Elektrik Zedelenmeleri - Wikipedia
Elektrik zədələnmələri — müxtəlif gərginlikli elektrik cərəyanı ilə kontakt nəticəsində baş verən yanıqlardır;[1]
Elektrik zədələnmələri | |
---|---|
XBT-10 | T75.4 |
DiseasesDB | 4159 |
MeSH | D004556 |
Vikianbarda əlaqəli mediafayllar |
Sadə şəkildə desək, elektrik zədələnmələri elektrik cərəyanın bədənin toxumaları boyunca yayılması nəticəsində əmələ gələn istiliyin təsirindən baş verən yanıqlardır. Elektrik enerjisi adətən dərin yanıqlara səbəb olur.[2]
Elektrik zədələnmələrinin səbəbi insanın elektrik enerjisi mənbəyi ilə birbaşa, yaxud dolayısilə əlaqədə olmasıdır.[3] Düz (birbaşa) elektrik zədələnmələr — elektrik cərəyanının insan bədəninə elektrik dövriyəsini açarkən birbaşa keçməsi nəticəsində baş verir. Vasitəli (dolayısilə) elektrik zədələnmələr — volt qövsünün təsiri zamanı olur.[4]
Müəyyən gərginlikli və güclü elektrik cərəyanının təsiri nəticəsində elektrik zədə əmələ gələrək həm yerli, həm də mərkəzi sinir, tənəffüs, ürək-damar sistemlərində çox güclü, dərin funksional pozulmalar törədir.[3]
Zədələnmələrin ağırlığı və nəticəsi təkcə elektrik cərəyanının fiziki parametrlərindən başqa cərəyan keçrici əşya ilə kontaktda olan dərinin müqavimətindən asılıdır. Quru dərinin elektrik müqaviməti 100–2000 dəfə yaş dərinin müqavimətindən yüksəkdir və bu səbəbdən eyni gərginlikli elektrik cərəyanı birinci halda qorxulu zədələnməyə səbəb olmur, əksinə ikinci halda isə ölümlə nəticələnə bilir.[3]
Elektrik cərəyanının gərginliyi 500 V–dan çox olduqda dərinin müqavimətinin heç bir mənası olmayıb, təmas yerində bioloji toxumaların "deşilməsi" baş verərək elektrik cərəyanı işarələri, izləri əmələ gətirir.[3]
Çox vaxt cərəyanın təsiri nəticəsində orqanizmdə əmələ gələn dəyişikliklər terminal (bioloji ölümə yaxın) vəziyyətə gətirib çıxarır.[3]
Elektrik zədələnmələrin ağırlıq dərəcələrinə görə təsnifatı
redaktəElektrik zədələnmələrdə 4 ağırlıq dərəcəsi ayırd edilir:[5]
I dərəcə — təkcə elektrik cərəyanının təsiri anında şüur itməməsi fonunda skelet əzələlərinin qıcolma yığılmaları;[5]
II dərəcə — cərəyanın təsiri kəsildikdən sonra skelet əzələlərinin qıcolma yığılmalarının davam etməsi, huşun itməsi, tənəffüs və ürək fəaliyyətinin pozulması;[5]
III dərəcə — qıcolmalar olur, şüur itir, tənəffüs ritminin kobud pozulmaları qeyd olunur, nəbz yalnız yuxarı arteriyalarda izlənib, mil–bilək nahiyəsində isə itir;[5]
IV dərəcə — kliniki ölüm ilə nəticələnir.[5]
Elektrik cərəyanının yüngül təsiri zədələnmişin ümumi vəziyyətini dəyişməyə də bilər. Zədələnmişin müayinəsi zamanı təyin edilən qənaətbəxş vəziyyəti, sonrakı vəziyyətin ağırlaşmasına zəmin yaratmır.[6]
Elektrik cərəyanının daha ağır zədələnmələrində mərkəzi sinir sisteminin funksiyalarının pozulmaları baş verir. Zədələnmiş tormozlanma vəziyyətində olur, lakin bəzən nitq və hərəki oyanma mərhələləri baş verir. Huşun dərin tormozlanması və xarici qıcıqlara cavab reaksiyalarının olmaması vəziyyəti əmələ gəlir (komatoz vəziyyət).[6]
Ağır elektrik zədələnmələrdə qan dövranının və tənəffüsün pozulmaları ön plana çıxır. Səs tellərinin spastik yığılması, skelet əzələlərinin davamlı spazmı fonunda tənəffüsün dayanması inkişaf edir. Zədələnmədən 2–3 saat sonra elektrik şok adlanan vəziyyətin əmələ gəlməsi nəticəsində tənəffüs dayana bilər, göstərilən faktı yadda saxlayaraq xəsarət alanı qısa bir müddətdə xəstəxanaya çatdırmaq imkanı olmadıqda, təcili reanimasiya tədbirlərinin tətbiqinə hazır olmaq lazımdır.[7]
Elektrik cərəyanının döş qəfəsindən keçdikdən sonra ürək mədəciklərinin fibrilzasiyasına və qan dövranının dayanması səbəbindən ikincili tənəffüs dayanması baş verərək kliniki ölümə səbəb olur.[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2016. 2019. səh. 406.
- ↑ "Elektrik zədəsi" (az.). www.fhn.gov.az. 2016-07-22. 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
- ↑ 1 2 3 4 5 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 81.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 80.
- ↑ 1 2 3 4 5 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 82.
- ↑ 1 2 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 83.
- ↑ 1 2 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2019. 2020. səh. 83.