Elektrostatik Induksiya - Wikipedia
.
Elektrostatik induksiya — xarici elektrik sahəsinin təsirindən cismdə məxsusi elektrostatik sahəsinin yaranma hadisəsidir. Hadisə keçirici cismin daxilində yüklərin yenidən paylanması, həmçinin keçirici olmayan cismlərdə daxili mikrostrukturanın qütbləşməsi ilə şərtlənir. Xarici elektrik sahəsi cismin yaxınlığında elektrik sahəsinin induksiyası sayəsində ciddi təhrif oluna bilər.
Keçiricilərdə elektrostatik induksiya
redaktəXarici elektrik sahəsinin təsirindən yüksək elektrik keçiriciliyinə malik metallarda yüklərin yenidən paylanması o vaxta qədər davam edir ki, cismin daxilindəki yüklər xarici elektrik sahəsinin təsirini daha kompensasiya edə bilməsin. Bu zaman keçirici cismin qarşı tərəflərində əks istiqamətdə yükləniş (induksiya olunmuş) yüklər yaranır.
Keçiricilərdə elektrostatik induksiya onların yüklənməsi üçün istifadə olunur. Əgər naqil torpaqla əlaqəlndirilsə, və ona əks qiymətdə yüklənmiş cism yaxınlaşsa (toxunmadan), onda elektronların bir hissəsi torpağa keçəcək, naqildə isə onların cüzi hissə qalacaq. Torpaqla əlaqəni kəssək və yükü cismi uzaqlaşdırsaq onda naqil müsbət yüklü qalacaq. Eyni hal naqili torpaqla əlaqələndirmədən aparılsa, onda yüklü cism götürüldükdən sonra naqilə induksiya olunmuş yüklər yenidən paylanacaq və onun bütün hisssi neytral olacaq.
Mənbə
redaktəNəsirov, V., Aslanlı, G. Elektrik. Ümumi fizika kursu: ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı: Adiloğlu, 2002. 339 s.