Dogan Gunes Bayragi - Wikipedia
Kokucisu-ki (旭日旗?) — hərfi tərcüməsi "Doğan günəş bayrağı") — Yaponiyanın hərbi bayrağı[1]. Bu bayraq müvəffəqiyyət arzusunun simvolu kimi istifadə olunurdu.[2]. Lakin hərbi bayraq qismində isə ilk dəfə Edo dövrünün sonlarında (1854-cü ildən) istifadə olunmuşdur. 1870-ci il 27 yanvar tarixində Meyci dövründə aparılan siyasət çərçivəsində milli bayraq qismində qəbul olunmuşdur.[3].Hal-hazırda bayraqdan hərbi dəniz qoşunlarında, dəyişilmiş şəkildə Yaponiya özünümüdafiə quru qüvvələrində istifadə olunur. Vaxtaşırı olaraq, bayrağın təsvirinə reklam plakatları və məhsulların üzərində rast gələ bilərik. İkinci dünya müharibəsi dövründə isə yapon qoşunları bayraqdan Cənub-Şərqi Asiya ölkələrini işğal etdikləri zaman istifadə etmişdilər. Cənubi Koreya və Çində bu bayraq yapon militarizmi və imperializminin simvolu sayılır, ondan istifadə etmək isə təhqir hesab edilir.[4][5][6]
Xarici görünüşü
redaktəAğ parça üzərində qırmızı dairəyə malik olan bu bayraq Yaponiyanın müasir bayrağını xatırlatsa da, günəş şüalarının sayı ilə (adətən 16 olur) fərqlənir. Beləki bu şüalar Yaponiyanın "Gündoğan ölkə" olmasını nümayiş etdirir. Yaponiya İmperator ordusu bu bayraqdan 1870-ci ildən bəri istifadə edir. [7]. Yaponiya İmperator ordusu və Yaponiyanın İmperator donanması bayrağın müxtəlif variantlarına malik idi: belə ki hərbi-dəniz bayrağında dairə bayraq sapı olan tərəfədirsə, quru qoşunlarında dairə mərkəzdə yerləşmişdir. Hərbi-dəniz bayrağı 1889-cu ildə qəbul edilmişdir. Bu bayraq İkinci dünya müharibəsinin sonundan bugünə qədər istifadə olunmuşdur. 1945-ci ilin avqustunda Yaponiyanın məğlubiyyətindən sonra ordu və donanma buraxılmış və bayraq istifadədən çıxarılmışdır. Lakin 1954-cü ildə ölkənin özünümüdafiə qüvvələrinin yaranması vaxtı təkrarə qəbul edilmişdir. Özünümüdafiə dəniz qüvvələri 16 şüalı günəşdən, quru qoşunlaı isə səkkizguşəli variantından istifadə edirlər.
Qəbulu
redaktəYapon təcavüzünün qurbanları olmuş ölkələrdə, o cümlədə Cənubi Koreya və Çində bu bayraqdan istifadə təhqir sayılır və yapon militarizminin simvolu hesab edilir.[8] Pekində keçirilən 2008 Yay Olimpiya Oyunlarında yapon azarkeşlərinə bu bayraqdan istifadə edilməməsi xəbərdarlıq edilmidir. Belə ki, bu bayraqdan istifadə çinlilərə problemlər və münaqişələrə gətirib çıxar bilərdi.[9][10]. Yaponiyanın özündə bu bayraq bəzən idman tədbirlərində və bir sıra ultragücə malik qrupların etiraz aksiyalarında istifadə olunurdu.[11] Bayrağın təsvirini həmçinin "Asahi Shimbun" adlanan qəzetin emblemində görmək olar.
Doğan günəş dizaynının istifadə olunduğu nümunələr
redaktə-
Kabuki aktyoru Bandō Mitsugorō III (c1822)
-
Jiraiya, Sunrise and Boat, Utagawa Kunisada (1852) tərəfindən ukiyo-e.
-
Tairyō-bata ənənəvi bir Yapon balıqçı bayrağdır. Bu gün gəmilərdə və festival və tədbirlər üçün dekorativ bayraq kimi istifadə olunur.
-
Asima Shimbun şirkətinin bayrağı
-
Osakanın Yüz Görünüşü, Üç Böyük Körpü, Utagawa Kunikazu tərəfindən nəşr olunan ukiyo-e, 1854. Kompozisiya Nanhwa Üç Körpüsünün arxasında səhər günəşinin yüksəldiyini göstərir.
-
"Yaxşı və pis uşağın əlindən", "Kiyomori girişi" ndən (Adachi Ginbo, 1885)
-
"Fugitoshi Balığına girmək" (müəllif bilinmir, 19. əsr Edo dövrü)
-
Yaponiyada vərəm əleyhinə qrupların kartpostalı (27 iyun 1925)
-
Suehiro Tokionun görməli yerləri - Rabitə və Nəqliyyatın Edobashi ofisi (1882)
ABŞ ordusu
redaktə-
ABŞ Hava qüvvələrinin Yaponiyadakı batalyonunun emblemi
-
Misava hava bazasının divarındakı freska
Oxşar bayraqlar
redaktə-
Tibet bayrağı
-
Rusiya Hava Qüvvələrinin bayrağı
-
Ukraynanın Donetsk əyalətinin bayrağı
-
Makedoniya Respubikasının bayrağı
-
Birmanın Karen ştatının Milli Azadlıq ordusunun bayrağı
-
Arizona ştatının bayrağı
-
Koreya Vəhdət kilsəsinin bayrağı
-
İordaniyanın kral standartı
İstinadlar
redaktə- ↑ Phil Nelson. "Japanese military flags". Flags Of The World. Flagspot. 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.
- ↑ "播磨屋.com 日足紋章". 2015-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.
- ↑ Osaka University Knowledge archive Japan’s National Flag and Anthem: Historical Significance and Legal Position [1] Arxivləşdirilib 2014-07-20 at the Wayback Machine
- ↑ Radhika Seth. "Courting Controversy: Olympic Uniform resembled rising sun flag!". Japan Daily Press. August 14, 2012. August 17, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 18, 2012.
- ↑ "Korean lawmakers adopt resolution calling on Japan not to use rising sun flag". Korea Herald. August 29, 2012. October 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2012.
- ↑ Naoto Okamura. "Japan fans warned not to fly naval flag". Reuters. August 8, 2008. September 24, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 25, 2016.
- ↑ "海軍旗の由来". kwn.ne.jp. 21 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2011.
- ↑ Janese Silvey. "Soccer team's use of Rising Sun flag causes stir". Columbia Daily Tribune. April 19, 2012. April 27, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 18, 2012.
- ↑ Okamura, Naoto. "Japan fans warned about rising sun flag". Reuters. 8 August 2008. 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 April 2012.
- ↑ "Japan fans warned about rising sun flag". Japan Probe. 8 August 2008. 31 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 April 2012.
- ↑ "World: Asia-Pacific Reprise for Japan's anthem". BBC News. August 15, 1999. December 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2016.