Dipkarpaz - Wikipedia
Dipkarpaz (yun. Ριζοκάρπασο / Rizokarpazo) ― Şimali Kipr Türk Respublikasında, Karpaz yarımadasında yerləşən kiçik şəhər. De jure olaraq Kipr Respublikasının Flamaqusta rayonunda, de fakto olaraq Şimali Kipr Türk Respublikasının İskələ rayonundadır. Əhalisinin böyük hissəsini türklər təşkil etsə də az sayıda yunan da yaşayır. 2011-ci ilin siyahıalmasına əsasən əhalisi 2.349 nəfərdir.
Şəhər | |
Dipkarpaz | |
---|---|
35°36′04″ şm. e. 34°22′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 133 m |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Dipkarpazda yunanların tez-tez ziyarət etdikləri Apostopolos Andreas monastırı yerləşir.
Görməli yerlər
redaktəAqios Filon kilsəsinin xarabalıqları
redaktəFinikiyalıların burada yaşadığı dövrdə — IV əsrdə tikilmiş kilsə yerli əhalini xristiyanlaşdıran Müqəddəs Filonun adını daşıyır. Əslində kilsə Roma və Yunan dövründən qalma xarabalıqlar üzərində tikilmişdir.
Apostopolos Andreas monastırı
redaktəHazırda da fəaliyyət göstərən ortodoks monastırıdır. Əsası 15-ci ildə kiçik kilsə şəklində qoyulmuşdur. Monastır xristianlar tərəfindən səyahətçilərin qoruyucusu, küləklərin hakimi hesab edilən və İsa tərəfindən ilk dəfə papalığa çağırılan Müqəddəs Apostopolos Andreasın adını daşıyır.
Digər görməli yerlər
redaktə- Panaqiya Kira kilsəsi
- Ayr Tria kiləsi
- Yeniərənköy kilsə xarabalıqları və heykəlləri
- Kastros Təpəsi məzarı
- Böyükkonuk yel dəyirmanı
- Panaqiya Kanakariya kilsəsi
- Müqəddəs Tria bazilikası
- Kantara qalası
İqtisadiyyat
redaktəXX əsrə qədər şəhər əhalisi ipək istehsalı və ticarətlə məşğul olmuşdur. İkinci əsas sahə tütünçülük idi. Bir neçə il ərzində şəhər Kiprin tütün mərkəzinə çevrilmişdir. 1974-cü ildən tütün istehsalı zəifləmiş və tütün hazırda Türkiyəyə ixrac olunur. Türkiyədə hazırlanan Bafra, Gəlincik və Sipahi siqaret markalarının adları bu şəhərin yaxınlığındaki kəndlərə verilmişdir.
Yerli əhali taxıl və keçibuynuzu istehsalı ilə də məşğuldurlar.
İdman
redaktəŞəhərin ən məşhur idman klubu Dipkarpaz İdman Klubudur. 1978-ci ildə yaradılmışdır. Klubun futbol şöbəsi hazırda ŞKTR-nın 3-cü liqasında mübarizə aparır.[2][3]
Qardaş kiçik şəhərlər
redaktəXarici keçidlər
redaktə- Dipkarpazın görməli yerləri Arxivləşdirilib 2015-04-03 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Cyprus census 1973 (ing.). 9 CYSTAT.
- ↑ "Dipkarpaz İK-un facebokk səhifəsi". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-20.
- ↑ "ŞKTR Futbol Federasiyası". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-20.