Desna Cayi - Wikipedia
Desna çayı (ukr. Десна) — Şərqi Avropada çay. Rusiya və Ukrayna ərazilərindən keçir. Dnepr çayının sol qolunu təşkil etməklə yanaşı həm də onun ən böyük qoludur. Çayın uzunluğu 1130 km təşkil edir. Novqorod-Sevenski şəhərinə qədər 535 km məsafədə naviqasiya üçün yararlıdır. Daimi naviqasiya isə Jukovka şəhərinə qədərdir. Hövzəsinin sahəsi 88, 9 km²-dir.
Desna | |
---|---|
ukr. Десна | |
Ölkələr | |
Mənbəyi | Şərqi Avropa |
Mənsəbi | Qara dəniz |
Uzunluğu | 1130 km |
Su sərfi | 360 m³/s |
Su sistemi | Dnepr/Qara dəniz |
Su hövzəsi | Qara dəniz |
Hövzəsinin sahəsi | 88900 km² |
|
|
DSR[rus.] | 04010001012106200001410, 04010000812106200001410 04010001112106200001410, 04010001012106200001410, 04010000812106200001410 |
Vikianbarda əlaqəli mediafayllar |
Adının mənası
redaktəAdının mənası q.slav. дєснъ — "sağ"[1] deməkdir. Desna Dnepr çayının sol qolunu təşkil edir.
Təsviri
redaktəDesna öz başlanğıcını Smolensk yüksəkliklərindən, Qolubev Mox bataqlıqlarından, Yelnayanın yaxınlığından götürür[2]. Rusiyanın Smolensk və Bryan vilayətləri, Ukraynsnın isə Çerniqovskaya, Sumskaya və Kiev vilayətlərinim ərazisindən axır. Çay Dnepr çayına Kiyev yaxınlığında tökülür.
Yuxarı axarlarda bataqlaşmış ərazidən axır və suyu dayaz olur. Aşağı axarlarda isə dərinlik artır. Seym çayının töküldüyü yerdən dərinlik daha da artır. Yazda dərinlik dahada artır. İllik orta su sərfiyyatı 360 m³/san təşkil edir.
Desna çayında minerallaşma həddi: yaz daşqınları zamanı — 271 mq/dz³; yay-payız dövrü — 351 mq/dz³; qış dövrü — 376 mq/dz³.[3]
Qədim dövrlərdən mühüm su yolu hesab edilirdi. Buradan mırkəzi rus çöllərinə rahat getmək mümkün idi.[4]
Smolensk vilayətində çayın üzərində Desnoqorsk su anbarı yerləşir. Smolensk SES isə Desnoqorsk şəhərinin enerji təminatını təmin edir.
Qolları
redaktəDesna boyunca yerləşən şəhər və qədəbələr
redaktə- Smolensk vilayəti: Yelnaya, Desnoqorsk və Ekimoviçi kəndi.
- Bryansk vilayəti: Snoqot kəndi, Jukovka, Qistilovka, Selso, Bryansk, Vıqoniçi, Trubçevk, Belaya Beryozka
- Çernikovski vilayəti: Novqorod-Severski, Korop, Sosnisa, Makoşino, Kukoviçi kəndi, Maksaki kəndi, Uşnya, Çernikov. Ostyor, Desna.
- Sumskaya vilayəti: Piroqovka.
- Kiyev vilayəti: Xotyanovka, Pinovo, Bodenki, Vısşaya Dubeçya, Puxovka.
Ədəbiyyat
redaktə- Маштаков П. Л. Список рек Днепровского бассейна. — СПб., 1913.
- Маштаков П. Л. Десна. — Петроград,1918.
- Маштаков П. Десна // Известия отделения русского языка и словесности Академии Наук. — Петроград, 1918. — Т. XXII. — Кн. 2.
Mənbə
redaktə- Экологическая сеть Новгород-Северского полесья Arxivləşdirilib 2012-09-16 at the Wayback Machine
- Вся Десна на OpenStreetMap
- Поход к истоку Десны, фото Arxivləşdirilib 2015-02-25 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Фасмер М. Этимологический словарь русского языка. Т. I. С. 506.
- ↑ "Desna çayı". 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ Горев Л. Н., Пелешенко В. И., Хильчевский В. К. Гидрохимия Украины. — К.: Вища школа, 1995. — 307 с. (укр.) ISBN 5-11-004522–4
- ↑ "Периодизация позднего палеолита Деснянского бассейна". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.