Ekran Kvotasi - Wikipedia
Ekran kvotası — hökumət tərəfindən daxili mədəniyyət sənayesinin qoruması məqsədi ilə, nümayişçilərə (məsələn, kinoteatrlara və televiziya kanallarına) daxili mədəni malların nümayişlərinin minimumu təyin etməsi.[1]
Braziliya
redaktəBraziliyada ekran kvotaları 1930-cu illərdən başlayaraq tədbiq olunmağa başadı. O zaman qaydaya görə, xarici filmlərinin seanslarından öncə yerli filmlər nümayiş olunmalı idi. 1950-ci illərdə isə Braziliya kinoteatrları il ərzində ən azı 42 gün yerli filmləri göstərməli idilər. 1971-ci ildə bu rəqəm 42-dən 84-də qalxıb, çünki Braziliyada illik şəkildə istehsal olunan filmlərinin sayı artırdı. Eyni zamanda, çox sayda kinoteatrlar hətta köhnə sistemin çərçivəsində gəlirlərini itirdiklərindən xəbər verirdi. Nəticədə, bir sıra kinoteatr şəbəkəsi birgə film istehsalı şirkətini açıblar. Müstəqil rejissorlarlar birləşərək, onlar bazara çox sayda erotik komediya buraxırdılar.[2]
Cənubi Koreya
redaktə1966-ci ildə Cənubi Koreyanın Film qanunun ikici dəyişikliyi çərçivəsində ölkədə ilk dəfə ekran kvotanı tətbiq edilib. O zaman Koreya filmlərin nümayişi üçün hər il 90 gün ayırılıb. 1973-cü ildə həmin qanuna dördüncü dəyişiklik edilib və günlərin sayı ildə 121-ə qədər artırılıb. 1984-cü ildə isə 146 günə qədər.[3]
2019-cu ildə kvota 73 gün idi və həmin il Qisasçılar: Final filmin Cənubi Koreyada böyük uğur qazandığına görə, bir sıra siyasətçi, o cümlədən, Mədəniyyət, İdman və Turzim Naziri və hakim partiyanın bir sıra deputatı qanunvericilikdə dəyişiklər eymək təklif ediblər.[4]
Rusiya
redaktə2015-ci ildə Rusiya Mədəniyyət Nazirliyi və bir sıra kinoteatr şəbəkəsi arasında imzalanmış müqaviləyə görə, 2016-cı ilin yanvarın 1-dən, həmin şəbəkələr il ərzində ekran vaxtının 20%-i Rusiya kinoları üçün ayırmalıdır.[5]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
- ↑ "Arxivlənmiş surət". 2017-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ Hyae-joon Kim, “A History of Korean Film Policies,” in Korean Cinema: From Origins to Renaissance, ed. Mee-hyun Kim (Seoul: Com-munication Books, 2007)
- ↑ "Dispute over 'screen quota'. Park Moo-jong. The Korea Times". 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.
- ↑ "Ирина Чевтаева. Квота на кино в России: главное - отчитаться. 16.10.2015. DW". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |