Efim Heller - Wikipedia
Efim Heller (ukr. Юхим Петрович Геллер, ing. Efim Geller; 8 mart 1925, Odessa, Ukrayna SSR) sovet şahmatçısı, qrosmeyster. Efim iki dəfə Sovet Çempionu (1955, 1979) və altı dəfə Dünya Çempionluğuna namizəd olub (1953, 1956, 1962, 1965, 1968, 1971). O, dörd dəfə Ukrayna Çempionluğu titulunu qazanıb (1950, 1957, 1958, 1959).
Efim Heller | |
---|---|
ukr. Юхим Петрович Геллер | |
| |
Ölkə |
SSRİ Ukrayna |
Doğum tarixi | |
Doğum yeri | Odessa Ukrayna SSR |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Titulu | Qrosmeyster |
Son reytinqi |
|
Maksimal reytinqi | 2630 (yanvar 1971) |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Heller Dünya Çempionu Boris Spasski və Anatoli Karpovun məşqiçisi kimi də fəaliyyət göstərib. Şahmatçı eyni zamanda yazıçılıqda edib.
Həyatı
redaktəHeller Odessada yəhudi ailəsində böyüyüb. Heller şahmat üzrə ixtisaslaşmamışdan əvvəl yaşsı basketbol oynayırdı və bədən tərbiyyəsi doktorluğunu qazanmışdır. Ən yaxşı oyuncu kimi onun inkişafını İkinci Dünya Müharibəsinin başlanması gecikdirdi.
Hellerin ilk diqqəti çəkən nəticəsi 1947-ci ildə Kievdə keçirilən, Alexei Sokolsky-nin qalib olduğu Ukrayna Şahmat Çempionatında 9½ / 15 xalla altıncı yer olması idi. 1948-ci ildə Bakıda keçirilən turnirde 3-5-ci yerləri bölüşdü, turnirin qalibi Jüri Randviir olmuşdur. 1948-ci ildə Ukrayna Çempionatında 11/18 xalla 5-8-ci yerləri bölüşdü, turnirin qalibi Sololsky və Poliak idi.