Dilican Milli Parki - Wikipedia
Dilijan Milli Parkı (erm. Դիլիջան ազգային պարկ) — Ermənistanın şimal-şərqində, Tavuş mərzində yerləşən milli park. Sahəsi 240 km2-dır. Ən çox təbiəti, biomüxtəlifliyi, müalicəvi bulaq suları, tarixi abidələri ilə tanınır. Ermənistanın iki milli parkından biridir (Digəri Göyçə Milli Parkıdır).
Dilijan Milli Parkı | |
---|---|
erm. Դիլիջան ազգային պարկ | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 240 km2 ha |
Mütləq hündürlüyü | 1070-2300 m |
Yaradılma tarixi |
1958 (qoruq statusu) 2002 (milli park statusu) |
Florası | 902 növ |
Faunası | 800 növ |
Yerləşməsi | |
40°39′23″ şm. e. 45°01′17″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Vilayət | Tavuş mərzi |
Yaxın şəhər | Dilijan |
dilijanpark.am | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMilli park 2002-ci ildə Dilijan və Kuybişev meşələrini qorumaq üçün 1958-ci ildə qurulmuş qoruğun yerində təşkil olunmuşdur. Milli parkın ərazisində hələ də dəyişiklik olmayıb. Dilijan şəhərinin yaxınlığındadır və buradan İrəvan-Karvansaray dəmiryolu keçir. Milli parkın gələcəkdə istirahət, bufer zonası, sərhəd istiqamətlərində inkişaf etdirilməsi planlaşdırılır.
Coğrafiya
redaktəƏrazi dəniz səviyyəsindən 1070-2300 metr yüksəklikdə yerləşən Pəmbək, Sətənəxaç, Miapor, Karvansaray və Hələb dağ silsilələrini əhatə edir. Bu dağların çəmənlikləri milli park ərazisinə daxil deyildir. Ağstafaçay və onun qolları — Bldan, Ovacur, Ştoqanacur, Aqartsin və Getik buradan keçməkdədir. Milli parkda suyu güzgütək olan Təmiz göl və Zəli göl adlı iki göl vardır.
Flora və fauna
redaktəMilli parkda 902[1][2] bitki növü və 800 növ heyvan növü qeydə alınmışdır.
Abidələri
redaktəƏn əhəmiyyətli abidələri Aqatsin monastırı (XIII əsr), Qoşavank monastırı, Motosavank monastırı və Axnabat kilsəsi hesab olunur.