Ellinistik Din - Wikipedia
Ellinistik din — e.ə. 300-cü ildən b.e. 300-cü ilə qədər, ellinizm dövründə və Roma imperiyasında qədim yunan mədəniyyətinin təsiri altında yaşayan Şərqi Aralıq dənizi xalqlarının müxtəlif inanc və təcrübə sistemlərindən hər hansı biri. Ellinistik dində çoxlu davamlılıq var idi. İnsanlar yunan tanrılarına ibadət etməyə və Klassik Yunanıstanda olduğu kimi eyni ayinləri yerinə yetirməyə davam edirdilər.
Dəyişiklik Misir tanrıları İsida və Serapis,[1] Suriya tanrıları Atarqatis və Baal-Hadad da daxil olmaqla,[2] digər ölkələrdən yeni dinlərin əlavə edilməsi nəticəsində baş vermişdir. Bu, həm yaşadıqları həyatda, həm də axirətdə tamamlılıq istəyən insanlar üçün yeni bir çıxış yolu yaratmışdır. İlahiləşdirilmiş ellinist hökmdarlara sitayiş də bu dövrün bir xüsusiyyətinə çevrilmişdir. Misirdə Ptolemeylər əvvəlki Misir təcrübələrini və yunan qəhrəman kultlarını adaptasiya edərək Makedoniyalı İsgəndərin Ptolemey kultu daxilində özlərini firon kimi təqdim etmişdilər. Başqa yerlərdə hökmdarlar tanrı statusunu tam əldə etmədən ilahi status ala bilmişdilər.
Bir çox insanlar magiya məşğul olurdu. Bütün ellinist dünyada insanlar kahinlərlə məsləhətləşir, bədbəxtlikdən çəkindirmək və ya magiya məqsədilə tumar və heykəlciklərdən istifadə edirdilər. Ellinistik astrologiyanın mürəkkəb sistemi bu dövrdə inkişaf etmiş, günəşin, ayın və planetlərin hərəkətləri ilə insanın xarakterini və gələcəyini müəyyən etməyə cəhd göstərilmişdir. Stoaçılıq və epikürçülük kimi ellinizm fəlsəfəsi sistemləri ənənəvi dinə dünyəvi alternativ təklif etmişdir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Mikalson, 2006. səh. 219
- ↑ Shipley, 1999. səh. 168
Ədəbiyyat
redaktə- Mikalson, Jon D., Greek Religion - Continuity and Change in the Hellenistic Period // Bugh, Glenn Richard (redaktor), The Cambridge Companion to the Hellenistic World, Cambridge University Press, 2006, ISBN 0-521-53570-0
- Shipley, Graham, Chapter 5 - Religion and Philosophy // The Greek world after Alexander, 323-30 B.C., Routledge, 1999, ISBN 0-415-04618-1
Əlavə ədəbiyyat
redaktə- Chamoux, François; Roussel, Michel, Chapter 9 - The Needs of the Soul // Hellenistic Civilization, Wiley-Blackwell, 2002, ISBN 0-631-22242-1
- Chaniotis, Angelos, The Divinity of Hellenistic Rulers // Erskine, Andrew (redaktor), A Companion to the Hellenistic World, Wiley-Blackwell, 2003, ISBN 1-4051-3278-7
- Evans, James, The History and Practice of Ancient Astronomy, Oxford University Press, 1998, ISBN 0-19-509539-1
Xarici keçidlər
redaktə- Vikianbarda Ellinistik din ilə əlaqəli mediafayllar var.