Erken Saxar - Wikipedia
Erken-Şaxar (abq. Эркин-ШахӀар, kab.-çərk. Эркен-Шахер, Эркен-Щыхьэр, Эркен-Щэхьэр, qaraç.-balk. Эркин-Шахар, noq. Эркин-Шахар ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Noqay rayonunun inzibati mərkəzi.
Erken-Şaxar | |
---|---|
44°22′ şm. e. 41°57′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1964 |
Mərkəzin hündürlüyü | 430 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 369340, 369341 |
Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir.
Coğrafiyası
redaktəQəsəbə Noqay rayonunun şərq hissəsində, Kuban çayının sol sahilində, Kiçik Zelençuk çayının ona töküldüyü yerdən bir qədər yuxarıda yerləışir. Çerkesskdən 18–20 km şimal-qərbdə və Nevinnomıssk şəhərindən 31 km cənubda yerləşir. Qəsəbədə Nevinnomısskaya stansiyası vardır. Bu stansiya Nevinnomıssk-Cequta yolu üzərində yerləşir.
Cənubdan, cənub-şərqdən və şərqdən Erken-Şaxar Adıge-Xabl rayonunun torpaqları ilə əhatələnmişdir: cənubdan və cənub-qərbdən Adıge-Xabl kəndi, cənub-şərqdən Sadovoye kəndi. Qərbdə Erken-Şaxar demək olar ki, Erken-Xalq kəndinin torpaqlarına bitişikdir. Şimalda kənd Kuban-Xalq kəndi ilə həmsərhəddir. Onlar əslində bir yaşayış məntəqəsinə birləşmişdir. Yaşayış məntəqələrini dəmir yolu və bir küçə ayırır. Kəndin şimal və şimal-qərbində, Kuban çayının qarşı sahilində, Stavropol diyarının Belomeçetskaya kəndi yerləşir.
Qəsəbəd orta hündürlük dəniz səviyyəsindən 430 metrdir.
Qəsəbənin iqlim mülayim istidir. Orta illik temperatur təxminən + 8 ° C-dir. İyul ayının orta temperaturu + 21-22 ° C, yanvarın orta temperaturu isə −4-5 ° C təşkil edir. Orta illik yağıntının miqdarı ildə 500 ilə 600 mm arasında dəyişir. Ən çox yağıntı yaz-yay dövrünə düşür[2][3].
Tarixi
redaktə1925-ci ildə Nevinnomıssk kəndindən Batalpaşin kəndinə qədər olan dəmir yolu xəttində tikinti işləri başlyır[4].
1928-ci ildə hazırkı qəsəbənin yerində Erken-Şahar dəmiryol stansiyası inşa edilir və müvəqqəti bir kənd qurulur. Bu kəndin sakinləri dəmir yolunun tikintisi ilə məşğul olurdu.
1929-cu ildə Erken-Şahar dəmiryol stansiyasının şimalındakı Erken-Xalq kəndindən gələn köçkünlər tərəfindən yeni bir Kuban-Xalk kəndi salınır.
1932-1935-ci illərdə kənddə dəyirman, zoovettexnikum və kommunist gənclər məktəbi inşa edilir.
1939-cu ildə Erken-Şahar stansiyasında iki sinifli dəmir yolu ibtidai məktəbi açılır
1961-ci ilin martında qəsəbənin inşasına başlanıldı. Əvvəlcə 4 kottec tikildi və gələcək parkın ağacları əkildi.
1962-ci ildə çoxmənzilli binaların və əsas infrastrukturun inşasına başlanıldı.
Əhali
redaktə- Milli tərkib
2002-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
xalq | say, nəf. (2010) |
ümumi əhaliyə olan nisbət, % (2010) |
---|---|---|
noqaylar | 1 778 | 42,8 % |
ruslar | 1 402 | 33,8 % |
çərkəzlər | 286 | 6,9 % |
abazinlər | 173 | 4,2 % |
qaraçaylılar | 81 | 2,0 % |
ukraynalılar | 60 | 1,4 % |
digərləri | 372 | 9,0 % |
ümumi | 4 152 | 100 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
xalq | say, nəf. (2010) |
ümumi əhaliyə olan nisbət, % (2010) |
---|---|---|
noqaylar | 1 989 | 47,5 % |
ruslar | 1 176 | 28,1 % |
çərkəzlər | 293 | 7,0 % |
abazinlər | 185 | 4,4 % |
qaraçaylılar | 75 | 1,8 % |
tatarlar | 71 | 1,7 % |
azərbaycanlılar | 61 | 1,5 % |
ermənilər | 50 | 1,2 % |
ukraynalılar | 36 | 0,9 % |
digərləri | 205 | 4,9 % |
bildirməyənlər | 43 | 1,0 % |
ümumi | 4 184 | 100 % |
İstinadlar
redaktə- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ "Генеральный план Эркен-Шахарского сельского поселения. Материалы по обоснованию генерального плана" (PDF). 2018-02-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
- ↑ "Подробная топографическая карта юга России. 1999". 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
- ↑ "История Эркен-Шахара". 2017-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
- ↑ "Этнокавказ. Национальный состав населения Адыге-Хабльского района по переписи 2002 года". 2014-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
- ↑ "База данных Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.