Eleni Fureyra - Wikipedia
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; 7 mart 1987[1], Fieri[d][1]) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır.
Eleni Fureyra | |
---|---|
alb. Entela Fureraj | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 7 mart 1987[1] (37 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, rəqqasə |
Fəaliyyət illəri | 2007-ci ildən |
Janrlar | elektropop[d][2], pop musiqisi[2] |
Səs tembri | messo-soprano |
elenifoureira.gr | |
Vikianbarda əlaqəli mediafayllar |
Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır. Onun dördüncü studiya albomu Vasilissa 2017-ci ildə işıq üzü görmüşdür.
Eleni Fureyra "Fuego" mahnısı ilə Kipri 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəyə müsabiqə tarixindəki ən yaxşı nəticəsi olan 2-ci yeri qazandırmışdır.
Həyatı
redaktəEleni Fureyra 7 mart 1987-ci ildə Entela Fureray kimi Albaniyanın Fieri şəhərində anadan olmuşdur. İfaçının anası Maryeta dərzi, atası Kristaç Fureray isə tikintidə çalışır. Onun İoanna və Marqarita adlı iki bacısı və Qiorqos adlı bir qardaşı var. Fureyra gənc yaşlarında ikən Albaniya vətəndaş müharibəsi səbəbindən ailəsi ilə birlikdə Yunanıstana köç etmişdir.[3] O, Afina yaxınlığında yerləşən Kaliteya şəhərində böyümüşdür.
Fureyra kiçik yaşlarından musiqiyə həvəsli olmuş, gitarada ifa etməyi öyrənmiş və eyni zamanda üç il teatrda fəaliyyət göstərmişdir.
Musiqi karyerası
redaktə2007–2009: Mystique qrupu
redaktəEleni Fureyra öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. Alkmini Çatziqianni və Mariya Makrinin də üzv olduğu qrupa Fureyra prodüser Andreas Qiatrakos tərəfindən növbəti üzv kimi seçilmişdir. 2007-ci ildə qrupun "Se alli selida" adlı debüt sinqlı təqdim edilmiş və mahnı Yunanıstanda çox bəyənilmişdir. Növbəti ildə isə qrupun Yunanıstan hip hop qrupu NEVMA ilə birlikdə ifa etdikləri "Min kaneis pos de thymasai" mahnısı Yunanıstan və Kiprdə hitə çevrilmişdir. Lakin Mystique qrupu 2009-cu ildə fəaliyyətini dayandırmışdır.
2010–hal-hazırda: Solo karyera
redaktəMystique qrupundan ayrıldıqdan sonra Eleni Fureyra Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Daha sonra ifaçı Mega telekanalında yayımlanan Just the Two of Us adlı xeyriyyə proqramında iştirak etmişdir. O, həmin proqramda həmkarı Panaqiotis Petrakis ilə birlikdə qələbə qazanmışdır. 2010-cu ilin dekabr ayında Fureyranın öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 ildə ifaçının Ti poniro mou zitas və 2014-cü ildə Anemos agapis studiya albomları satışa buraxılmışdır. 2015 və 2016-cı illərdə isə Fureyra İvi Adamu və Keti Qarbi kimi digər tanınmış yunan müğənniləri ilə birlikdə çıxış etdiyi Barabella: 80-ci illərin müziklında Sofiya rolunu canlandırmışdır. Üçüncü studiya albomunun təqdimatından sonra Fureyra Minos EMI şirkəti ilə müqaviləsini ləğv edərək, Panik Records şirkəti ilə yeni anlaşma imzalamışdır. Onun dördüncü studiya albomu Vasilissa 2017-ci ildə işıq üzü görmüşdür.
Avroviziya Mahnı Müsabiqəsi
redaktəEleni Fureyra bir neçə dəfə Yunanıstanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün cəhd göstərmişdir. 2010-cu ildə Fureyra Manos Pirovolakis ilə duet şəklində ifa etdiyi "Kivotos tou Noe" mahnısı ölkənin Avroviziya üçün təşkil olunan milli seçim turunda iştirak etmiş və ikinci yeri tutaraq, məğlub olmuşdur. 2013-cü ildə isə ifaçı Yunanıstanın Avroviziya milli seçim turunda Ruslana ilə birlikdə "Wild Dances" mahnısını ifa etmişdir. İfaçı iki il sonra 2015-ci ildə milli seçim turunda iştirak edəcəyini bildirsə də, daha sonra bu fikrindən vaz keçmişdir. Növbəti dəfə Fureyra 2016-cı ildə Yunanıstanı Avroviziyada təmsil edə bilmək üçün seçim turuna qatılmış, lakin onun təqdim etdiyi mahnı olan "Come Tiki Tam" yunan telekanalı tərəfindən qəbul edilməmişdir.
2018-ci ilin yanvar ayında Kipr Respublikasının CYBC telekanalı Eleni Fureyranın "Fuego" mahnısı ilə Kipri Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir.[4][5]
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Eleni 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 19-cu səhnə almışdır. Nəticədə ifaçı 262 xalla yarımfinalda 2-ci yeri tutmuş və ölkəsini Avroviziya finalına yüksəltməyə nail olmuşdur. 26 ölkə təmsilçisinin mübarizə apardığı final mərhələsində mahnısını bir daha ifa edən Fureyra finalda ümumi nəticədə 436 xal toplayaraq, 2-ci yeri tutmuşdur. Bu Kiprin Avroviziya tarixindəki ən yüksək göstəricisi olmuşdur.
Diskoqrafiya
redaktəAlbomlar
redaktəAlbom adı | İl |
---|---|
Eleni Foureira | 2010 |
Ti poniro mou zitas | 2012 |
Anemos agapis | 2014 |
Vasilissa | 2017 |
Sinqllar
redaktəMahnı adı | İl |
---|---|
"Chica Bomb" | 2010 |
"To 'cho (Pom Pom)" | |
"Ase me" | |
"Mia nychta mono" (Thirio ilə duet) |
2011 |
"Paixe mazi mou (Fun)" (Kiprian Rodu ilə duet) | |
"Reggaeton" | |
"To party de stamata" (Midenistis ilə duet) |
2012 |
"All I Need" | |
"Stou erota tin trela" | |
"Fotia" (NEVMA ilə duet) | |
"Pio erotas pethaineis" | |
"Sweetest Love" | 2013 |
"Rantevou stin paralia" | |
"Anemos agapis" | |
"Pes to kathara" (Vasilis Karras ilə duet) | |
"Vazo tin kardia" | 2014 |
"Party Sleep Repeat (PSR)" | |
"Mou pan i agapi" | |
"Ladies (Stand Up)" | 2015 |
"Pio dinata" | |
"Sto theo me paei (Golden Boy)" | |
"Den sou chrostao agapi" | 2016 |
"Delicious" (Butrint İmiri ilə duet) | |
"Ti koitas?" (Mayk ilə duet) | |
"2017 S'agapo" | |
"Mono gia sena" | 2017 |
"To kati pou echeis" | |
"Send for Me" (A. M. SNiPER və Afro B ilə birlikdə) | |
"Vasilissa" | |
"2018 S'agapo" | |
"Fuego" | 2018 |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Happy Birthday Eleni Foureira, Who Turns 35 Today (ing.). // Greek City Times 2022.
- ↑ 1 2 Wacey R. Eleni Foureira // (unspecified title).
- ↑ "Φουρέιρα: Ηρθα από την Αλβανία 8 χρόνων -Θυμάμαι να μπαίνουν οι σφαίρες μέσα στο σπίτι μου". iefimerida.gr (yunanca). 2016-03-14. 2016-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-28.
- ↑ "Cyprus: Eleni Foureira Officially Confirmed for Eurovision 2018". 1 fevral 2018. 2020-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-02.
- ↑ "Cyprus: Eleni Foureira to Lisbon!". ESCToday. 1 fevral 2018. 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-02.
Əvvəlki: Ovik "Gravity" |
Kipr Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Tamta "Replay" |