Emilio Markos Palma - Wikipedia
Emilio Markos Palma (7 yanvar 1978, Esperansa stansiyası[d]) — Argentina vətəndaşı olan, Antarktida materikində doğulmuş ilk insandır. Emilio doğularkən çəkisi 3,4 kq (7 funt) təşkil etmişdir. O, Esperansa stansiyasında, Antarktik yarımadasında anadan olmuşdur. Onun atası kapitan Xorxe Emilio Palma stansiyada yerləşən Argentina hərbi dəstəsinin komandiri olmuşdur[1]. İndiyənə qədər Antarktikada 10 nəfər insan doğulmuşdur. Onlardan yalnız Emilio Markos Palma daha cənubda anadan olmuşdur.
Emilio Markos Palma | |
---|---|
Emilio Marcos Palma | |
Doğum tarixi | |
Doğum yeri | |
Atası | Xorxe Emilio Palma |
Anası | Mariya Silviya de Palma |
Milliyyəti | İspan |
Fəaliyyəti | Sistem analitiki |
1977-ci ilin sonunda Emilionun anası Mariya Silviya de Palma bətnində körpəsi 7 aylığında olarkən Eperansa stansiyasına gətirilir. Səbəb isə onun körpənin burada doğulmasını istəməsi olmuşdur[2]. Argentina Antraktikasında doğulan körpə avtomatik olaraq Argentina vətəndaşı olur. Üstəlik onun ata və anası Argentina vətəndaşlarıdır.
Emilio həm də Britaniya vətəndaşlığına iddia edə bilərdi. Səbəb isə ərazinin həm də Böyük Britaniyanın Antarktika ərazilərinə aid edilməsidir. Ancaq o və valideynləri bu iddiada olmamışlar.
O, Ginnesin Rekordlar Kitabına dünya tarixində Antarktida materikində doğulan ilk insan kimi düşmüşdür. Bununla belə Cənubi Georgiya adasında 1913-ci ildə doğulan norveçli Solveyk Qunberq Yakobsen Antarktikada doğulan ilk insan kimi tarixə düşmüşdür. İstisna olan vəziyyət isə Cənubi Georgiya adasının tam olaraq Antarktikaya aid edilməməsidir[3].
İstinadlar
redaktə- ↑ "Life found under S Pole ice shelf". The Times. 10 January 1978.
- ↑ "Born Freezing: Meet Antarctica's First Citizen". WebEcoist. 2012-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2012.
- ↑ Gravminner i Norge. Arxivləşdirilib 2014-02-21 at the Wayback Machine DIS Norge. Retrieved on 14 June 2012.