Disksuren - Wikipedia
Disksürən (en. Disk drive), (ru. дисковод) – disklərin oxunmasını və onlara yazılmanı həyata keçirən elektromexaniki qurğu.
Disksürənin əsas elementləri bunlardır: üzərində disksürənin quraşdırıldığı şpindel (ox); disksürən işləyərkən diski fırladan mühərrik; bir və ya bir neçə oxuma-yazma başcığı; oxuma-yazma başcıqlarını diskin səthində müəyyən mövqeyə aparan ikinci mühərrik; oxuma-yazma əməliyyatını sinxronlaşdıran və informasiyanı kompüterə ötürən və ondan alan kontroller sxemi. Yumşaq və sərt disklərin disksürənləri bir-birindən fərqlənir: əyilgən disklərin disksürənləri 5,25 və ya 3,5 düymlük disketlərlə işləmək üçün nəzərdə tutulub; sərt disklərin disksürənləri möhkəm korpusa malik çıxarılıb-taxılmayan, daha sürətli və iri həcmli yaddasaxlama qurğusudur. Kompüterin disksürənləri adları və ya nömrələri ilə tanınır; məsələn, MS-DOS sistemində A:, B:, C: disksürənləri, Apple Macintosh da isə 0 və 1 disksürənləri ola bilər.
Disk sürücü (en. disk driver), (ru. драйвер диска) – disk kompüterə qoşularkən quraşdırılan və verilmiş (müəyyən firmanya məxsus) diskin işləməsinə yardım edən xüsusi proqram.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.