Ekologiya Huququ - Wikipedia
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür[1].
Ekoloji hüquq
redaktəHüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı.
Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi.
Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır.
Hüquq demokratik cəmiyyət şəraitində:
- dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir;
- dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir;
- müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Hüquqi dövlət haqqında təsadüfi təsəvvürlərin formalaşmasına Yunan və Romanın hüquqi ideyaları, antik demokratiyanın təcrübəsi xeyli təsir göstərmişdir.
Antik aləmdə ədalətli dövlət hakimiyyəti kimi simvolik olaraq hüquq və qüvvənin birləşməsini təmsil edən ilahə obrazı qanun və Suqi qaydada Femidada ifadə edilmişdir (gözlərdə sarğı, qılınc vƏ ədalət tərəzisi ilə:) hamı üçün zəruri olan bərabər ölçüdə qanunçuluq ilahə tərəfindən mühafizə olunur.
"Hüquqi dövlət" termininin özü (almanca Rechtsstaat) XIX əsrin birinci üçdə bir hissəsində ədəbiyyatda təsdiq edilmişdir.
Lakin hüquqi dövləti tərənnüm edən müxtəlif təlimlər Yeni dövrdə formalaşmağa başlamışdır. Onlar feodal özbaşınalığının tənqidi, humanizm ideyaları və insan hüquqları məcrasında inkişaf edirdi.
Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qanunun aliliyi, fərdlərin hüquq və azadlığının reallığı, suveren dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəməyə bölünməsi əsasında təşkili və fəaliyyəti daxildir.
Hüquq insan üçün əlverişli təbii şəraitin təmin edilməsində müəyyən rol oynaya bilər. Hüquqi dövlət şəraitində o, "cəmiyyət — təbiət" münasibətlərinə normativ, vacib səciyyə yetirə bilər.
Ekoloji münasibətlərin (o cümlədən ictimai) hüquq vasitəsilə tənzimlənməsi yeni əsaslandırılmış qanunların qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını ölkə konstitusiyası təşkil edir. Beynəlxalq normalara uyğun olaraq, konstitusiya ekoloji münasibətlərin tənzimlənməsində dövlətin ümumi yanaşmasını müəyyənləşdirir. Belə ki, dünyanın əksər ölkələrinin konstitusiyası BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş "İnsan hüquqlarının ümumi Bəyannaməsi" və insan hüquqlarına dair başqa beynəlxalq sənədlərinin ideyalarını özündə ifadə edir.
İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nin 1976-cı ildə qəbul etdiyi Paktın mərkəzi yerini hər bir insanın inkişafı, ətraf mühitin sağlam və ekoloji cəhətdən tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və bəşəriyyətin ümumi irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı-ayrı ölkələrin konstitusiyasında dəyişikliklərin edilməsinə təsir göstərir. Bu hüquqlar əsasında vətəndaşların ekoloji hüquqları, təbii mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir.
Şəxsiyyətin ekoloji hüququnda ona bir tərəfdən təsərrüfat fəaliyyətinin subyekti, təbii mühitə təsir göstərən, ona görə məsuliyyət daşıyan, digər tərəfdən belə təsirin obyekti, ekoloji ziyanın qarşısını almaq, bərpa etmək hüququna malik kimi baxılır. Bu zaman vətəndaşların ətraf mühitə olan hüququ iki əsas vəziyyət ilə müəyyən olunur: ekoloji tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət təminatı ilə. Mövcud vəziyyət onunla şərtlənir ki, hər bir vətəndaş (ixtisasından asılı olmayaraq) ekoloji biliklərin'əsasını bilməlidir və işçiləri bu və ya digər vəzifəyə qoyduqda onun ekoloji hazırlığının səviyyəsini nəzərə almaq lazımdır.
Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına vətəndaşların sığortası, dövlət və ictimai fondların yaradılması, təbii mühit üzərində nəzarət və müşahidə və s. daxildir.
Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:
- təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri haqqında düzgün informasiyanın verilməsi haqqında sorğü etmək;
- ekoloji cəhətdən ziyanlım obyektlərin yerləşdirilməsi, tikintisi, istismarı haqqında qərarların ləğv edilməsini tələb etmək
- ekoloji qanun pozuntularına görə məsul və günahlar şəxlərin məsuliyyətə cəlb edilməsini tələb etmək
Xarici keçid
redaktəHəmçinin bax
redaktəİstinad
redaktə- ↑ Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit Bakı 2003