Dmitri Armudu - Wikipedia
Dmitri_armudu - Haqqında Məlumat
Dmitri armudu (lat. Pyrus demetrii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Dmitri armudu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Dmitri armudu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
redaktəMərkəzi Zaqafqaziyada yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 5 m-dək, şarşəkilli çətirli və boz qabıqlı kiçik ağacdır. Zoğları uzun, iti iynəlidir. Meyvələri hamar-şarşəkilli, çılpaq, qonur, tək, qalın meyvə saplaqlarında yerləşir.
Ekologiyası
redaktəİşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir. Soyuğa quraqlığa, küləyə, işığa davamlıdır. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
redaktəNaxçıvan MR-da yayılmışdır.
İstifadəsi
redaktəKənd təsərrüfatı əhəmiyyətli bitkidir. Səhiyyədə və qida sənayesində geniş istifadə olunur. Gələcəkdə meşə salmada isifadəsi məqsədyönlüdür.