Ekspozisiya Edebiyyat - Wikipedia
Ekspozisiya — Əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissə.
Azərbaycan ədəbiyyatşünaslığında ekspozisiya anlayışı bədii müqəddimə, bədii zəmin sözləri ilə ifadə olunur. Süjet xətinin yuxarıda verilən qrafik ifadəsindən göründüyü kimi, ekspozisiya hadisələrin başlanğıcı ilə əlaqədardır. Yazıçı əhvalatı danışmağa başlamazdan əvvəl həmin hadisənin başvermə şəraiti, mühiti haqqında bu və ya digər şəkildə məlumat verir və bununla da hadisələrin necə cərayan edəcəyinə, sonrakı inkişafına işarə edir. Bu isə süjet xəttinin ekspozisiya mərhələsi adlanır.
Başqa sözlə, əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissəyə ekspozisiya deyilir.
Ekspozisiya müxtəlif əsərlərdə özünü müxtəlif şəkildə göstəririr. Bəzi əsərlərdə yazıçı ekspozisiyanı çox konkret, bir neçə əlaməti göstərməklə verir. Bəzən isə yazıçı ekspozisiya üzərində geniş dayanır, hadisənin yarandığı zəmini oxucuya ətraflı çatdırır. Hadisələrin geniş təsvirini verən irihəcmli əsərlərdə ekspozisiya daha aydın nəzərə çarpır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə
Ədəbiyyat
redaktə- Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi. IX-XI siniflər üçün dərs vəsaiti. III nəşr. Bakı, "Maarif", 2002. səh.138