Emba Cayi - Wikipedia
Emba çayı (qaz. Жем, Ембі) — Qazaxıstanın Aktobe və Atyrau vilayətlərindən axır. çay həm də iki qitə, Avropa və Asiya arasında sərhəd rolunu oynayır. Uzunluğu 712 km (seldə), hövzəsinin sahəsi 40.400 km²-dir. Başlanğıcını Muqojar dağının qərb yamaclarından götürür. Podural yaylası və Xəzər ovalığı boyunca axır. Duzlu sahil bataqlıqları arasında itir, tam axan illərdə Xəzər dənizinə çatır. Qidalanmasının əsasını qar suları təşkil edir. Əsas axını aprel-may aylarında baş verir. İlin qalan ərzində tez-tez quruyur. Su yüksək dərəcədə minerallaşmışdır: yazda yuxarı axarda 150-200 mq/l-dən 800 mq/l-ə qədər; aşağı axarılarda yazda 1500-2000 mq/l, yayda 3000-5000 mq/l olur. Mövsümi olan əsas qolları: Temir (sağ) və Atsaksı (sol). Embanın orta və aşağı axınlarında neft və qaz hasil olunur (Şimali Emba neft və qaz bölgəsi, Cənubi Emba neft və qaz bölgəsi, Şərqi Emba neft və qaz bölgəsi).
Emba çayı | |
---|---|
qaz. Жем | |
Ölkə | Qazaxıstan |
Mənsəbi | Xəzər dənizi |
• Yüksəkliyi | -28 m |
Uzunluğu | 712 km |
Su sərfi | 17,5 ± 0,001 m³/s |
Hövzəsinin sahəsi | 40400 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Avropa ilə Asiya arasındakı şərti sərhədi çay boyunca keçirdiyinə inanılır.
Embanın hövzəsi çöl və yarımsəhra ərazilərində yerləşir. Üst hissəsində eroziya ilə parçalanan yayladan axır. Dənizdən təxminən 20 km məsafədə çay üç əsas qolu olan bir delta meydana gətirir: Qara-Uzyak, Kiyan və Kulok. Emba su baxımından olduqca kasıbdır. Onun qidalanmasının əsasını qarı əriməsi təşkil verir. Yazda su ilə doludur və yayda isə durğun axan bir sıra əlaqəli uzanan yerlərlə təmsil olunur. Emba sularında baharda çox miqdarda çöküntü müşahidə edilir. Yağışlardan sonra çay palçıqlı, çirkli rəng alır. Noyabr ayından mart ayına qədər donur[1].
Adının mənası
redaktəQazax dilində Emba adının iki variantı var: qaz. Ембі və qaz. Жем. Çayın rəsmi adı Embi olsa da xalq arasında az istifadə olunur. jem adı isə rəsmi olaraq qəbul olunmasada xalq arasında istifadə edilir. Embi türkmənlərin dilindən keçmədir “Yem boyı” sözündən törəmişdir. Mənması qidalanma vadisi olaraq tərcümə olunur. Qazax dilində bu söz saitlərin azalması ilə meydana gəlmişdir.
Alqemba
redaktə1920-ci ilin yanvar ayında Alqemba dəmir yolu və neft boru kəmərinin tikintisi planlaşdırlır. Bunun məqsədi Emba çayının ağzında yerləşən Şimal Emba neft və qaz bölgəsi ilə Aleksandrov Qayını birləşdirməsi olur. Yolun və boru kəmərinin tikintisi işləri 1921-ci ilin avqustunda dayandırıldı. Bəzi məlumatlara görə, yolun inşasında çox sayda insan aclıq, susuzluq və epidemiyadan öldü[2].
İstinadlar
redaktə- ↑ Zonn,, Igor S. (et al.). The Caspian Sea Encyclopedia. Springer. 8 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2013.
- ↑ "Загадка Алгембы".[ölü keçid]