Enn Rays - Wikipedia
Enn Rays (4 oktyabr 1941[1][2][…], Nyu-Orlean, Luiziana[4] – 11 dekabr 2021[3], Ranço-Miraj[d], Kaliforniya) — ABŞ yazıçısı.
Enn Rays | |
---|---|
Howard Allen Frances O'Brien | |
| |
Doğum adı | Howard Allen Frances O'Brien |
Təxəllüsü | Enn |
Doğum tarixi | 4 oktyabr 1941[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 dekabr 2021[3] (80 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult[5] |
Milliyyəti | İrland əsilli ABŞ-lı |
Həyat yoldaşı | Stan Rays |
Uşaqları |
Mişel Rays (1972-ci ildə ölüb) Kristofer Rays |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı, ssenarist |
Fəaliyyət illəri | 1976–11 dekabr 2021 |
Əsərlərinin dili | ingilis |
İstiqamət | qot |
Janr | roman |
annerice.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEnn Rays 1941-ci ilin 4 oktyabrında ABŞ-nin Luizana ştatının Nyu Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard Allın O'Brindir. Enn adını məktəbdə adını deməyə utandığından işlətmiş və belə tanınmağa üstünlük vermişdir. Enn Raysın əsərləri qot cərəyanının inkişafına töhfə vermişdir. Nyu Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir. Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Yazıları sado-mazoşist üslubundadır. 1961-ci ildə Stan Rays ilə evlənmiş və Mişel adında qızları olmuşdur. Mişel 1972-ci ildə ağır xəstəlikdən ölmüşdür. "Vampirlə görüş" əsərində Kladio adlı vampir qız həm görünüşə, həm də yaşına görə Mişelə bənzədildiyi irəli sürülür. 1978-ci ildə Kristofer adında oğlu olmuşdur. Romanları əsasında "Vampirlə görüş" və "Lənətlilər kraliçası" filmləri çəkilmişdir. Əvvəl ateist olan Enn Rays uşağını itirəndən sonra katolik məzhəbinə qayıtmışdır.
Kitabları
redaktə- Vampirlə görüş (1976)
- Bütün müqəddəslər bayramı(1979)
- Cənnətə səslənmək(1982)
- Yatan gözəlin tələbi (1983)
- Gözəlliyin cəzası (1984)
- Vampir Lestat (1985)
- Edenə çıxış (1985)
- Gözəlliyi azad buraxmaq (1985)
- Belinda (1986)
- Lənətlilər kraliçası (1988)
- Mumiya (1989)
- Təsirli zaman (1990)
- Bədən oğrusunun nağılı (1992)
- Laşer (1993)
- Taltos (1994)
- Memnoch the Devil (1995)
- Xudmətçinin sümükləri (1996)
- Kaman (1997)
- Pandora (1998)
- Armand (1998)
- Vittorio the Vampire (1999)
- Merrik (2000)
- Qan və Qızıl (2001)
- The Master of Rampling Gate (2002)
- Blackwood Farm (2002)
- İlahi Qan (2003)
- Şeytanla rəqs (1995)
İstinadlar
redaktə- ↑ 1 2 Anne Rice // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Anne Rice // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Anne Rice, author of ‘Interview with the Vampire,’ dies (ing.).
- ↑ 1 2 Blain V., Grundy I., Clements P. The Feminist Companion to Literature in English (ing.): Women Writers from the Middle Ages to the Present. 1990. P. 897.
- ↑ Author Anne Rice dies aged 80.