Detektiv Edebiyyat - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Detektiv janrı və ya xəfiyyə ədəbiyyatı, detektiv ədəbiyyatı — bədii ədəbiyyat növü; faktların məntiqi təhlili ilə gizli cinayətlərin açılmasından, xəfiyyələrin (detektivlərin) macəralarından bəhs edən roman, povest, hekayə.
Detektiv ədəbiyyatda konflikt, əsasən, ədalətin qanunsuzluqla toqquşması üzərində qurulur.[1]
Yaranma tarixi
redaktəDetektiv janrının yaranmasını bəziləri Qaston Lerunun "Sarı otağın sirri", bəziləri isə Amerika yazıçısı Edqar Allan Ponun "Morq küçəsində qətl" romanı ilə bağlayır. Ancaq dünya ədəbiyyatı tarixində ilk detektiv roman Çarlz Feliks ləqəbli müəllifin "Nottinq Hillin sirri" romanı hesab olunur. Bu roman ilk dəfə 1862–1863-cü illərdə hissələrlə "Once a Week" jurnalında çap olunub. Daha sonra 1863-cü ildə ayrıca kitab şəklində "Bradbury & Evans" nəşriyyatı kitabı yayımlayıb.
Deyilənə görə, Uilyam Qodvinin 1794-cü ildə yazdığı bir romanın qəhrəmanı da xəfiyyə olub. Amma tarix və araşdırmalar həqiqəti üzə çıxardı.1975-ci ildə Britaniya detektiv romanlar yazıçısı və şair Culian Simmons isbat etdi ki, ancaq "Nottinq Hillin sirri" romanı detektiv roman kriteriyalarına cavab verir.
Simmons sübut etdi ki, süjetin dağınıqlığından tutmuş, xəfiyyələrin topladığı sübutların müxtəlifliyinəcən və günahın sübutunun metodlarına qədər əsl detektiv "Nottinq Hllin sirri"dir. Simmonsun sözlərinə görə, kitabın müəllifi Çarlz Feliksin təsvir etdiyi üsullar — şahidlərin dindirilməsi, maddi sübutların toplanması və başqa detektivə xas xüsusiyyətlər ancaq 1920-ci illərdən sonra yazılan detektiv romanlarda istifadə olunmağa başlayıb. Yeri gəlmişkən, Çarlz Feliks adıçəkilən romanında öz həyat yoldaşını öldürməkdə təqsirli bilinən bir baronu təsvir edib. Müstəntiq Ralf Xenderson istintaq prosesində nəinki bu işin, hətta daha iki cinayətin üstünü aça bilir. Araşdırmaçılar Çarlz Feliks gizli imzası altında o dövrün məşhur vəkili Çarlz Uorren Adamsın (ing. Charles Warren Adams) gizləndiyini güman edirlər. Onun başqa romanları da ədəbiyyat araşdırmaçılarına məlumdur.
Ümumiyyətlə, dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal süjetlər gen-bol istifadə olunub. Dostoyevskinin məşhur "Cinayət və cəza" romanını klassik detektiv hesab edən tənqidçilər də var. Ancaq həm Dostoyevski də, həm də dünya ədəbiyyatının digər tanınmış yazıçılarında detektiv macəraçılıqdan o tərəfə keçə bilmir. Edqar Allan Ponun əsərləri isə detektiv janrının bütün xüsusiyyətlərinə cavab verir.
Detektiv janrı öz inkişaf yolunda çox ciddi inkişaf mərhələlərindən keçib. İlkin dövrlərdə "hermetik detektiv" (kiçik bir məkanda — otaqda, ofisdə, vaqonda, evdə baş verən hadisələrin təsviri) populyar olsa da, 1980-ci illərindən başlayaraq dünya detektiv ədəbiyyatı öz inkişafının növbəti mərhələsinə başladı. Dünyaca məşhur yazıçılar artıq detektivi başqa janrlarla sintez etməyə və bunun nəticəsində yeni ədəbi janrlar meydana gətirməyi bacardılar. Bu cəhdlər nəticəsində tarixi detektiv, intellektual-kulturoloji detektiv, siyasi detektiv, mistik detektiv, fantastik detektiv janrları yarandı. Umberto Ekonu, Orxan Pamuku, Haruki Murakamini bu sahənin öncülləri hesab etmək olar. Ancaq bu yazıçılar detektiv ədəbiyyatı nümayəndəsi hesab olunmurlar. Onların romanlarında detektiv xətt sadəcə romanın strukturunun və süjetinin rəngarəngliyinə xidmət edir, postmodern roman xüsusiyyətlərinə isə tam cavab verir.
Çingiz Abdullayevin banisi olduğu siyasi detektiv janrı isə detektiv ədəbiyyatında yeni mərhələ hesab olunur. Baxmayaraq ki, Frederik Forsayt, Eduard Topol kimi yazıçılar da bu janrda öz qələmlərini sınayıb.
İstinadlar
redaktəXarici keçidlər
redaktə Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |