Dnestryani Muharibesi - Wikipedia
Dnestryanı müharibəsi — Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Həmin hərəkatın alovlanmasında qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı oynayıb. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldova millətçilərinin digər millətləri əzmək cəhdi kimi qəbul edərək separatçılıq hərəkatını alovlandırıb. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər.
Dnestryanı müharibəsi | |||
---|---|---|---|
Tarix | 2 mart - 21 iyul 1992-ci il | ||
Yeri | Dnestryanı | ||
Nəticəsi | Dnestryanı de-fakto müstəqil respublika elan olundu, lakin de-yure olaraq Moldovanın tərkib hissəsi kimi tanınır. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1990-cı ilin dekabrında isə referendum keçirilərək, “DMR” “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Dnestryanı bölgədə dislokasiya olunmuş 14-cü ordu general Lebedin rəhbərliyi ilə Moldova qüvvələrini sıxışdırıb. Rusiya öz sülhməramlı qüvvələrini Dnestryanı bölgəyə yeridərək tərəflər arasında atəşkəsi təmin edib. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və “5+2" formatına (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər) keçib.[3]
Tərəflərin hərbi gücü
redaktə17 mart 1992-ci ildə Moldova yeni yaradılmış Daxili İşlər Nazirliyi üçün qoşun toplamağa başladı.[4] 1992-ci ilin iyul ayında Moldovadakı aktiv hərbi qüvvələrin sayı, polis qüvvələri, ehtiyat qüvvələr və könüllülər də daxil olmaqla 25,000-35,000 arasında idi. Könüllülər arasında münaqişə zonasına yaxın ərazilərdə yaşayanlar üstünlük təşkil edirdi.
Müstəqillik əldə edildikdən sonra Moldova ərazisində yerləşən Sovet qoşunlarından əldə edilən silah və texnikadan əlavə olaraq, Moldova hökuməti Rumıniyadan da silah əldə etdi. Münaqişə dövründə Rumıniya tərəfindən Moldovaya hərbi məsləhətçilər və könüllülər də göndərildi.
Eyni zamanda, Moldova ərazisində şəxsi heyətinin sayı 14,000 nəfər olan 14-cü Sovet Ordusu da fəaliyyət göstərirdi. Bu qüvvələr Dnestryanı hökumətinə tabe olan 9,000 nəfər milisə təlim keçirilməsində və onların silahla təchiz olunmasında böyük köməklik göstərdilər. Müharibə başladıqda Rusiyanın fərqli yerlərindən könüllülər və kazak dəstələri separatçılar tərəfdə döyüşmək üçün buraya gəldilər.
Dnestryanıda yerləşən 14-cü Sovet Ordu hissələri də separatçılarla birlikdə Moldova qüvvələrinə qarşı mübarizə aparırdı.[5][6]
1991-ci ilin dekabrında separatçıların silah-sursat əldə etməsinə kömək edən general-leytenant Yakovlev Ukrayna ərazisində Moldova hökumət qüvvələri tərəfindən həbs olundu. Həbs olunan general Yakovlev 14-cü Sovet ordusunun komandiri olmaqla yanaşı, həmçinin Dnestryanıda "Milli Müdafiə və Təhlükəsizlik Departamenti"nin rəhbəri sayılırdı. Sonradan, Rusiya rəhbərliyinin araya girməsi ilə general Yakovlev Moldova hökumətinə tabe olan, lakin separatçılar tərəfindən həbs olunmuş 26 nəfər polislə dəyişdirildi və azad edildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Dnestrovskaya Pravda, no. 84-85, page 2, November 24, 2001
- ↑ "Monumentul eroilor căzuți în războiul transnistrean". Monument.md. 29 avqust 1998. 2011-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2017.
- ↑ "Arxivlənmiş surət". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-27.
- ↑ "Istoria creării Armatei Naționale (Moldova)". Army.gov.md. 2011-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2017.
- ↑ Borderland Europe: Transforming Transnistria? Arxivləşdirilib 2007-03-25 at the Wayback Machine Centre for European Political Studies, oktyabr 2001.
- ↑ Analysis of the Transnistrian Conflict Arxivləşdirilib 2022-04-09 at the Wayback Machine "Human Rights and Russian Military Involvement in the "Near Abroad"" Human Rights Watch December. 1993
Xarici keçidlər
redaktə- Armed conflict in and around the city of Bendery Arxivləşdirilib 2014-04-24 at the Wayback Machine