Dimitri Kramarenko - Wikipedia
Dmitri Kramarenko (12 sentyabr 1974, Bakı[2], Azərbaycan SSR, SSRİ) — sovet və azərbaycanlı futbolçu. Qapıçı mövqeyində çıxış etmişdir. Hazırda Neftçi PFK qapıçılar üzrə məşqçisidir.
Dmitri Kramarenko | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Dmitri Serqeyeviç Kramarenko | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 186 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 84 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | qapıçı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | sağ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Neftçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | Qapıçılar üzrə məşqçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Sovet futbolçusu Sergey Kramarenkonun oğludur.
Bioqrafiyası
redaktəBakının Neftçi klubunun yetirməsidir. İlk əvvəllər müdafiəçi mövqeyində məşqlərə qatılsada sonradan qapıçı olmuşdur[3].
Profesional şəkildə Bakının Dinamo GOHM FK 1991-ci ildə debüt etmişdir. Növbəti il Azərbaycan Yüksək Liqasında Neftçi klubunun şərəfini qorumuşdur.
1993-cü ildə Moskvanın Dinamo klubundan təklif alır. Qapıçı bunu müsbət qarşılasa da Neftçi futbolçunu həvəssiz buraxmalı olur. Dmitri Kramarenko Rusiya Yüksək liqasında Moskvanın "Spartak" klubuna qarşı oyunda debüt edir. Oyun 1:1 hesabı ilə bitir. Bu onun klubun heyətində 1993-cü ildə birinci və axırıncı oyunu olur. Oyunda Ledyaxovla toqquşmada sağ ayağından yaralanır və 70-ci dəqiqədə Valeri Kleymenovkla əvəzlənir.
1996—1997-ci illərdə "Alaniya" klubunda oynayır və 1996-cı ildə Rusiya Yüksək liqasının gümüş mükafatçısı olur.
2002-ci ildə Atletiko Madrid FK baxışda olur[4].
2004-cü ildə Azərbaycana qayıdır və Karvan İK çalışır. 2004/05 mövsümündə bürünc, 2005/06 mövsümündə gümüş medalçı olur. 2006-cı ildə Terek klubunda çalışır. 2007-ci ildə isə yenidən Azərbaycana qayıdır.
Birlik kubokunu Xəzər Lənkəranla qazanır.
Azərbaycan milli futbol komandasında 33 oyun keçirmişdir. 1994-cü ildə Rusiya Olimpiya yığmasının yoldaşlıq oyunılarında qapısını qorumuşdur[5].
13 aprel 2015-ci ildən Neftçi PFK qapıçılar üzrə məşqçisidir.
Şəxsi həyatı
redaktəAtası milliyyətcə rus, anası isə azərbaycanlıdır. Dmitri Kramarenko 2005-ci ildə İslam dinini qəbul edib, müsəlman adı Əlidir[6]. Ailəlidir, həyat yoldaşı İrina bir müddət biatlonla məşğul olub. İki əkiz qızı var. Qızı Lalə Kramarenko gimnastika üzrə Rusiya yığmasının tərkibində iştirak edir.[7] Digər qızı Diana tennislə məşğuldur.
İstinadlar
redaktə- ↑ İlham Əliyev "Bakı 2019: Ulduzlar Finalı" qarşılaşmasına baxıb Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine. president.az, 03.03.2019 (az.)
- ↑ "Seleksiya: Birinci divizyon. Dinamo-1998". 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
- ↑ Саприн Н., Мартынов А. "Динамо" — "Спартак" // Спорт-экспресс. — 1993. — № 201 (4 сентября). — с. 2.
- ↑ "Тренерский штаб" (rus). Спорт-Экспресс. 2012-06-05 tarixində arxivləşdirilib.
- ↑ "Газета СПОРТ-ЭКСПРЕСС. ЧМ-2010. Отборочный турнир. Группа 4". 2009-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
- ↑ "Atletiko"nu bir zənglə tərk edən bakılı: Anam həmişə deyir ki, yəqin azərbaycanlı olduğuna görə mənə oxşamısan – LAYİHƏ
- ↑ "Yığmamızın məşqçisinin qızı Bakıda Rusiya adına qızıl qazandı - FOTO". 2019-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-14.