Dol Nahiyesi - Wikipedia
Dol mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiya xanlığına tabe olmuş mahal.
1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi.[1][2]
Dol mahalında avşarlar binə bağlamışdılar. Dol mahalı Qaşqagədikdən Xan-Tavusa qədərdir. Oranın məsafəsinin uzunluğu təxminən 5 ağacdır. Tarix kitablarında yazılır: "Dol mahalı Urmiya gölünün sahilində yerləşir. Kiçik olmasına baxmayaraq çox abaddır. Dol qərb tərəfdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi.
Dol mahalında Urmiya gölü sahilindən külli miqdarda duz əldə edilirdi. Mahalın kəndləri əsasən onun mərkəzində uzanan bağ-bağatlı gеniş Zirə və Naznaz dərələrində yerləşirdi. Həmin kəndlərin birində, Səmədlidə mahal bəyləri yaşayırdılar. Dolun tabeliyində Rəşki-Sultanava, Pirəli, Kamanə, Nizava, Nara, Oğul Daşağıl, Birinci Kənan, İkinci Kənan, Bərdəxоş, Nazlı, Papaz, Zeyvə, Carava, Şeytanava, Samurta, Xudrava, Dölə, Dördbənd, Talava, Cuşbər, Balıstan, Xan-Tavus və Təzəkənd kəndləri var.
XVII əsrdə Urmiya hakimi Kəlbəli xan Qasımlı-Avşar Dol mahalını Gündüzlü (Qaroğlu) oymağına vermişdi. Gündüzlü oymağı orda kənd salıb, arx çəkib, ağac əkmişdi.
Həmçinin bax
redaktə- ↑ “Dəftər-i müfəssəl-i liva-i Xalxal və liva-i Urumi”. İstanbul Başbakanlık Osmanlı Arşivi, Tapu-təhrir dəftərləri, № 910.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2011-11-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-29.