Dermaptera - Wikipedia
Dəriqanadlılar (lat. Dermaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.
Dəriqanadlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Koqorta: Dəstə: Dəriqanadlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Ümumi məlumat
redaktəDəriqanadlılar və ya qulağagirənlər xalq arasında çox pis ad çıxarmış, özünəməxsus görkəmi ilə fərqlənən nisbətən kiçik (0,5-5 sm) cücülərdir. Bədəni uzunsov, yüngülcə yastılanmış, qarıncığın zirvəsində dəstə üçün səciyyəvi olan iki uzun qısqac formalı sıx törəməsi vardır. Erkəklərdə qısqaclar dişilərdəkindən xeyli güclü inkişaf etmişdir. Qulağagirənlər bitki və heyvan qalıqları ilə qidalanırlar. Bəzi növləri canlı mədəni bitkiləri yeyərək onlara nəzərəçarpacaq dərəcədə ziyan vururlar. Onların yaşayış evlərinə girib yorğan-döşəyi və paltarları zədələməsi, çörəyi gəmirməsi halları da məlumdur. Hazırda Yer kürəsində 1800 növə yaxın qulağagirən məlumdur.
Sinonimləri
redaktə- Euplecoptera
- Euplexoptera
- Forficulida
Yarımdəstələri
redaktə- †Archidermaptera
- Arixeniina
- Forficulina
- Hemimerina
- Catadermaptera
- Protelytroptera †
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.