Eldar Ismayilov Ictimai Xadim - Wikipedia
Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist.
Eldar İsmayılov | |
---|---|
Eldar İsmayıl oğlu İsmayılov | |
Digər adı | Eldar İsmayıl |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
İxtisası | Filologiya |
Təhsili |
Xalq Təsərrüfatı İnstitutu Dərbənd Humanitar Universiteti |
“Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti[1][2][3] (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi[4][1] və baş redaktoru[5] (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü.
Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir.[6]
Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.).
"Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub.[7]
Həyatı
redaktəEldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur.
1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir.
Təhsili
redaktəBakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb.
1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
2001-2005-ci illərdə Dərbənd Humanitar Universitetinin Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə 2-ci ali təhsil alıb.
Fəaliyyəti
redaktəSSRİ-nin süqutundan sonra səhmdar cəmiyyətini yaradıb və Türkiyə, Ukrayna və İsveçrədə əməkdaşlıq edərək bizneslə məşğul olmuşdur.
1995-ci ildən o, heraldika müəllif şirkəti yaratmışdır. Azərbaycan üçün suvenirlər və mükafatlar, orden və medallar istehsal edən fabrikə rəhbərlik edib, bu günə kimi fabrikin təsisçisidir.
1998-ci ildə “Azərbaycan Dünyası” beynəlxalq jurnalını yaratmışdır. Hal-hazırda jurnalının təsisçisi və baş redaktorudur. Jurnalın Türkiyə, Qazaxıstan[8], Özbəkistan, Türkmənistan, İsrail, ABŞ, Moldova, Ukrayna, Rusiya, İsveçrə, Almaniya, Rumıniya və digər dünya ölkələrinə həmçinin dünya azərbaycanlılarına həsr olunmuş bir çox layihələri var. Jurnalın bütün nömrələri və xüsusi buraxılışları ilə www.mir-azerbaydjana.az saytında tanış olmaq mümkündür.[9]
2013-cü ildən Azərbaycan Veteranlar Təşkilatının İdarə Heyətinin üzvüdür.
2016-cı ildən Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidentidir.
Fəxri adlar və mükafatlar
redaktəMənbə[10]
- 2008-ci ildə "Qızıl qələm" mükafatı[11].
- 2010-cu ildən Dağıstan Respublikasının Dərbənd şəhərinin fəxri vətəndaşıdır.
- 2013-cü ildən Şimali Kipr Türk Respublikasının Demokrat Partiyasının Azərbaycandakı fəxri nümayəndəsidir.
- 2016-cı ildə "Azərbaycan Xalq Diplomatiyası" mükafatı.
- 2017-ci ildən İstanbul “Yeditepe” Universitetinin Fəxri doktorudur.[12]
- 2019: BMT-nin nəzdində Beynəlxalq İctimai Fondunun - "Altın Kıran" ordeni (Qızıl Qartal). (Almatı, Qazaxıstan). Bu mükafat Qazaxıstanda ən ali mükafatdır.[13][14]
- 2019: Əl-Farabi adına Qazax Xalq Universitetinin (KazNu) yubiley medalı (Almatı).
- Bir çox Avropa və beynəlxalq universitetlərin fəxri professorudur.
- Qazaxıstan Respublikasının “El Ardaktysy” medalı (Millətin fəxri) (Türküstan şəhəri, Qazaxıstan).
- Mesenatlığına görə Ukrayna Pravoslav Kilsəsinin "II Müqəddəs Vladimir" ordeni.
Təsis etdiyi mükafat, orden və medallar
redaktə- “Dədə Qorqud” Beynəlxalq Milli Fonduna aid “Dünyaya Sülh Naminə” (rus. “Во Имя Мира на Земле”) mükafatının təsisçisidir.
Azərbaycanda və müxtəlif dünya ölkələrində gördükləri işlərlə Azərbaycan üçün misilsiz xidmətləri olan siyasi və ictimai xadimlərin təltif olunduqları orden və medallar:
- Ordenlər: "Bakı Qəhrəman: şəhər", “Ulu Türk”, “Vətən Övladı”[15], “Qızıl Ürək”, “Mehriban Ana”[16], “Zeynalabdin Tağıyev”, “Əziz Əliyev” və “Həzi Aslanov”.
- Medallar: “Ədalətin Qılıncı” və “Aqarunov”.
Qarabağ müharibəsi veteranları ilə sıx əlaqədədir (I və II Qarabağ müharibələri veteranları).[17] Azərbaycan veteranlarının göstərdiyi şücaət və qəhrəmanlığına görə təltif olunması üçün xüsusi diplomlar və döş nişanlarının təsisçisidir.
2013-cü ildə "Qayğıkeş" qızıl diplomunu təsis etmişdir. Bu diplomu ilk olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Belə ki, 9 may 2017-ci ildə Bakıda Həzi Aslanov heykəlinin qarşısında "Qayğıkeş" diplomu və qızıldan hazırlanmış veteran döş nişanı Prezident İlham Əliyevə təqdim olunub.
2018-ci ildə İstanbul şəhərində Zibeydə ananın (Atatürkün anası) adına olan cəmiyyətə "Mehriban Ana" ordenini təqdim etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 "Niderland Müqavimət Hərəkatının azərbaycanlı qəhrəmanının qızı Bakıda səfərdə olub (FOTO)". 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "Источающая позитив и добрые эмоции. Бакинская интеллигенция отметила юбилей художницы из Германии (ФОТО)". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ ""Söz" jurnalının iyirmi illik yubileyi münasibətilə tədbir keçirilmişdir". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "Встреча с Сабиром Рустамханлы – рекомендации молодежи и любовь к литературе (ФОТО)". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ ""Söz" jurnalının 20 illiyi qeyd olundu". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "İsveç Azərbaycanlıları Konqresinin üzvləri ATƏT PA sədrinin müavini ilə görüşüblər". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "Söz" müstəqil-ədəbi-publisistik jurnal, aprel-iyun 2019, 34 səh. 08.09.2019-cu ildə “Ziya” KPM-də çapa hazırlanmışdır
- ↑ ""Azərbaycan dünyası" jurnalının Almatıda təqdimat mərasimi keçirilib". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ Zülfiyyə Vəliyeva, "Qoşa Qanad". "Təhsil dünyası" qəzeti, №02 (005), 2019-07-31, səh. 9–10
- ↑ "Eldar İsmayılov Vətənini, torpağını müqəddəs bir ocaq kimi qiymətləndirir". 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "BÖYÜK ŞAİR KAYSIN KULİYEVİN 95 illiyi". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "Eldar İsmayılova Yeditəpə Universitetinin `Fəxri Doktor` elmi dərəcəsi adı verilib". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "İlham Əliyev Qazaxıstanın "Altın kıran" – "Qızıl qartal" ali ordeni ilə təltif olunub". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "Prezident İlham Əliyevin "Altın kıran" ordeni ilə təltif olunması türk dünyasında onun liderliyinə verilən ali dəyərdir". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "Milli Qəhrəmanın atasına orden verildi". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ "Rostropoviçlərin ev-muzeyində Firəngiz Əlizadənin yubileyi qeyd edilib". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
- ↑ Lalə HÜSEYNOVA, “Albert Şuşanın fəxri vətəndaşıdır” Arxivləşdirilib 2017-10-03 at the Wayback Machine, "Azərbaycan Ordusu" qəzeti