Eriksson Qlob - Wikipedia
Aviçi Arena — İsveçin Stokholm şəhərində yerləşən çoxməqsədli bağlı arena. 16,000 tamaşaçı tutumuna malikdir. Aviçi Arena dünyanın ən böyük yarım kürə binasıdır və inşaatı iki il çəkib.
Aviçi Arena | |
---|---|
Avicii Arena | |
| |
59°17′37″ şm. e. 18°04′59″ ş. u.HGYO | |
Ölkə | İsveç |
Region | Yohanneshov |
Şəhər | Stokholm |
Tikilmə tarixi | 1986–1989 |
Memar | Svante Berq, Lars Vretblad |
Vikianbarda əlaqəli mediafayllar |
Arenanın şəkli İsveç Günəş sistemindəki Günəşi təmsil edir. Eyni zamanda Günəş sistemində yer alan Günəşin Dünya üzərindəki ən büyük ölçülü modeli ünvanınada sahibdir.
Arenanın tikilməsinə 10 sentyabr 1986-cı il tarixində başlanılıb, 19 fevral 1989-cu il tarixində arena açılıb. İsveçin ən böyük mahnı müsabiqəsi olan (eyni zamanda ölkənin Avroviziya Mahnı Müsabiqəsinə seçim turu olaraq keçirdiyi) Melodifestivalenin finallarına 1989 və 2002-ci ildən 2012-ci ilədək Aviçi Arenada keçirilib. Həmçinin Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə ev sahibliyi etmişdir. Eyni zamanda Aviçi Arenada müxtəlif zamanlarda bir çox dünya ulduzlarının (Cennifer Lopes, Selin Dion, Britni Spirs, Rihanna, Mayli Sayrus, Keti Perri, Lady Gaga, Ariana Qrande və b.) konsertləridə keçirilmişdir. Aviçi Arena 10 may, 12 may və 14 may tarixlərində 2016 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir[1].
İstinadlar
redaktə- ↑ "ESC 2016: Stockholm To Host Eurovision 2016". eurovoix.com. 8 İyul 2015. 2015-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 İyul 2015.