Esitme Borusu - Wikipedia
Yevstax və ya eşitmə borusu (lat. tuba auditiva (Eustachi)) — keçmişdə ona lat. salpinx auditivae deyilirdi. Orta hesabla 3,3 sm uzunluğunda boru olub, təbil boşluğunu udlağın burun hissəsi ilə birləşdirir; istiqaməti bayır tərəfə, dala və yuxarıyadır; üfüqi səthi ilə 40° və orta səthlə təxminən 45° bucaq təşkil edir. İki dəliyi vardır: 1) təbil boşluğuna açılan dəliyi — lat. ostium tympanicum tubae auditivae təbil boşluğunun ön divarında yerləşir və 2) udlağa açılan dəliyi — lat. ostium pharyngeum tubae auditivae udlağın burun hissəsinin yan divarında, aşağı burun balıqqulağının dal uc səviyyəsində olur; burunun udlaq dəliyi, adətən. qapalı olur, hər udma aktında açılır. Eşitmə borusu iki hissəyə bölünür: sümük hissə — lat. pars osseatubae auditivae və qığırdaq hissə — lat. pars cartilaginae auditivae, Sümük hissə gicgah sümüyündə olan lat. semicanalis tubae auditive təşkil edir; uzunluğu burunun 1/3 hissəsini təşkil edir. Qığırdaq hissəsinin divarları qalın qığırdaqdan (lat. cartilagotubae auditivae) və qismən lifli zardan (lat. lamina membranacea) təşkil olunmuşdur. Sümük hissəsinin qığırdaq hissəsinə keçən yeri dardır. Borunun selikli qişası kirpikli epitellə örtülüdür və özü də limfoid toxuma və selikli vəzilərlə (lat. glandulae tubariae) zəngindir.
Yevstax borusu | |
---|---|
Latınca | tuba auditiva; tuba auditoria; tuba auditivea |
Sistem | Duyğu-hissiyyat |
Üzv | Müvazinət-eşitmə |
MeSH | Eustachian+tube |
Vikianbarda əlaqəli mediafayllar |
Mənbələr
redaktə- İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337–338, UB-999, (az.)