Elcin Eminov - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Elçin Eminov (d. 12 yanvar 1991) — Azərbaycanlı uşu sandaçı[1]. 6 qat Avropa çempionu[2], 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında bürünc medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb.
Elçin Eminov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Elçin Eminov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
İdman növü | Uşu |
Karyerası
redaktəElçin Eminov 2013-cü ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/8 final mərhələsində Malayziya idmançısı Ooi Lih Yanq üzərində 2:0 hesablı, 1/4 final mərhələsində isə Yəmən idmançısı Yusif İsgəndər üzərində 2:0 hesablı qələbə qazandı və yarışların yarım-final görüşünə vəsiqə qazandı. 1/2 final mərhələsinin görüşündə isə o, İran idmançısı Əli Bəxtiyara 0:2 hesabı ilə məğlub oldu və və III İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Elçin Eminov 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/4 final mərhələsində Qırğızıstan idmançısı Əvəzbəy Amanbəyov üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə İndoneziya idmançısı Yusuf Vidiyanto üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Mehdi Məhəmmədiyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
İstinadlar
redaktə- ↑ "Elçin Eminov uşu üzrə dördqat Avropa çempionu olub".
- ↑ "Elçin Eminov 6-cı dəfə Avropa çempionu olub". bakusport.az. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.