Dis Bogazi - Wikipedia
Dis boğazı ing. Dease Strait -Şimal Buzlu okeanında yerləşən Kanada ərazisində Viktoriya (ada)sını (şimal) Kend yarımadasını (cənub) ayırır. Kanadanın şimal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Qərbdə Kuin-Mod körfəzi ilə şərqdə Voroneysen körfəzini birləşdirir. Boğazın maksimum eni 62 km, ən dar yerdə eni isə 19 km təşkil edir. Uzunluğu 160 km-dir. Boğaz daxilində 4-5 kiçik adalar istisna olmaqla böyük adalar yoxdur. Qütb dairəsi daxilində yerləşməsi onun ilin böyük qismi buzla örtülü olmasına səbəb olur. Buzdan yalnız iyulun üçüncü həftəsi azad olur və avqustun əvvəllərinə kimi davam edir. Sentyabrın sonu oktyabrın əvvəlləri yenidən buzla örtülür. Şərq hissəsi isə dekabrda buzla ortülür. Boğaz Tomas Simpson və Piter Varren Dis[1] tərəfindən qütb ərazilərinə (1837-1839) təşkil edilən ekspedisiya zamanı kəşf edilir. Bu ekspedisiyanın qeyri-adi xüsusiyyəti ondadır ki, üzvlər gəmi ilə deyil qayıqlarla hərəkət edirdilər.
Dis boğazı | |
---|---|
ing. Dease Strait | |
Ümumi məlumatlar | |
Eni | minimum |
Uzunluğu |
|
Yerləşməsi | |
68°49′59″ şm. e. 107°30′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Akvatoriyası | |
Ayırır | Kend yarımadasını Viktoriya (ada)sını |
|
|
|
İstinad
redaktə- ↑ "Kanada ensiklopediyası. Piter Varren Dis". 2005-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-24.