizcə şərhə ehtiyacı yoxdur. 387-ci ildə Sasani və Bizans imperiyaları tərəfindən bölüşdürülərək öz dövlətçiliyini itirən ermənilərin Cənub Qafqaza miqrasiya meylləri möhkəmləndi. Ərəb xilafətinin dəstəyi ilə 704-cü ildə Erməni qriqoryan kilsəsi götürüb Alban kilsəsini özünə tabe etdi.[9]
- Erməni müəllifi V.İşxanyan XX yüzilliyin əvvəllərində yazdığı da onların Cənub Qafqaza son əsrlərdə gəlməsini bir daha təsdiq edir: "Ermənilərin həqiqi vətəni…Kiçik Asiyadır, yəni Rusiya hüquqlarından kənardadır, və Zaqafqaziyada bir neçə sırf erməni əyalətlərindən başqa (başlıca olaraq İrəvan quberniyasında) Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər."[10]
- Albaniyanın vilayəti olan Arsakın əhalisi erməni kilsəsinin təsirinə çox məruz qalmışdı. Rus tarixçisi İ.P.Petruşevskiyə görə, "Qarabağ heç bir zaman erməni mədəni mərkəzlərinə mənsub olmamışdır." O, yazır ki, erməni kilsəsi Albaniyada "Ölkəni erməniləşdirmək aləti olmuşdur."[11]
- Mütəxəssislərin fikrincə (prof.S.Onullahi, prof.V.Piriyev və b.), Qarabağ sözünə ilk dəfə Rəşidəddinin (1247–1318) "Cami-əttəvarix" əsərində rast gəlinir. Qarabağ əhalisinin mütləq əksəriyyətini təşkil edən azərbaycanlıların el arasında adlandıqları Qarabağ adı heç bir fərmansız-nəsiz əyalətin hamı tərəfindən işlədilən adıdır. Yəni istər Arsax, istər Uti, istərsə də Qarabağ toponimlərinin yaranması sırf azərbaycanlılara məxsus ifadə olub, onu yabaniləşdirmək, "özününküləşdirmək" qeyri-mümkündür. Təsadüfi deyil ki, XVII əsr səyyahı Övliya Çələbi Qarabağı "Kiçik Azərbaycan" adlandırmşıdı.
I Şah Abbas dövründə Qarabağda yaratdığı kiçik inzibati idarə sistemi olan məlikliklər (Xəmsə məliklikləri) Şimali Azərbaycan torpaqlarının, o cümlədən Qarabağın ruslar tərəfindən tutulmasında dəridən-qabıqdan çıxırdılar. Belə ki, 1729-cu ilin fevralında məliklər II Pyotra yazırdılar: "Sizin ayaqlarınızın altına yıxılırıq…əl tutun."[12]
Yalan uydurmaqda ermənilərin mahir olması söz yoxdur ki, onların genlərindən irəli gələn hal idi. Məsələn, 1790-cı ildə onlar "Yekaterinaya yazmışdılar ki, təkcə Şamaxı ətrafında 17 min silahlı erməni var. Halbuki 1811-ci ildə Şamaxı xanlığında olan 24 000 ailənin yalnız 1500-ü erməni ailəsi idi.[13]
XX əsrdə 2 milyon azərbaycanlını terror, deportasiyalar, soyqırımları vasiətsilə məhv etmişlər.
Ümumiyyətlə, ermənilərin qismən Rusiya imperiyasına ilk gəlişləri XIII əsrə, rus çarları Qalitsinin və Uolinski Danilin dövrlərinə təsadüf edir. Rus-erməni münasibətləri çar Aleksey Mixayloviç (1645–1676) və xüsusən də I Pyotrun zamanında daha da istiləşir.
Erməni Minas 1714-cü ildə I Pyotrun yanında olarkən ona çox yaxşı tanış olduğu Qafqazın təbiəti və iqtisadiyyatı barədə müfəssəl məlumat verməklə, Xəzər sahilində kilsə tikməyi, sonra isə hərbi əməliyyatlar zamanı ondan qala kimi istifadə etmək barədə təkliflər verir.
- Yalnız P.D.Sisiyanov 1804-cü ildə Şimali Azərbaycana 16 min aysoriləri dəvət edir. (Х.Вердиева. Р Гусейнзаде. "Родословная" армян и из миграция на Кавказ с Балкан. Баку, "Элм", 2003, с.31).
- Digər bir fakta müraciət edək — 1806-cı ilin sentybarda Qafqaz ordusunun rus komandanlığına məlumat çatdırılır ki, 10 min nəfər Bəyazit ermənisi Azərbaycanın İrəvan xanlığına köçmək istəyir. Eyni zamanda buraya köçən ermənilər ruslara bu torpaqları işğal etməkdə yaxından kömək edirlər.
- Azərbaycan türklərinin ərazisinin ikiyə bölünməsinin XIX yüzilliyin əvvəllərində buraya kütləvi surətdə köçürülən və bir qədər qabaq gəlmə olan ermənilər vasitəçi amil rolunu oynayırdılar. Belə ki, 1822-ci ildə osmanlı Kars və Ərzurum vilayətinin erməniləri general A.P.Yermolovdan "bizim xilaskarlarımız rusların yaxınlaşması"("приближении русских – наших спасителей") barədə xahiş edirdilər.[14]
- 1804–1813-cü ildə və 1826–1829-cu illərdə rus-İran və rus-türk müharibələrində erməni katolikosu Nerses, erməni əsilli general Mədətov, ordu bölməsinin rəhbərləri M.Vereiyan, Q.Manuçaryan, babası XVIII əsrdə Culfadan Rusiyaya köçmüş rus ordusunun polkovniki X.E.Lazaryev xüsusilə Azərbaycan torpaqlarının işğalında böyük fəallıq nümayiş etdirmişlər. Manuçaryan 4-cü dərəcəli Georgi, Vladimir və Anna ordenləri ilə təltif edilmişdi. X.E.Lazaryev soydaşlarının (erməni) Şimali Azərbaycana köçürülməsində Türkmənçay müqaviləsinin XV maddəsinin yerinə yetirilməsində A.S.Qriboyedovun demək olar köməkçisi rolunu ifadə etmişdi.[15]
- 1805-ci il mayın 14-də Sisianovla İbrahimxəlil xan arasında bağlanan Kürəkçay müqaviləsində əsas etnik üstünlük yalnız azərbaycanlılara aid olduğu üçün də onlarla imzalandı. Yəni bu vaxt Qarabağda erməni icması barədə söhbət olmamışdı. Onlar yalnız və yalnız bu diyara yenicə köçürülürdü. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü – "Erməni vilayəti" təşkil edilərkən bu ərazidə 1110 yaşayış məntəqəsindən yalnız 62-si erməni kəndi idi.
- Beləliklə, son rus-iran və rus-türk müharibələri nəticəsində Şimali Azərbaycanın İrəvan, Gəncə, Qarabağ xanlıqlarına kütləvi surətdə Türkiyədən 84 000, İrandan isə 40 000-dən çox erməni köçürülərək, onlara 200 000 desyatindən çox xəzinə torpağı ayrıldı. (Azərbaycan tarixi. IV c, Bakı, 2000, s.49)
- Əgər 1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni isə ermənilər təşkil edirdisə, çarizmin XIX əsrin birinci yarısında kütləvi köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8%-ə endi, ermənilərin faizi isə 34,8%-ə qalxdı.[16]
- Rus müəllifi N.N.Şavrova 1911-ci ildə nəşr etdirdiyi əsərində göstərir ki, bu gün Cənubi Qafqazda, xüsusilə Şimali Azərbaycanda yaşayan 1.300.000 erməninin 1 milyonu yerli əhali olmayıb, onlar Rusiyanın müstəmləkə siyasəti nəticəsində xaricdən buraya köçürüləndilər[17]
Beləcə, 2 əsr ərzində Şimali Azərbaycan torpaqlarında mərhələ-mərhələ yerləşdirilən ermənilər 387-ci ildən düz minbeşyüzotuzbir il keçdikdən sonra, 1918-ci ildə, Qərbi Azərbaycanın etnik-tarixi torpaqlarında özlərinə dövlət qurmuş, hətta sonralar Sovet rejiminin əli ilə Qarabağ ermənilərinə muxtariyyət də yarada bilmişlər. 1988-ci ildən başlayaraq indiki Ermənistan və Dağlıq Qarabağın erməni terrorçu, separatçı qüvvələri Azərbaycanın 20 % ərazisini işğal etmiş, 30 min insanı məhv və 50 min adamı şikəst edərək 1 milyon azərbaycanlını ata-baba yurdundan qaçqın etmişdi.
I Pyotrun vəsiyyətlərinə dinmədən əməl edən onun xələfləri Ön Asiyaya və ümumən rusların Yaxın Şərqə gələcəkdə çıxması məqsədi daşıyan ermənilərdən Şimali Azərbaycan ərazilərində etnik sədd kimi istifadə etmək idi.
- Qasım bəy Zakirin İrana, "Mehdiqulu xanın yanına gedərək bir gecə onun yanında" olmuş və "onunla söhbətdən sonra Araz çayının o tayında on iki ağaclıq məsafədə olan Soraqlı camaatından 500-ə yaxın evi Arazın bu tayına köçüb Tuğ kəndində yerləşdirmişdi." (Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, 1984, s.3–4)
- Şuşa şəhərinin əsasını Qarabağ xanı Pənahəli xan qoymuşdu. Şuşa Azərbaycan türkcəsində uca yer, yüksəklik mənası kəsb edir. Bunu erməniləşdirmək cəhdi olsa-olsa cəfəngiyatdır. Şuşa şəhərindən əvvəl burada Novruz adlı şəhərin olduğunu və onu Azərbaycanın Təbriz şəhəri ilə müqayisə etməkdə A.Bakıxanov tamamilə haqlıdır.
Beləliklə, gəlmə ermənilərin XIX əsrin birinci yarısında Şimali Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda kütləvi şəkildə yerləşdirilməsi Azərbaycan xalqının gələcək faciələrinin baş verəcəyinə əlverişli şərait yaratmaq məqsədi daşımışdır.[18]
Ermənilərin Naxçıvana köçürülməsi
redaktəBaşlama
redaktəNaxçıvan bölgəsi Rusiya tərəfindən işğal edildikdən (1828) sonra əraziyə ermənilərin kütləvi şəkildə köçürülməsi prosesi başladı. Maraqları və mənafeləri naminə dövlətləri bir-birinə qarşı qoymaq, şərqə irəliləmək, isti dənizlərə çıxmaq, Asiyadan Avropaya gedən ticarət yollarını ələ keçirmək, dini münaqişələrdən yararlanaraq müsəlman dövlətləri arasına nifaq salmaq əsrlər boyu Rusiyanın xarici siyasətinin əsasını təşkil etmişdir. Belə bir müstəmləkəçi siyasət hələ I Pyotrun Qafqaza səfəri və Azərbaycana yürüşü zamanı daha da reallaşmışdır. I Pyotrdan sonrakı dövrlərdə rus çarları imperialist siyasətlərini davam etdirərək ermənilərlə birlikdə Azərbaycana yürüşlər etmişlər. Çarizmin Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsində siyasətini artıran amillərdən biri də ermənilərin Rusiyanın hakim dairələri ilə əlbir olması idi. Ermənilər arasında millətçiliyin yayılmasında erməni din adamlarının və erməni qriqoryan kilsəsinin xüsusi rol oynadığını qeyd edən rus məmuru V.Mayevski belə yazırdı: “...Onların dinlə bağlı fəaliyyəti çox məhduddur. Ancaq bunun əvəzində onlar hər zaman millətçilik ideyalarını himayə etmək uğrunda əllərindən gələni edərək səylə çalışırlar. Ermənilər arasında millətçilik ideyaları yüzillər boyunca bir-birindən uzaq, saysız monastırların himayəsi altında olmuşdur...”[19] XIX əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyası Şimali Azərbaycanın, o cümlədən Naxçıvan bölgəsinin işğal edilməsində ermənilərə daha çox ümidlər bəsləyirdi. Baş verən proseslər və hadisələrin sonrakı gedişi rusların həqiqətən də haqlı olduğunu təsdiq etdi. XIX yüzilliyin əvvəllərindən-1803-cü ilin oktyabrından başlayaraq həyata keçirilən erməni köçürülmələrinin əsas təşkilatçı və rəhbərləri general P.D.Sisianov, diplomat A.S.Qriboyedov, rus ordusunun polkovniki X.E.Lazarev, general N.F.Rtişev, knyaz Q.S.Qolitsın, erməni arxiyepiskopu Nerses və b. olmuşlar. Tarixi sənədlər köçürülmə prosesində polkovnik X.E.Lazarevin, onun sərəncamında olan erməni mənşəli və erməni dilini bilən rus zabitlərinin daha çox fəallıq göstərdiyini təsdiq edirlər. Qafqazdakı rus qoşunlarının baş komandanı general P.D.Sisianov əsas dayağı ermənilərdə görürdü. Rusiyanın işğalçı və müstəmləkəçi siyasətinin həyata keçirilməsində onlar başqalarına nisbətən daha gərəkli və lazımlı idilər. Əvvələn, ermənilərin sayı digər şərq xristianlarının bütövlükdə sayından bir neçə dəfə çox idi. İkincisi, onlar Rusiya imperiyasının Qafqaz uğrunda apardığı mübarizəsində əsas rəqibləri olan İran və Osmanlı dövlətində də say cəhətdən xeyli çox idilər. Üçüncüsü, ermənilər gələcəkdə də Rusiya ilə müttəfiq olmaqla ona xeyir verə bilərdilər. Nəhayət, dördüncüsü, ermənilər İran və Türkiyə dövlətlərinin daxili zəif və güclü tərəflərini çox yaxşı bilirdilər.[20]
1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Şimali Azərbaycanda yerləşdirilən ermənilər rus ordusuna daha fəal kömək göstərərək İrəvan qalasının mühasirəsində və Naxçıvanın işğal edilməsində xeyli yardım etmişlər. Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1828-1829) müharibələrinin Rusiya üçün uğurla başa çatması ermənilərin Şimali Azərbaycana, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana köçürülmələrinə əlverişli şərait yaratdı. 10 fevral 1828-ci ildə Rusiya imperiyası ilə İran dövləti arasında imzalanmış Türkmənçay sülh müqaviləs ilə Azərbaycan iki hissəyə bölündü. Ermənişünaslardan biri yazırdı ki, bu müqavilə Rusiyaya bir sıra çətin və mürəkkəb dövlət məsələlərini həll etməyə kömək etdi.[21] Həmin müqavilənin 15-ci maddəsinə əsasən heç bir sədd olmadan ermənilərin əzəli və əbədi Azərbaycan torpaqları olan İrəvana, Naxçıvana, Qarabağa və digər bölgələrə köçürülməsinə rəvac verildi. 1828-ci il fevralın 29-da general Paskeviç göstəriş verdi ki, ermənilər başlıca olaraq Naxçıvan və İrəvan vilayətlərində, qismən Qarabağda yerləşdirilsin, bir sıra müsəlman kəndləri dindaşlarının ən çox məskunlaşdığı yerlərə köçürülsün və həmin yerlər ermənilərə verilsin.[22] Qafqazda etnik məsələlərin tədqiqatçısı, rus məmuru Veliçkonun yazdığı kimi, bu göstəriş Zaqafqaziyanın bəzi hissələrinin ermənilər tərəfindən müstəmləkələşdirilməsinin başlanması idi.[23] Rus müəllifi İ.Şopen öz əsərinin 539-cu səhifəsində yazırdı ki, 1828-1829-cu illərdə İrandan Şimali Azərbaycana 6.946 erməni ailəsi (35.560) köçürülmüşdür. Mənbələrin verdiyi məlumatlara görə Türkmənçay müqaviləsi imzalandıqdan sonra Şərur, Sürməli, Əlincəçay və Məvazixatun kimi kiçik mahalların hər birinə 1000-2000 erməni köçürüldü. Nəticədə 1828-1829-cu illərdə “Erməni vilayəti”nin etnik tərkibi dəyişdi.[24][25] Əgər Türkmənçay müqaviləsinə qədər burada 21.151 erməni yaşayırdısa, son iki ildə onların sayı qördqat da artdı və 81.610 nəfərə çatdı. Rus məmuru İ.Şopenin məlumatlarına əsasən İrəvan əyalətində yaşayan 2.984 azərbaycanlı ailəsindən cəmi 847 ailə və ya 28% qaldı, qalanların sayı isə 3 dəfə yarım azaldı. Onların əksəriyyəti İrana və Osmanlı dövlətinə mühacirət etdilər (19, s.541).[25] Bu faktlar XIX əsrdə guya Naxçıvan əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyi barədə uydurmaları bir daha təkzib edir və bölgənin əzəli türk torpağı olduğunu təsdiqləyir. Erməniləri Azərbaycan torpaqlarında kompakt şəkildə yerləşdirməklə, Rusiya özünün işğalçı və imperialist siyasətinin başlıca məqsədini-işğal edilmiş, din, dil, etnik-mədəni cəhətdən ona yad olan bu ərazidə öz gələcək hökmranlığını təmin etmək üçün etnik dayaq yaratmaq məqsədini reallaşdırmağa çalışırdı (21, s.114).[26] Rusiya qarşıya qoyulmuş məqsədi köçürmə üzrə Xüsusi Komitə yaratmaqla reallaşdırdı. Bu Komitənin yaradılması, işi və fəaliyyəti barədə diplomat A.S.Qriboyedovun [27], O.İ.Popovanın [28] və b. rus müəlliflərinin əsərlərində maraqlı məlumatlar verilmişdir. Ermənilərin İrandan köçürülməsi haqqında hazırlanan müqavilənin müəlliflərindən biri olan A.S.Qriboyedov yazırdı: “Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq və onların düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları (müsəlmanları-Y.R.) sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişik” [29].
Statistika
redaktəRus müəlliflərindən İ.Şopenin əsərindəki 1828-ci il kameral təsvirindən çıxarılmış cədvəldə ermənilərin köçürülməsi haqqında ətraflı məlumat verilmişdir. İ.Şopen Naxçıvan dairəsinin mahallarına köçürülən erməni ailələrinin sayını aşağıdakı kimi göstərmişdir: Naxçıvan şəhərinə-126 ailə-cəmi1110 nəfər, Əlincə mahalına-208 ailə-cəmi 1051 nəfər, Məvazixatun mahalına-216 ailə-cəmi-1146 nəfər, Dərələyəz mahalına İrandan-507 ailə-cəmi-2746 nəfər, Türkiyədən 8 ailə-cəmi-27 nəfər.[30] Ordubad dairəsi üzrə köçürülən erməni ailələrinin sayı cədvəldə belə göstərilmişdir: Ordubad dairəsi üzrə eyniadlı şəhərə 36 ailə-cəmi 182 nəfər, Ordubad mahalına-14 ailə-cəmi 76 nəfər, Əylis mahalına-29 ailə-cəmi 183 nəfər, Biləv mahalına-171 ailə-cəmi-899 nəfər.[31] İ.Şopen XIX əsrin 30-cu illərində (son səkkiz ildə) köçürülən erməni ailələrinin sayını belə göstərir: ailə sayı-10.628, əhalinin ümumi sayı-57.226 nəfər, kişilər-30.254, qadınlar-26.972 nəfər.[32] Həmin mənbədə XIX əsrin 20-ci illərinin sonunda İrandan köçürülən erməni ailələrinin sayı da göstərilmişdir. Şopen yazırdı ki, 1828-1829-cu illərdə İrandan köçürülən 6.946 erməni ailəsinin tərkibində 35.560 nəfər-18.836 nəfər kişi, 16.723 nəfər qadın olmuşdur.[32] Onun məlumatına görə Rusiya işğalınadək Naxçıvanda olan ermənilər 930 ailə və ya 5114 nəfər (2.644 kişi, 2.470 qadın) olmuşdur. XIX yüzilliyin əvvəllərində Rusiya erməniləri Qacarlar hökumətinin cəzasından qurtarmaq və ələ keçirdiyi müsəlman Azərbaycanında özünə xristian dayağı yaratmaq üçün İran ermənilərinin heç bir maneə olmadan köçürülməsinə razılıq verdi. Ermənilərin yaşadıqları əraziyə sonradan gəlmələri barədə Rusiyanın Tehrandakı səfiri və rus alimi, əslən Sankt-Peterburqdan olan N.Şavrov yazdığı əsərində öz fikirlərini açıq şəkildə belə ifadə etmişdir: “... Biz köçürməyə Zaqafqaziyaya rusları deyil, digərlərini yerləşdirərək başladıq. 1826-1828-ci il müharibəsindən sonra, 1828-1830-cu illər arasında iki ildə 40.000-dən artıq İran ermənisi və 84.000 Türkiyə ermənisini erməni nüfuzunun az olduğu Gəncə və İrəvan vilayətləri ilə Tiflis vilayətinin Borçalı, Axalçiki və Axalkələk bölgələrində ən yaxşı münbit torpaqların olduğu ərazilərdə yerləşdirdik. Qəbul edilməlidir ki, rəsmi olaraq yerləşdirilən 124.000 erməni, qeyri-rəsmi olaraq yerləşdirilənlərlə bərabər sayları 200.000-ni keçməkdədir. Bu yüzilliyin sonunda Zaqafqaziyada 1, 3 milyon olan ermənilərin 1 milyondan çoxu bu bölgənin yerli xalqı olmayıb, bizim tərəfimizdən yerləşdirilənlərdir...”.[33] Erməni köçkünləri daha çox İrəvan, Naxçıvan və Qarabağ bölgələrində yerləşdirilmişlər. Hesablamalara görə, təkcə 1828-1829-cu illərdə Cənubi Azərbaycandan Naxçıvan şəhərinə 416 erməni ailəsi (1900 nəfər), cəmisi 43 Naxçıvan kəndinə 1875 erməni ailəsi və ya 7000 nəfər erməni köçürülmüşdür.[34] Bir rus mənbəsinin verdiyi məlumata görə, bütün Naxçıvan əyalətində bu illərdə yerləşdirilmiş erməni ailələrinin sayı 2557-ə çatmışdır.[35] Buraya Naxçıvan əyalətinin Ordubad dairəsinin 4 kəndinə yerləşdirilmiş 966 erməni ailəsi də daxil idi. Çoxsaylı rus mənbələri sübut edir ki, təkcə 1828-1829-cu illərdə Naxçıvana ancaq Cənubi Azərbaycandan köçürülən ermənilərin sayı 11 min nəfərdən çox olmuşdur. Ermənilərin bir qisminin yerləşdirildikləri İrəvan və Naxçıvan xanlıqları 1828-ci ildə “Erməni vilayəti” deyilən yeni bir dövlət qurumuna həvalə edilmişdi. Belə bir qondarma idarə sistemi rus çarı II Nikolayın 21 mart 1828-ci il tarixli əmri əsasında yaradıldı. Beləliklə, general Paskeviçin yazdığı raport əsasında Rusiya senatı 1828 saylı qərarı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisi hesabına “Erməni vilayəti” yaratdı. Belə bir inzibati-ərazi vahidinin yaradılması ilk növbədə güdülən çoxbaşlı rus niyyətlərindən xəbər verirdi. Cənubi Qafqaz valisi İ.İ.Vorontsov-Daşkov çar Nikolay Romanova yazdığı 10 oktyabr 1912-ci il tarixli məktubunda I Pyotr dövründə təməli qoyulmuş siyasətə bir daha geri dönməyin gərəkliyini xatırladaraq “əvvəlki rus siyasətinə geri dönərək Türkiyə ermənilərinə hamilik etmənin zamanı gəlmişdir”.[36]
İki hissədən ibarət olan “Naxçıvan diyarının tarixinə və etnoqrafiyasına dair materiallar” kitabında rus şərqşünası K.N.Smirnov IV əlavədə 1831-ci il kameral təsvirindən çıxarış vermişdir.[37] Müəllif köçürülən ermənilərin bölgəyə yerləşdiyi əraziləri aşağıdakı kimi göstərir: Əliabad kəndinə Xoydan 136 nəfər, Şıxmahmud kəndinə Xoy və Salmasdan 430 nəfər, Qaraxanbəyli kəndinə Salmasdan 440 nəfər, yerli əhalisi 47 nəfər azərbaycanlı olan Hacıvar kəndinə Salmasdan 102 nəfər, Aşağı Uzunobaya Xoydan 65 nəfər, Badamlı kəndinə Salmasdan 101 nəfər erməni erməni köçürülmüşdür.[37] Həmin müəllifin verdiyi məlumatlardan aydın olur ki, Qulu-Dizə kəndinə Urmiya və Salmasdan 136 nəfər, Kültəpə kəndinə Salmasdan 330 nəfər, Didivara Salmasdan 15 nəfər, yerli əhalisi azərbaycanlılar olan Nəzərabada Xoy və Salmasdan 198 nəfər erməni köçürülmüşdür.[38] XIX yüzilliyin 30-cu illərinə aid olan bir mənbədə yazılırdı ki, bu dövrdə Naxçıvan mahalının 59 kəndində 1.884 azərbaycanlı ailəsi, 1.606 köçürülmüş erməni ailəsi yaşayırdı. Şəhərin özündə yaşayan 1.330 ailədən 905-i azərbaycanlı, 425-i isə köçürülmüş erməni ailələri idi.[39] Bu illərdə Naxçıvan bölgəsini diqqətlə tədqiq etmiş rus müəllifi V.Qriqoryevin və bölgədə olmuş İ.Şopenin məlumatlarına görə 1827-1829-cu illərdə Naxçıvanda azərbaycanlılar əhalinin 90%-ni (4600 ailədən 4170-ni) təşkil etdiyi halda [40][41], sonrakı illərdə bu rəqəm xeyli aşağı düşmüşdür. Köçürmə siyasəti nəticəsində 1832-ci ildə onların sayı 2791-ə düşmüş, təqribən 60% azalmışdı.[40] Çar hakimiyyəti orqanlarının bilavasitə havadarlığı ilə köçmə ermənilər yerli azərbaycanlıları sıxışdırmağa başladılar. Bu ərazilərdə yaşayan köklü türk əhalisinin bir hissəsi məcburi olaraq öz doğma torpaqlarını tərk edərək Türkiyə və İrana köçməli olurdular.[42] İ.Şopenin məlumatına görə, Rusiya-İran, Rusiya-Türkiyə müharibələri nəticəsində İrəvan və Naxçıvan ərazilərindən xeyli müsəlman əhalisi qaçqın düşmüş, orada yalnız 81.749 nəfər (17078 ailə) müsəlman qalmışdı.[43] XIX əsrin 20-ci illərinin sonunda keçirilən siyahıyaalmada iştirak edən rus məmuru İ.Şopenin əsərinin təhlilindən aydın olur ki, 1828-1829-cu illər ərzində köçürülən ermənilərdən 23.568 nəfər (8599 ailə) İrəvan vilayətinin 119 kəndində, 10.562 nəfər (2137 ailə) Naxçıvan vilayətinin 61 kəndində, 1340 nəfər isə (250 ailə) Ordubad dairəsinin 12 kəndində yerləşdirildi.[44] V.Qriqoryevin məlumatına görə, çox qısa bir vaxt ərzində Naxçıvan əyalətinə köçürülmüş 2551 erməni ailəsindən 2285 ailə bölgənin Naxçıvan mahalında, 266 ailə isə Ordubad mahalında yerləşdirilmişdir. Təbriz, Marağa, Xoy, Urmiya və Salmas ərazilərindən köçürülmüş ermənilər Naxçıvan şəhərində, əyalətin Naxçıvan mahalının 43 azərbaycanlı kəndində, Ordubad mahalının isə 4 kəndində yerləşdirilmişdir.[45] Müxtəlif çirkin üsul və vasitələrlə Naxçıvan iddiasında olan erməni işğalçıları bu rus müəlliflərinin kitablarının cəmi 3-4 səhifəsini vərəqləsələr Naxçıvan bölgəsini erməni torpağı elan etməklə nə qədər yanıldıqlarını yaxşı başa düşərlər.
XIX əsrin II yarısında
redaktəXIX əsrin II yarısından başlayaraq ermənilərin Şimali Azərbaycana, o cümlədən İrəvan quberniyasına və Naxçıvan bölgələrinə köçürülməsi daha kütləvi hal almağa başlamışdı. 1853-1856-cı illər Krım müharibəsi və 1877-1878-ci illər Rusiya-Osmanlı müharibələri və onların törətdikləri hadisələr bu kütləviliyi daha artırdı. N.Şavrovun məlumatına görə general Ter-Quqasovun əmri ilə 1864-1876 və 1877-1879-cu illərdə köçürülən ermənilər əsasən Sürməlidə və digər bölgələrimizdə yerləşdirildi. Minlərlə müsəlmanın İrəvan xanlığını tərk etməsindən sonra (1828-ci ildən) burada yerləşdirilən 45.000-dən çox erməni xanlığın xristian əhalisinin sayının artmasına böyük təsir göstərdi.[46] Hesablamalar göstərir ki, 1873-cü ildə 221.191. erməninin, 1886-cı ildə isə 375.700 erməninin yerləşdirildiyi İrəvan quberniyasında bu rəqəmlər 1897-ci ildə 439.926 nəfərə çatmışdır. Göründüyü kimi 20 ildən artıq bir müddət ərzində ermənilərin sayı bir neçə (təqribən 34,3%) artmışdır. Rus müəllifi N.Şavrov yazırdı ki, 1893-1894-cü illərdə Türkiyədəki qarışıqlıq dövründə köçürülən ermənilərin sayı 100 mini ötüb keçmişdir. O yazırdı ki, “1897-ci ildə knyaz Q.S.Qolitsının yenidən baş komandan təyin edilməsindən sonra köçürülən ermənilərin sayı 900 minə yaxın olmuşdur”.[33] Köçürülmə siyasəti ilə bağlı məlumatlara “İstoriçeskaya qeoqrafiya Zapadnoqo Azerbaycana”[47] adlı kitabda, A.S. Qriboyedovun [48], O.İ.Popovanın[28], K.A.Nikitinin[49], K.N.Smirnovun[50], Qurko-Kryajinin[51] əsərlərində rast gəlirik. Beləliklə, XIX yüzilliyin əvvəllərində Azərbaycanın iki hissəyə parçalanmasını təsdiq edən Türkmənçay müqaviləsinin imzalanması ilə bizim bugünkü bəlalarımızın əsası qoyuldu. İddia edilən “Böyük Ermənistan” “dövləti”ni gerçəkləşdimək üçün ermənilər başlanğıc olaraq Naxçıvanı hədəf seçmişlər. Bunun üçün onlar saxta tarix yaratmış, bu ərazinin erməni torpağı olduğunu, əhalinin milli tərkibində ermənilərin “üstünlük” təşkil etdiyini sübuta yetirməyə çalışmışlar.[52] Qonşu olmağa məhkum edildiyimiz bədnam ermənilər Naxçıvanın həsrətindədirlər. Ermənistan 1921-ci ildə Rusiya ilə Türkiyə arasında imzalanmış müqavilələrin ləğv edilməsini tələb edir.
İstinadlar
redaktə- ↑ 1 2 "Ermənilərin Qarabağa köçürülməsi". 2011-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-26.
- ↑ http://www.kommersant.ru/doc.aspx?DocsID=570883
- ↑ "ABŞ konqresi kitabxanası". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-26.
- ↑ О именовании присоединенных к России ханств Эриванского и Нахичеванского Областию Армянского // Полное собрание законов Российской империи.Собр. вт. т.III. СПб., 1830, ст.1888.
- ↑ 1 2 "Çarizmin ermənilərin Azərbaycan torpaqlarına köçürmə siyasətində Naxçıvan bölgəsinin yeri" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-06-26.
- ↑ Аденц Н. Армения – Новый енциклопедический словарь. СПб, 1912, том.3
- ↑ Шопен И. Новые заметки на древнюю историю Кавказа и его обитателей. СПб, 1896, с.26
- ↑ Дубровин Н. История войны и владичества русских на Кавказе. Том 1, кн.2, СПб, 1871, с.406
- ↑ Кавказский Календар на 1853 год. Тифлис, 1852, с.483.
- ↑ В.Ишханйан. Народности Кавказа. СПб, 1916, с.18
- ↑ И.Петрушевский. О дохистианских верованиях крестьян Нагорного Карабаха. Б., 1930, с.8.
- ↑ П.Г.Бутков. Материалы для новой истории Кавказа с 1722 по 1803, том 1, СПб, 1869, с.47–48
- ↑ F.Q.Köçərli. Qarabağ. Bakı, 2002, s.128
- ↑ Нерсесян М. Из истоии русско-армянских отношений, т.1., Ереван, 1956, с.232
- ↑ Эзов Г.А. Сношения Петра Великого с армянским народом. Докементы. СПб, 1898, ХII, ХХIII
- ↑ Azərbaycan tarixi. IV c., Bakı, 2000, s.49
- ↑ Н.Н.Шавров. Новая угроза русскому дьлу в Закавказье; предстоящая распродажа Мугани Инородцамь. С.Петербург, 1911, с.63–64.
- ↑ "Əli Məmmədov, Ermənilərin kütləvi surətdə osmanlıdan və İrandan Şimali Azərbaycana köçürülməsi". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-26.
- ↑ Rusiyanın Van və Ərzurumdakı baş konsulu Mayevskinin xatirələri.Bakı, 1994, 35 s., s.8
- ↑ Вердиева Х., Гусейнзаде Р. «Родославная» армян и их миграция на Кавказ с Балкан. Баку-«Элм»-2003, 167 с., c. 31
- ↑ Йениколопов И.К. Грибоедов и Восток. Ереван, 1954, 183 с., c. 110
- ↑ Глинка С. Описание армянь азербайджанских в переделы России. Баку: Элм, 1990, 144 с., c. 103
- ↑ Величко В.Л. Кавказь. Русское дело и межплеменные вопросы. Баку: Элм, 1990, 224 с., c. 123
- ↑ Григорьев В. Статистическое описание Нахичеванской провинции. СПб., 1833, 263 с., c.29
- ↑ 1 2 Шопен И. Исторический памятник состояния Армянской облаcти в эпохи ее присоединения к Российской империи. СПб., 1852, 1231 с.
- ↑ Mustafayev A. XIX əsrdə və XX əsrin əvvəllərində Naxçıvanda etno-siyasi proseslər // Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri. Naxçıvan, 2006, s.113-123.
- ↑ Грибоедов А.С. Сочинение, том 3.-изд.во «Правда», М., 1971, с.268.
- ↑ 1 2 Попова О.И. Грибоедов-дипломат. М., 1964, 132 с.
- ↑ Грибоедов А.С. “Yol qeydləri”. Bakı, 1989, 314 c.
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпохи ее присоединения к Российской империи. СПб., 1852, 1231 с., c.599-619
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпохи ее присоединения к Российской империи. СПб., 1852, 1231 с., c.630
- ↑ 1 2 Шопен И. Исторический памятник состояния Армянской области в эпохи ее присоединения к Российской империи. СПб., 1852, 1231 с., c.540
- ↑ 1 2 Шавров Н. Новая угроза русскому делу в Закавказье. Предстояшая распродажа мугани инородцам. История Азербайджана по документам и публикациям. Баку: Элм, 1990, с.60-61.
- ↑ Həsənov H. XIX əsrin ortalarında Naxçıvana erməni köçürülmələri və onların demoqrafik duruma təsiri // Naxçıvan bu gün: islahatlar, perspektivlər. Naxçıvan-2008, s.132-138.
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпохи ее присоединения к Российской империи. СПб., 1852, 1231 с., c. 539
- ↑ Из писем Воронтсова-Дашкова Николаю Романовичу. История Азербайджана по документам и публикациям. Баку: Элм, 1990, с.118-120., c. 119
- ↑ 1 2 Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку, «Озан»-1999, 156 с., c. 123-137
- ↑ Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку, «Озан»-1999, 156 с., c. 129, 131-132
- ↑ Обозрение Российских владений за Кавказом в статистическом, этногрфическом, топографическом и финансовом отношениях. Часть IV, СПб., 1836, 338 с., c. 332
- ↑ 1 2 Григорьев В. Статистическое описание Нахичеванской провинции. СПб., 1833, 263 с., c. 31
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпохи ее присоединения к Российской империи. СПб., 1852, 1231 с., c. 540-541
- ↑ Mustafayev A. XIX əsrdə və XX əsrin əvvəllərində Naxçıvanda etno-siyasi proseslər // Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri. Naxçıvan, 2006, s.113-123., s. 115
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпохи ее присоединения к Российской империи. СПб., 1852, 1231 с., c. 642
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпохи ее присоединения к Российской империи. СПб., 1852, 1231 с. , c. 636-642
- ↑ Григорьев В. Статистическое описание Нахичеванской провинции. СПб., 1833, 263 с.
- ↑ Ирс. Международный Азербайджанский журнал. №6 (42), М., 2009, 62 с., c. 45
- ↑ История география Западного Азербайджана. Баку, 1998, 560 с., c.9, 22
- ↑ Грибоедов А.С. Записка переселения армян из Персии в наши области. История Азербайджана по документам и публикациям. Баку: Элм, 1990, с.339-341.
- ↑ Никитин К. Город Нахичеван и Начичевансий уьездь. Вып.2, Тифлис, 1882, 142 с., c. 125
- ↑ Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку, «Озан»-1999, 156 с., c. 29-30
- ↑ Гурко-Кряжин. Армянский вопрос. Большая Советская Энцик-лопедия 1926 год издания. М., 1926, 1-32 с.
- ↑ Hacıyev İ. Tarixi həqiqətlər və erməni məkri. “Azərbaycan” qəzeti, 15 mart 2006-cı il.
Xarici keçidlər
redaktə- Ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsi Arxivləşdirilib 2008-12-25 at the Wayback Machine
- Mənbələr azərbaycanlıların 1905–1906-cı illər soyqırımı haqqında[ölü keçid]
- http://karabakh-doc.azerall.info/ru/azerpeople/ap020.htm Arxivləşdirilib 2012-04-02 at the Wayback Machine
- Ermənilərin Şimali Azərbaycana köçrülməsi
- Ermənilərin Azərbaycana qarşı Ərazi iddiaları və silahlı təcavüzü Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine
- Qarabağ[ölü keçid]
- HADISƏLƏR
- Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi Arxivləşdirilib 2010-03-21 at the Wayback Machine
- Qarabağ ən qədim zamanlardan xanlıqlar dövrünədək Arxivləşdirilib 2012-02-08 at the Wayback Machine
- http://www.ermenisorunu.gen.tr/turkce/katliamlar/azerbaycan.html
- Dağlıq Qarabağ münaqişəsi Arxivləşdirilib 2013-10-30 at the Wayback Machine