Enstatit - Wikipedia
Enstatit – Mg2 [Si2O6] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.
Enstatit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
MgSiO₃ |
Strunz təsnifatı | VIII/D.02[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][2] |
Zolaq rəngi | boz |
Sıxlıq | 3,2 ± 0,1 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəBronzit – tərkibində 5–14 % FeO olan tuncu çalarlı enstatit; viktorit – meteorit enstatiti.
Xassələri
redaktəRəng – müxtəlif çalarlı yaşıl, bozumtul-ağ, boz, sarı, qonur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – təzə kəsikdə şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 3,2–3,5; Sərtlik – 5–6; Kövrəkdir; Ayrılma – {210} üzrə ~ 88° bucaq altında orta; Sınıqlar – pilləli; Morfologiya – kristallar: prizmatik, bəzən lövhəvari; İkiləşmə: nadir hallarda {101} üzrə; Mineral aqreqatları: sıx, dənəvər.
Mənşəyi və yayılması
redaktəMg ilə zəngin olan ultraəsası süxurlar – peridotit, piroksenit, harsburqit və lertsolitlər üçün səciyyəvi olan tipik maqmatik mineraldır. Əsasi süxürların – qabbro və qabbro-noritin mühüm süxurəmələgətirən mineralıdır. Effuziv əmələgəlmələrin – bazaltların və andezitlərin adi mineralıdır. Peqmatitlərdə də tapılmışdır. Enstatitin kontakt-metasomatik əmələgəlmələri məlumdur. Meteoritlərdə də aşkar edilmişdir: daş meteoritlərin əsas minerallarından biridir. Birlikdə rast gəldiyi minerallar: olivin, diopsid, serpentin, apatit, xromit, qranat, spinel və b. Mineralın tapıldığı yerlər: dünyanın bir çox regionlarında geniş yayıl-mışdır: Telemarken (Norveç); Tili-Foster (ABŞ) və b. Azərbaycanda Kiçik Qafqazın serpentinitlərində, Konqur-Alangöz intruzivinin cənub-qərb hissəsinin kontakt oreolunda və b. məntəqələrdə qeyd edilir.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.