Dmanisi - Wikipedia
Dmanisi, Başkeçid[3] — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Dmanisi bələdiyyəsinin inzibati mərkəzi. 1947-ci ilə qədər adı Başkeçid olmuş[4], həmin ildən isə adı gürcüləşdirilərək Dmanisi adlandırılmışdır.[4] Ölkə paytaxtı Tiflis şəhərindən 102 km uzaqlıqda yerləşir.[5]
Dmanisi | |
---|---|
დმანისი | |
41°19′56″ şm. e. 44°12′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.171 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 360 |
Poçt indeksi | 1700[2] |
Digər | |
dmanisi.gov.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktə1 yanvar 2012-ci ilə olan rəsmi təxminə əsasən şəhərdə 3.8 min nəfər əhali yaşayır.[6]
15.1.1959 sa. | 15.1.1970 sa. | 17.1.1979 sa. | 12.1.1989 sa. | 17.1.2002 sa. | 1.1.2010 r.t. |
---|---|---|---|---|---|
4 778 | 4 076 | 4 530 | 8 650 | 3 427 | 3 441[8] |
Milli tərkibi
redaktə1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Tiflis quberniyasının Borçalı qəzasına daxil olan Başkeçid kəndində əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 529 nəfər əhali yaşayırdı.[9]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Başkeçid şəhərində 3.427[10] nəfər əhali yaşayır, onların 82 %-ni gürcülər, 12 %-ni azərbaycanlılar, 3 %-ni ruslar, 2 %-ni ermənilər, 1 %-ni isə urumlar təşkil edir.[10]
Təhsil
redaktəHazırda şəhərdə üç ictimai orta məktəb fəaliyyət göstərir.[11] Onlardan biri rusdillidir.[11]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ https://www.geostat.ge/en/modules/categories/41/population.
- ↑ http://georgianpost.ge/?site-lang=ka&site-path=help/zipcodes/&group=3&letter=%E1%83%93 (gürc.).
- ↑ Дманиси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 488.
- ↑ 1 2 Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 135.
- ↑ საქართველოსა და სომხეთის საზღვრისპირა რეგიონებში [ölü keçid] მოსახლეობის და არასამთავრობო\სამოქალაქო ორგანიზაციების კვლევა რაოდენობრივი და თვისებრივი კვლევის ანგარიში მომზადებულია ქეა ინთერნეშენალისთვის კავკასიაში პროექტის საქართველოს მხარის პარტნიორი სამოქალაქო განვითარების სააგენტო(CiDA) აგვისტო-ოქტომბერი, 2009 თბილისი, საქართველო
- ↑ National Statistics Office of Georgia: Statistical abstract, Demographic situation in Georgia 2012 Arxivləşdirilib 2013-08-22 at the Wayback Machine: Contents—>Population—>Number of population by municipalities, page 17. Published in 15 October 2012.
- ↑ Population statistics of Eastern Europe: Cities & towns of Georgia Arxivləşdirilib 2018-05-22 at the Wayback Machine
- ↑ დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 97
- ↑ 1 2 The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005
- ↑ 1 2 Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: Образование: Школы: [ölü keçid] 3.Публичные школы муниципалитета Дманиси