Diabetes Jurnal - Wikipedia
Diabetes ― Amerika Diabet Assosiasiyası tərəfindən 1952-ci ildən nəşr olunan aylıq tibbi jurnal.
Diabetes | |
---|---|
Baş redaktor | David A. D'Alessio |
Növ | tibbi jurnal |
Dövrilik | aylıq |
Nəşriyyat | Amerika Diabet Assosiasiyası |
Təsis tarixi | 1952 |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
ISSN | 0012-1797, 1939-327X |
OCLC nömrəsi | 01566563 |
diabetes.diabetesjournals.org |
Jurnal şəkərli diabetin fiziologiyası və patofiziologiyası ilə bağlı laboratoriya, heyvan və insan tədqiqatlarını əhatə edir. Əsas diqqət şəkərli diabetin patogenezi və onun ağırlaşmaları, mədəaltı vəzin normal və patoloji adacıq funksiyası və vasitəçi maddələr mübadiləsi, dərman və hormonların təsirinin farmakoloji mexanizmləri, normal və anormal bioloji proseslərin biokimyəvi və molekulyar aspektləri kimi sahələrə yönəlmiş araşdırma hesabatlarına verilir. Bundan əlavə, "Diabetes"də Amerika Diabet Assosiasiyasının illik toplantısında elmi sessiyalarda təqdim olunan tezislər dərc edilir.
"Journal Citation Reports"a əsasən, jurnalın 2021-ci il impakt faktoru 9.337, 5 illik impakt faktoru isə 10.509-dur. Bu göstəricilərə görə "Diabetes" jurnalı "Endokrinologiya, Diabet və Metabolizm" kateqoriyasında 240 jurnal arasında 8-ci yeri tutur.[1]
İstinad siyahısı
redaktə- ↑ Journals Ranked by Impact: Endocrinology, Diabetes & Metabolism // 2021 Journal Citation Reports. Web of Science (Science). Thomson Reuters. 2021. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-27.