Dukakinzade Mehmed Pasa - Wikipedia
Dukakinzadə Mehmed Paşa (ö. 21 yanvar 1557) — Misir bəylərbəyi.
Dukakinzadə Mehmed Paşa | |
---|---|
Əvvəlki | Səmiz Əli Paşa |
Sonrakı | İskəndər Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Atası | Dukakinoğlu Əhməd Paşa |
Anası | Gövhərşah xanım Sultan |
Həyat yoldaşı | Gövhərmülk Sultan |
Uşaqları |
Sultanzadə Əhməd bəy Nəslişah xanım Sultan |
Həyatı
redaktəAtası Dukakinoğlu Əhməd Paşa, anası isə II Bəyazidin nəvəsi Gövhərşah xanım Sultandır (Ayşə Sultanın qızı). Atasının sədarəti dönəmində 1482-ci ildə Sultan Bəyazidin qızı Gövhərmülk Sultanla nigahlandı. Ancaq atasının edamından sonra saray xidmətinə alındı və 1542-ci ildə Səməndirə sancaqbəyliyi ilə saraydan ayrıldı. Ardından Qaraman, 14 oktyabr 1550-ci ildə isə Hələb bəylərbəyi oldu.
Sultan Süleyman Qanuninin İran səfəri əsnasında ikinci vəzirliyə gətirilən Səmiz Əli Paşanın yerinə, 1553-cü ilin dekabrında Misir bəylərbəyliyinə gətirildi. 1556-cı ilin fevralında isə vəzifədən alınaraq paytaxta çağırıldı. Çox keçmədən 21 yanvar 1557-ci ildə İstanbulda vəfat etdi.
Hələbdə öz adına inşa etdirdiyi Dukakinzadə Mehmed Paşa məscidi (Ədliyə məscidi olaraq da bilinir) günümüzədək qalmaqdadır.[1] Konyada Memar Sənana inşa etdirdiyi məscid isə günümüzə gəlib çıxmamışdır.[2]
Oğlu Sultanzadə Əhməd bəy (ö. 1537) divan şairi olmuş, qızı Nəslişah xanım Sultan (ö. 1579) isə Dukakinzadə İbrahim bəylə (ö. 1582) nigahlanmışdır.
Mənbə
redaktə- Sicill-i Osmani IV, səh. 23
İstinadlar
redaktə- ↑ Gümüşsoy, Emine (2011). "Halep'te Dukakinzâde Mehmed Paşa Külliyesi" Arxivləşdirilib 2020-09-18 at the Wayback Machine
- ↑ Kuran, Aptullah (1979). "Mimar Sînan'ın Bilinmeyen ve Kaybolan Camileri"