Elastiklik Modulu - Wikipedia
Elastiklik və ya Yunq modulu materialın dartılmada elastiki deformasiyaya zamanı göstərdiyi müqaviməti xarakterizə edir. O, ingilis fiziki Tomas Yunqun şərəfinə adlandırılmışdır. Dinamik proseslərdə Yunq modulu mühit və prosesin funksionalı kimi baxılır. Yunq modulu aşağıdakı kimi ifadə olunur:
burada: E —elastiklik moduludur, Paskalla ölçülür, F — təsir edən qüvvədir, Nyutonla ölçülür, S — qüvvənin təsir etdiyi sahədir, l — deformasiya olunan çubuğun uzunluğudur, x — elastiki deformasiya nəticəsində çubuğun dəyişmə moduludur.
Düsturdan göründüyü kimi Yunq modulu materialın Elastiklik modulunu ifadə edir. Bu modul xətti elastiki deformasiya olunan materialda gərginlik və uzanma arasındakı münasibəti təsvir edən material göstəricisidir. Materialın deformasiyaya qarşı müqaviməti böyük olduqca onun elastiklik modulu (Yunq modulu) da böyük olur. Yəni ki, yüksək elastiklik moduluna malik material (polad) daha sərt, aşağı elastiklik moduluna material isə (rezin) elastiki olur. Elastiklik modulu Huk qanununda mütənasiblik əmsalı kimi istifadə olunur. Kristal materiallarda E-modulu istiqamətdən asılıdır və elastiki sabitlərdən ibarət elastiklik tenzoru ilə təsvir olunmalıdır. Elastiklik sabitləri kimi buraya material sabitləri daxil edilir. E-modulu material sabiti kimi təcrübi yolla təyin olunub cədvəl şəklində verilir. Onun qiymətləri ətraf mühitin temperaturu, nəmişliyi, həmçinin deformasiya sürətindən asılı olaraq variasiya edə bilər.
Istinad
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.