Edilli - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Edilli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edilli kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Edilli | |
---|---|
39°33′39″ şm. e. 47°04′08″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 715 m |
Saat qurşağı | |
Toponimikası
redaktəEtnotoponimdir. Toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin üç paytaxt şəhərindən birinin adı İdil, Edil (Volqa) çayının keçmış adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur.[3]
Edilli kəndinin başqa adı Eqdillu kimidir. Bu adın mənbəyi haqqında iki fikir ola bilər. Birincisi Xəzər xaqanlığının İtil şəhərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yarandığına görə "İtil" adından fonetik formadır. İkincisi qıpçaqların Ed tayfasının adından, el (tayfa) və mənsubiyyət bildirən -li şəkilçisindən ibarətdir. 1185-ci ilə aid rus mənbəində Cənub-şərqi Avropa çöllərində yaşayan qıpçaqların bir tayfasının Etebiçi (Et, Ed etnonimindən, oba sözündən və rus dilindən əlavə olunma "içi" patronimik şəkilçisini) kimi qeyd olunmuşdur. 1588-ci ilə aid mənbədə Gəncə qəzasında Kürək aranı (Kürəkçay sahilində qışlaq) adlı yerdə İdlu adlı bir el qışlamışdı. Göycə mahalında Etil və Qars əyalətinin Kağızman dairəsində Edillu kənd adları ilə mənşəcə eynidir.[4]
Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Eydilli (beydilli) kəndi olaraq keçir.[5]
Tarixi
redaktəQarabağ Xanlığı Rusiya İmperiyası tərəfindən ləğv edildikdən sonra, Edilli kəndi yeni yaradılmış Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının idarəsində olmuşdur. 1918-ci ildə Qarabağda baş vermiş qətliamlar zamanı Edilli kəndinə də erməni silahlı dəstələrinin hücumları olmuş və türk əsilli kənd sakinlərindən qətlə yetirilənlər olmuşdur.[6] Sovet İttifaqı dövründə, 1989-cu ildə etibrən kəndin azərbaycanlı sakinlərinə hücumlar başlayıb. Qarabağ münaqişəsinin vüsət alması ilə davam edən hücumlar bir neçə il sonra kəndin işğalı ilə nəticələnib. Edilli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. İşğal dövründə kənddə azərbaycanlılara məxsus tarixi abidələr, qəbiristanlıqlar və yaşayış yerləri ermənilər tərəfindən dağıdılıb. Kənd 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. [7] 2022-ci ilin Fevral ayında Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdır. Kütləvi məzarlıq, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun, birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə əsasən apardığı axtarış-araşdırma tədbirləri nəticəsində müəyyən edilmişdir. İlkin məlumatlara əsasən, məzarlıqda 15-20 nəfərin qalıqlarının olduğu güman olunurdu.[8][9][10]
Tarixi abidələri
redaktəEdilli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4344 | Məbəd[11] | Qeyd olunmayıb | Edilli kəndi | Memarlıq | Yerli |
Coğrafiyası və iqlimi
redaktəKənd Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[12] | XXXX | XXXX | XXXX |
2009[13] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Tanınmış şəxsləri
redaktə- Artur Mkrtçyan (1959-1992) — Birinci Qarabağ müharibəsi zamanı erməni separatçıların hərbi və siyasi liderlərindən biri.
- Kamo Ağacanyan (d. 1971) — dövlət və hərbi xadim, general-leytenant, Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş polis rəisi, MTN-in direktoru.
İqtisadiyyatı
redaktəMədəniyyəti
redaktəKənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
redaktəKənddə təhsil müəssisəsi mövcud deyil.
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Xocavəndin işğaldan azad olunmuş yaşayış məntəqələri (https://xocavend-ih.gov.az/)". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ Edilli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
- ↑ B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağ toponimləri. 2005
- ↑ ""Gence-Karabağ Eyâleti"nin Mufassal Defteri"
- ↑ Qismət Yunusoğlu. "Araz çayı və Xudafərin körpüsü sahillərinin qanlı günləri" (az.). Kaspi.№ 184.S.15. 31 oktyabr 2018. 2021-05-06 tarixində arxivləşdirilib.
- ↑ "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" (az.). İlham Əliyev. 15 oktyabr 2020. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-15.
- ↑ Habil Aslanoğlu. "Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb" (az.). APA. 24 fevral 2022. 2022-03-09 tarixində arxivləşdirilib.
- ↑ "Dövlət Komissiyası Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqların aşkarlanması ilə bağlı məlumat yayıb" (az.). AzərTac. 25.02.2022. 2022-03-03 tarixində arxivləşdirilib.
- ↑ İlhamə Əbülfət. "Hikmət Hacıyev: "Ermənistan Xocalı qətliamına görə cavab verməlidir"" (az.). Oxu.az. 25.02.2022. 2022-03-09 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 111" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-17.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.