Durmus Yilmaz - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Durmuş Yılmaz (1947, Uşak) – türkiyəli iqtisadçı, bürökrat və siyasətçi.[1]
Durmuş Yılmaz | |
---|---|
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1947 |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUşakın Eşme ilçəsinin Qaracağmərli kəndində anadan olmuşdur. İlk və orta məktəbini Uşakda tamamlamışdır. Lisey təhsilini Ankara Kupça və Kadastr Peşə iseyində tamamlamışdır. Muğlada Xəritə və Katastr texniki işçisi olaraq çalışarkən Muğla Turqutrəis liseyindən normal lisey diplomu almışdır. Ankara Universiteti Hüquq fakültəsində 3 il hüquq təhsili almışdır. 1970-ci ildə Milli Təhsil Nazirliyinin açmış olduğu dövlət təqaüdü imtahanından keçərək, İngiltərəyə Ticarət nazirliyi adından iqtisadiyyat təhsili almağa göndərilmişdir.[2]
London Şəhər Universitetində bakalavr, London Universitetində magistr təhsili almışdır.
Fəaliyyəti
redaktə1980-ci ildə Türkiyə Respublika Mərkəzi Bankası kambiyo şöbəsinin müdirliyinə təyin edilmişdir. Xarici Borc Ertələmə, Valyuta Mübadiləsi və Valyuta Rezerv İdarəçiliyi sahələrində çalışmışdır. 1993-cü ildə Valyuta İşləri idarəsinin müdirinin köməkçisi, 1997-ci ildə Valyuta Risk İdarəçiliyi, Kreditlər, Valyuta və Effektiv Bazarlar ilə Açıq Bazar İşlərinə nəzarət edən Bazarlar Ümumi Müdirliyinin ümumi müdir köməkçiliyinə, 2002-ci ildə müdirliyə təyin edilmişdir. 7 aprel 2003-cü ildə edilən Bank Ümumi Qurulunda Bank Məclisi üzvlüyünə seçildi və may 2003 — aprel 2006 tarixləri arasında bu vəzifədə qaldı. 18 aprel 2006-cı ildə Türkiyə Respublikası Mərkəzi Bankının müdirliyinə təyin edildi. 2009-cu ildə Euromoney jurnalı tərəfindən ""İlin Mərkəz Bankı Rəhbəri" seçildi. Bu vəzifə müddətinin bitdiyi 13 aprel 2011-ci ilə qədər davam etdirdi. 2011-ci il aprelində Abdulla Gül tərəfindən prezidentin iqtisadiyyat baş müşavirliyinə təyin edildi.[3]
7 iyun 2015-ci ildə Tükriyə ümumi seçkilərində MHP Uşaq millət vəkilliyinə namizəd oldu və seçildi. 1 noyabr 2015-ci ildə edilən erkən seçkilərdə təkrar MHP Uşaq millət vəkili namizədi olsa da, seçilə bilmədi. 2018-ci ildə Türkiyə ümumi seçkilərində İYİ partiyadan Ankara millət vəkili seçildi. Dəniz Baykalın ən yaşlı üzv olmasına baxmayaraq, səhiyyə problemlərinə görə üzr bəyan etməsindən sonra, ikinci ən yaşı üzv olaraq məclisin müvəqqəti başqanı oldu.[4]
10 noyabr 2023-cü il tarixində İYİ Partiyadan istefa vermişdir.[5]
İstinadlar
redaktə- ↑ "Durmuş Yılmaz". amanyoluhaber.com. 2020-06-30 tarixində arxivləşdirilib.
- ↑ "Durmuş Yılmaz". 12 sentyabr 2018 tarixində arxivləşdirilib.
- ↑ "Central bank governor of the year: Durmus Yilmaz, Turkey". 2020-08-17 tarixində arxivləşdirilib.
- ↑ "Meclis Başkanı Kahraman, görevini Durmuş Yılmaz'a teslim etti". 2020-03-04 tarixində arxivləşdirilib.
- ↑ "Durmuş Yılmaz İYİ Parti'den istifa etti!". birgun.net (Turkish). 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-25.