Enn Makbet - Wikipedia
Enn Makbet (ing. Ann Macbeth; 25 sentyabr 1875, Bolton – 23 mart 1948, Kambriya[d]) — Şotlandiya rəssamı və yazıçısı, tikmə ustası və modern növü dizayneri, Qlazqo sənət məktəbinin nümayəndəsi.
Enn Makbet | |
---|---|
Doğum tarixi | 25 sentyabr 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 1948 (72 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | rəssam, textile artist[d], lace maker[d] |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEnn Makbet Qlazqo İncəsənət Məktəbində oxumuş və 1911-ci ildən bu məktəbdə tikmə şöbəsinə rəhbərlik etmişdir. Parça dizayneri olaraq sənətçilər Çarlz Makintoş və onun həyat yoldaşı Marqaret ilə əməkdaşlıq edirdi. Uzun müddət ərzində E.Makbetin əsərləri xanım Kranstonun çay salonunda sərgilənirdi, bu yer XX əsrin əvvələrində Qlazqo şəhərinin avanqard və modernist sənət əsərlərinin sərgiləndiyi məkan hesab edilirdi. Makbet bəzi tekstil və geyim şirkətləri üçün dizayn işləri də həyata keçirmişdir. Onun naxışları Qlazqo katedralıni bəzəyir.
E. Makbet bədii tikmə üzrə 5 kitabın müəllifidir. Sənətkar ömrünün son 27 ilini Paterdeyl (Kambriya qraflığı) adlı kiçik şəhərdə keçirdi. Yerli Müqəddəs Patrik kilsəsində onun naxışları toplusu var.