Endi Uorhol Muzeyi - Wikipedia
Endi Uorhol muzeyi (ingilis dilində:he Andy Warhol Museum) — ABŞ-nin Pittsburq şəhərində Endi Uorholun həyat və yaradıcılığına həsr olunmuş pop-art-muzeyi. ABŞ-də bir incəsənət xadiminə həsr olunmuş ən iri muzey.
Endi Uorhol muzeyi | |
---|---|
The Andy Warhol Museum | |
Əsası qoyulub | 13 may 1994 |
Açılış tarixi | 13 may 1994 |
Mövzu | Muasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Pittsburq, ABŞ |
Ziyarətçi sayı | 106,396 (2010) |
Direktor | Eric Shiner |
Telefon | +1 (412) 237-8300[1] |
40°26′54″ şm. e. 80°00′08″ q. u.HGYO | |
www.warhol.org/museum | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİlk dəfə bu muzeyin yaradılması haqqında plan 1989-cu ilin oktyabrında, Endi Uorholun ölümündən iki il sonra səslənmişdir [2],. 1993-cü ildə Tomas Armstronq gələcək muzeyin ilk direktoru təyin edilmişdir. Tomas Armstronq 1974-1990-cı illərdə Amerikada Vitni incəsənət muzeyinin direktoru vəzifəsində çalışmışdır [3]. Muzey binası kimi 1913-cü ildə Sendaski-Strit, 117 ünvanında yerləşən sənaye emalatxanasından [2] istifadə etmişlər, binanın əsaslı təmirinə və yenidən qurulmasına 12 milyon ABŞ dolları sərf edilmişdir[3].
Muzey 13 may 1994-cü ildə açılmış, elə birinci il onun ziyarətçilərinin sayı 25 minə yaxın olmuşdur. 1 mart 1995-ci ildə Tomas Armstronq muzeyin direktoru vəzifəsindən kənarlaşdırılmışdır [4].
"Sənin üçün çox dözülməzdir" filmində ən həlledici səhnələrin Endi Uorhol muzeyində baş verməsi təsvir olunmuşdur.
Təsviri
redaktəEndi Uorhol muzeyinin sahəsi 8200 m²-dir, 17 qalereyanı əhatə edən 7 mərtəbədən ibarətdir. Tamaşaçılara Endi Uorholun 900-yaxın şəkli, 77 heykəli, 400 foto isi, şəxsi əlyazmaları, 4350 video və kino kadrları, 30-dan çox pariki və başqa şəxsi əşyaları nümayiş etdirilir [5].Muzey tərəfindən 1996-cı ildən dünyanın müxtəlif ölkələrinin 153 şəhərində təşkil olunan 56 səyyar sərgisində 8 900 000 nəfər iştirak etmişdir [6]. Muzeydə ştat üzrə 73 nəfər işçi çalışır [7].
İstinadlar
redaktə- ↑ https://www.warhol.org/contact/.
- ↑ 1 2 To Get His Museum, Opening in '92 Arxivləşdirilib 2022-01-04 at the Wayback Machine на сайте nytimes.com, 3 октября 1989
- ↑ 1 2 Director Of Warhol Museum Is Chosen Arxivləşdirilib 2022-01-04 at the Wayback Machine на сайте nytimes.com, 6 января 1993
- ↑ Warhol Museum Head Announces Resignation Arxivləşdirilib 2021-12-28 at the Wayback Machine на сайте nytimes.com, 7 февраля 1995
- ↑ "Первые Леди посетили музей Энди Уорхола". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ http://www.pittsburghlive.com/x/pittsburghtrib/ae/museums/s_712298.html[ölü keçid]
- ↑ Andy Warhol Museum looks to next chapter Arxivləşdirilib 2015-04-13 at the Wayback Machine на сайте triblive.com, 5 декабря 2010
Xarici keçidlər
redaktə- Официальный сайт музея (ing.)
- Музей Энди Уорхола Arxivləşdirilib 2015-10-30 at the Wayback Machine (ing.)
- Музей Энди Уорхола Arxivləşdirilib 2013-01-20 at the Wayback Machine (ing.)
- Музей Энди Уорхола Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine (rus.)
- Музей Энди Уорхола (rus.)