Enn Sallivan - Wikipedia
Enn Sallivan kimi tanınan Johanna Anne Mansfield Sullivan Macy (4 aprel 1866[1][2] – 20 oktyabr 1936[1][2]) irland əsilli amerikalı müəllim idi. Helen Kellerə dərs demişdir.
Enn Sallivan | |
---|---|
Doğum tarixi | 4 aprel 1866[1][2] |
Vəfat tarixi | 20 oktyabr 1936[1][2] (70 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | müəllimə |
Vikianbarda əlaqəli mediafayllar |
Enn Sullivan 1866-cı ildə Massaçusets ştatının Aqavam şəhərinin Feeding Hills kəndində anadan olmuşdur. Vəftiz qeydlərinə görə adı Johanna Mansfield Sullivan olsa da, ona Enn (ingiliscə Anne) adı ilə müraciət edilirdi. Valideynləri Tomas Sullivan və Alice Sullivandır. 1932-ci ildə Helen Keller və Enn Sallivan Şotlandiya Təhsil İnstitutunun və Templ Universitetinin fəxri fərmanlarına layiq görülmüşdürlər.
Enn Sallivan 1935-ci ildə hər iki gözünün nurunu tamamilə itirdiyinə görə kor olmuşdur. O, 1936-cı il oktyabrın 20-də Nyu-Yorkun Forest Hills şəhərində komaya düşərək 70 yaşında vəfat edib. Sallivan Helen Kellerin əlindən tutaraq ölmüşdür. Helen Keller 1968-ci ildə vəfat edəndə isə onun cəsədi yandırıldı və külləri Vaşinqton Milli Kafedralında, Enn Sallivanın məzarına qoyulmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Anne Sullivan Macy // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Anne Sullivan // FemBio database (alm.).
- ↑ Find a Grave (ing.). 1996.