Edvard Nalbandyan - Wikipedia
Edvard_Nalbandyan - Haqqında Məlumat
Edvard Nalbandyan (erm. Էդվարդ Աղվանի Նալբանդյան) — Ermənistanın xarici işlər naziri (2008–2018).
Edvard Nalbandyan | |
---|---|
erm. Էդվարդ Աղվանի Նալբանդյան | |
Ermənistan xarici işlər naziri | |
14 aprel 2008 – 11 may 2018 | |
Əvvəlki | Vardan Oskanyan |
Sonrakı | Zöhrab Mnasakanyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ermənistan |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Dini | Erməni Həvari kilsəsi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | beynəlxalq münasibətlər |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEdvard Nalbandyan 1956-cı ildə Ermənistanda anadan olub[1]. 1978-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu, 1988-ci ildə SSRİ Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib.
1978–1983-cü illərdə SSRİ-nin Liviya səfirliyində, 1983–1986-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində çalışıb. 1986–1992-ci illərdə Misir səfirliyində (əvvəl SSRİ, sonra Rusiyanın) müşavir vəzifəsində çalışıb.
1992-ci ildən Ermənistanı Misirdə, Mərakeşdə, Omanda təmsil edib. 1999-cu ildən Fransada səfir olub. 2008–2018-ci illərdə ölkənin Xarici işlər naziri olub.
İstinadlar
redaktə- ↑ "Ermənistanda müdafiə və xarici işlər nazirləri təyin olundu". 2013-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-18.