Dmitriyev Mamonovlar - Wikipedia
Dmitriyev – Mamonovlar—Rusiya xalqının zadəgan soylarından biri.
Dmitriyev – Mamonovlar | |
---|---|
Titul | Boyar |
Əcdadı | Konstantin Smolenski |
Qohum soylar | Daşkovlar |
Mənşəyi | Smolensk |
Təbəəliyi | Rusiya imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Soyun yaranması
redaktəRus dövləti tarixində əhəmiyyətli mövqeyə malik olan nəsillərdən biri də Dmitriyev – Mamonovlardır. Onlar məşhur Daşkovlarla eyni kökdəndir. Hər ikisi Rus dövlətinin Romanovlara qədərki (1613-cü il) çarları sülaləsi olan Rüriklər sülaləsinə mənsub olmuşlar. Belə ki, 1468-ci ildə böyük knyazın yanında xidmət edən boyar Kazanlı Abdulla Mamonun oğlu Dmitrinin övladları özlərini Dmitriyev yazdırsalar da, 1689-cu ildə artıq I Pyotrun hakimiyyəti illərində onların Dmitriyev – Mamanov soy adı daşımalarına icazə verildi.
Adın anlamı
redaktəFamiliyanın ikinci hissəsi (əsl hissəsi) Mamonov N.A.Baskakovun qeydlərinə görə etimoloji cəhətdən monqol sözü momğon, momxon və "əmin, dinc, sakit, mehriban; salih, itaətkar" mənasında türk sözü momun, mömün sözü ilə əlaqədardır. Beləliklə, Mamonov familiyası Mamon "sakit, itaət edən, etibarlı adam" ləqəbindən doğmuşdur.[1] Mamon adlı [[Voronej quberniyası]]nda 2 kənd və Mamon çayı -Yuxarı Tunquska hövzəsində çay vardır.
Gerbin təsviri
redaktəMamonov familiyasının türk mənşəyi Dmitriyev – Mamonovların daşıdıqları gerbin əlamətlərində də hiss olunur. Belə ki, bu nəsil iki səkkizguşəli ulduz, aypara və ox nəqş olunmuş gerbə malik olmuşdur.[2] Bu şöhrətli ailə Rus zadəganlarının "Məxməri kitab"ına düşmüşdür.
Soyun məşhur nümayəndələri
redaktəBu nəsli şöhrətləndirən bir çox şəxsiyyətlər olmuşdur.
Mənbə
redaktə- Баскаков Н.А. Русские фамилии тюркского происхождения, Баку, Язычы, 1992.
- Minaxanım Təkləli, Türk əsilli ruslar, Bakı, Nurlar, 2010, II nəşr.
İstinadlar
redaktə- ↑ N.Baskakov, "Türk mənşəli rus familiyaları", s.54-55
- ↑ "Часть 1 Общего гербовника дворянских родов Всероссийской империи, стр. 30". 2008-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-03.