Deratizasiya - Wikipedia
Deratizasiya (fr. dératisation — məhv etmək ) — insanlara epidemioloji və iqtisadi ziyan verən gəmiricilərə qarşı aparılan mübarizə tədbiridir. Gəmiricilər İnsanlar arasında infeksiyon xəstəliklərin (taun, tulyaremiya, bruselyoz, qara yara, leptospiroz) daşıyıcı və gəmiriciləri rolunu oynayırlar.
Gəmiricilərin xalq təsərüfatına verdiyi zərər çox böyük və müxtəlifdir. Gəmiricilər qida məhsullarını yemi xarab edirlər, çirkləndirirlər və məhv edirlər.Bundan başqa kənd təsərrüfatında mədəni bitkilərin cücərtilərini qırırlar, hidrotexniki qurğuları, tikintiləri korlayırlar, telefon və elektirik xətlərini təcrid edən materialları və avadanlıqları çeynəyirlər, pozullar.
Gəmiricilərin məhv edilməsi tədbirləri, onların növündən və yaşadığı şəraitindən, yerindən aslıdır. (Şəhər, kənd, dəmir yolu və su nəqliyyatı, səhra şəraitində aparılan deratizasiya).
Şəhərlərdə və kənd yaşayış yerlərində deratizasiya müqavilələr şəklində aparılır. Müqavilələr müəssislərlə rayon, şəhər profilaktik dezinfeksiya və taun əleyhinə stansiya və onun şöbələri tərəfindən aparılır və Səhiyyə Nazirliyinin təsdiq etdiyi preuskurant əsasında həyata keçirilir.
İstifadə olunan sahələr
redaktə"Deratizasiya tədbirlərinin təşkili və aparılmasında" sanitariya qaydaları əhali yaşayan ərazidə binaların, tikililərin, həmçinin insanlar arasında xəstəlik törədicilərinin yayılmasında sinantrop gəmiricilərdən nəqliyyat vasitələrin mühavizəsinin tələblərini yerinə yetirir, deratizasiya tədbirlərinin təşkilində və aparılmasında və deratizasiya işlərinin yerinə yetirdikdə təhlükəsizliyi təmin edir.Sanitariya qaydaları müəssisə, təşkilat və idarə, fiziki şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, vəzifəli şəxslərə vətəndaşlara, həmçinin sanitarepidemioloji xidmətin təşkilatçılarına, icra hakimiyyətinin təşkilatlarında obyektlər rəhbərliklərinə şamil olunur. Sanitariya qaydaları əhalinin sanitar-epidemioloji salamatlığı haqqında qanun əsasında hazırlanmışdır.
Ümumi qaydalar
redaktəƏhalinin yaşadığı ərazilərdə evlər və tikililər, insanların müvəqqəti qaldığı və ya əmək fəaliyyəti olan yerlər , yeraltı və yerüstü tikililər , həmçinin nəqliyyat vasitələri gəmiricilərdən mühafizə tədbirləri həmişə diqqəti cəlb etməlidir. Bu sanitariya tələblərinin yerinə yetirilməsi obyektlərin gəmiricilərdən mühafizəsində mühəndis-inşaat, mühəndis-texniki, sanitariya-gigiyenik və deratizasiya tədbirlərinin kompleks aparılmasını təmin etməlidir, həmçinin sanitar qaydaların qoyduğu tədbirlərin yerinə yetirilməsidir. Bu sanitar qaydaların tələblərinin yerinə yetirilməsi binaların və qurğuların layihələşdirmədə, inşaatda, tikinti işlərində istifadəsində, gəmiricilərin məhv edilməsində mütləq lazımdır.
Gəmiricilərdən mühafizə tədbirlərinə cavabdeh mühəndis-inşaat və mühəndis-texniki obyektləri layihələndirilməlidir, bunları edənlər təmir və onların tikintisini yerinə yetirən təşkilatlardır.Konkret olaraq obyektlərin gəmiricilərdən mühafizəsini təmin etmək, bu obyektlərdən istifadə edən təşkilatlara tapşırılır. Vətəndaşların şəxsi evlərinin və qeyri- yaşayış binaların gəmiricilərdən mühafizəsində cavabdehlik vətəndaşların üzərinə düşür. Kompleks deratizasiya tədbirlərinin aparılmasında cavabdeh müqavilələr əsasında onu aparan təşkilatdır.Bu tədbirləri yerinə yetirmək üçün dövlət tərəfindən qoyulmuş qeyd əsasında icazəsi (lisenziyası) və bu iş fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə icazə verilir.
Gəmiriciləri məhv etmək tədbirləri vətəndaşlar yaşadığı evin , binanın və onun yerləşdiyi ərazinin sahəsində aparılır. Gəmiricilər ilə mübarizdə insan üçün təhlükəsi olmayan tutan alətlərdən (tələ, tutan verşi və s.),həmçinin ixtisaslaşdırılmış deratizasiya maddələrdən istifadə olunur. Anbar binaları, bazalar və s. Doldurulmazdan əvvəl baxmalı. Əgər binada dağıntı və gəmiricilərin keçirilməsi üçün şərait varsa onu təmir etmək lazımdır.
Gəmiricilərin yuvalarının və onun yayılan yerlərinin məhv etmək üçün ən azı 3 aydan bir orada olan yeyinti məhsullarını, xammalların yerlərini dəyişmək məsləhətdir. Yeyinti və kənd təsərrüfatı məhsullarını istehsal edən müəssisələrdə, istismar edən nəqliyyat və başqa mexanizmlərin üzərində işlədilən və hazır məhsulların toplanan yerlərində gəmiricilərin olması yolverilməzdir. Yeralti tikintilərdə (daş kömür şaxtalarında, metropoliten və s.) qida qalintilarini bir yerə yığıb (əməkdaşların qida qəbul etdiyi yerlərdə) xüsusi qablara qoyub, vaxtlı- vaxtında yuxarı çıxarıb uzaqlaşdırmaq lazımdır. Yeyinti məhsullarının (şaxt yerlərə verilən yemək və s.) gəmiricilər tərəfindən yeyilə bilməyən qablarda saxlamaq ( termos,qutu) məsləhətdir.
Tibbi xidmətdən sonra sarğı və digər materialların gəmiricilər daxil ola bilən yerlərdə qablarda saxlanılması qadağandır, onları hər növbənin axırında məhv etmək lazımdır. Meyitxanalar rəflərlə təmin edilməlidirlər, ən aşağı rəf döşəmədən 50 sm hündürlükdə qurulmalıdır.Rəflərin ayaqları metalla işlənməli, gəmiricinin yuxarı çıxmasına mane olmalıdır.Suyun axını üçün dəlik dəyişilə bilən reşotkadan ( hər gözü 10X 10 sm)olmalıdır. Yaşayış evləri zibilldən ən azı gündə bir dəfə təmizləmək lazımdır.Konteynerlərə yığılan bərk iaşə qalıqları ən azı 2 gündə bir dəfə atılmalıdır.Həyətyanı ərazilərdəki zibilləri yığıb məhv etmək və ya gündəlik aparmaq lazımdır. Zibillərin yığılması üçün konteyner meydançaları və konteynerlərin qoyulduğu yerlər asfaltlanmalı,betonlanmalı və təmiz saxlanılmalı, 10 m radiusda yaşıllığı , iaşə və sənaye qalıqlarının olması məqsədəuyğun deyil.
Həyətyanı ərazilərdə saxılanılan qutular,yanacaq, ot, saman və s. Başqa materialları yerdən 25 sm hündürlükdə rəflərdə saxlamaq lazımdır. Evlərin damında və başqa tikililərin üstündə ot, saman və başqa yemlər saxlanıla bilər. Binalara yaxın ərazilər həmçinin bələdiyyə əraziləri (parklar , bağlar, qəbiristanlıq və s.) həmiş təmiz saxlanılmalı və alaq otlarından təmizlənilməlidir.
Deratizasiya aparan şəxs dezinfektor üçün divara,künclərə yaxınlaşmağa şərait olmalıdır. Anbar binalarında divar boyu keçidlər düzəltmək, ərzaq məhsulları yığılan sıralarda və başqa yüklər arasında məsafə 5–6 m , eni isə azı 70 sm olmalıdır. Deratizatorlar anbarların tam və bir hissəsinin (2 ayda bir dəfə ) boşalması haqqında rəhbərliyə xəbər vermək lazımdır. Nəqliyyat , baytarlıq , kənd təsərrüfatı və başqa spesifik kateqoriyaya malik olan obyektlərə əlavə sanitar-texniki təlabatın təmin edilməsi üçün sanitar qaydalara riaət olmalıdır. Sanitar – gigiyenik və texniki tədbirlərin dəqiq siyahısı, gəmiricilərlə mübarizədə deratizasiya işi aparılan təşkilat tərəfindən hazırlanır və sifarişçiyə təqdim olunur. (işin yerinə yetirilməsi vaxtı).
Deratizasiya tədbirlərini tələblərinini təşkilinə əsas tələblər
- Deratizasiya tədbirlərinə aiddir;
- Obyektin müayinəsi;
- Profilaktik qırıcı tədbirlər;
- Gəmiricilərin sayının azaldıması işləri.
Obyektlərin müayinəsində məqsəd gəmiricilərin tapılmasına, onların zərər verici fəaliyyətlərinin qiymətləndirilməsinə, o cümlədən gəmiricilərin törətdiyi xəstəliklərin baş verməsinə, gəmiricilərin yaşayış şəraitinin öyrənilməsinə, onların sayını, yerləşdirilməsini və populyasiya xarakterlərini öyrənməkdən ibarətdir.Bundan sonra gəmiricilərin sayının azaldılmasını və əhalinin xəstələnməsinin taktiki və strateji seçimini irəli sürməkdir.
Müayinəyə aiddir;
obyektlərə baxım, sorğu yolu ilməlumat toplamaq, gəmiricilərin sayını hesablamaq, görülən işləri qeyd etmək, gəmiricilər tutulduqdan sonra ixtisaslaşmış laboratoriyaya gətirmək, sifarişçi üçün obyektlərdə aşkar olunan gəmiricilərdən mühafizə üçün sanitariya və texniki tədbirlərin həyata keçirilməsi planı tərtib etməldir.Gəmiricilərin olmasını təyin etmək üçün ərazidə tikilmiş və tikilməmiş sahələr: müalicə, uşaq müəssisələri və yeyinti obyektləri iki ayda bir dəfədən az olmayaraq, qalanları rübdə bir dəfə (qalay-tikinti koperativləri, ərzaq məhsuları olmayan anbar binaları,avtodayanacaqlar, qəbiristanlıqlarda , istirahət zonalarında və s.) Müayinə zamanı tikintilərə və tikilməyən ərazilərə baxış, obyektiv metodlardan istifadə edərək gəmiricilərin hesablanmasını müəyyənləşdirmək, əsasən –iz meydanı və əlavə nəzarət tələsi, tələ yemi, gəmiricilərin tutulması, siçovulun yuvalarının tamponlanması.Gəmiricilərin və ya onarın təzə izlərini obyektiv metodla təyin edilməsi (5.4 bənd) qırıcılıq tədbirlərinin aparılma göstəricilərinə xidmət edir. Yaşayış məntəqələrindəki yaşayış zonalarında (parklar, bağlar və s.), həmçinin infeksiyanın təbii ocaqlarında epidemioloji göstəricilərə görə gəmiricilərə qırıcı tədbirlərin aparılmasıdır.Gəmiricilər yayılan obektlərdə vaxtaşırı profilaktik qırıcılıq tədbirlərini (uzun müddətli zəhərli nöqtələrin hazırlanması, miqrasiya edən gəmiricilərin azalması ) aparmaq lazımdır.
Gəmiricilərin bütün tikinti meydançalarında sayının azalması üçün tədbirlərin aparılması: ümumi əsas sahə (mənzil , dəhliz, divar şkafları, sanitariya qovşagı , mətbəx , pilləkənlər , xol və s.)və köməkçi sahə (zirzəmilər ,dam, zibilxana, qaraj, saray,istixana), həmçinin tikilməyən ərazi gəmiricilərin mübarizə tədbirləri normativ metodik sənədlər əsasında aparılmalıdır.Zoonoz infeksiyaların ocaqlarında deratizasiya işləri metodik məlumatlara əsasən aparılır.
Qablaşdırılmamış ərzaq məhsulları saxlanılan binalarda, zərərli örtüklərin istifadəsi qadağandır (Yapışan və tozlanan).Qablaşmamış ərzaq məhsullarının yaxınlarında səpgili zərərli maddələrin yerləşdirilməsi, istifadəsi qadağandır. tərəfindən zəif zədələnən ərzaq qabların (katdon qutu, kağız paketlər, kisələr və s.) yerləşdiyi yerlərdə rodentisit vasitələrindən istifadə edilir, rodentisitli bloklardan (parafində, mumda) xüsusi mühafizə koperativlərindən istifadə oluna bilər ki, gəmiricilər tərəfindən zəhərli maddələr daşındıqda yeyinti məhsullarına onlar düşməsin. Qeyri–sağlam epidemioloji situasiya baş verərsə intensiv profilaktiki qırıcılıq tədbirləri aparılır, lazım gəldikdə həmin obyektin fəaliyyəti müvəqqəti dayandırılır.Uşaq müəssisələrininlərinin gəmiricilərdən mühafizəsi üçün sanitar-profilaktiki və qırıcılıq tədbirləri həm uşaq obyektlərində və həm də onun ətrafindaki obyektlərdə gəmiricilərə qarşı tədbirlər aparılmalıdır.Bu işin aparılması üçün mütəxəssislər cəlb olunmalıdır.Uşaq obyektlərində deratizasiyada kimyəvi və fiziki vasitələrdən istifadə etməklə maksimal təhlükəsizlik tədbirlərini həyata keçirirlər. Uşaqların onlarla təmasda olamasına yol verməmək lazımdır.
Kəskin təsir edən zəhərlə və ya zəhərin hər hansı növü ilə toz şəklində işlətmək qadağandır; Binalara tələ yemlərini deratizasiya məqsədi ilə işlətdikdə zəhərli maddələri uşaqlardan uzağa, əlçatmaz yerlərə və ya onların o yerlərdə olmadığı vaxtlarda işlətmək olar.↵Zəhərli tələ yemlərini ancaq xüsusi tutumların üzərində yalnız gəmiricilərin istifadə edə biləcəyi tutumlarda yerləşdirmək olar. O maddələr qida məhsullarından, dərmanlardan və məişət əşyalarından kənar yerlərdə olmalıdır;
Zəhərli örtükləri yalnız xüsusi tutumların vertikal səthinə yerləşdirmək məsləhətdir.Tutumların tələ yemləri ilə örtüklərlə nömrələnmələrini təmin etmək, imzalayıb sifarişçiyə vermək, sonradan deratizasiya vasitələrinin qalıqlarını toplayıb utilizasiya etməkdir. Sonradan bütün gəmiricilərin cəsədləri toplanılır və diqqətlə yığışdırılır otaqlarda təmizlik işləri aparılır.
Gəmiricilərlə fiziki vasitələrlə mübarizədə (tələlər,verşlər,yapışqan və s. maddələr) bütün obyektlərdə istifadə edilir.Zibil kameralarında gəmiricilərin yüksək sayda olduğu zaman, intensiv deratizasiya işləri aparmaqla 24 saat müddətində zibil borusu bağlanılır, belə halda əhaliyə əvvəlcədən deratizasiyanın aparılması müddəti və təhlükəsizlik tədbirləri haqqında xəbər verilməlidir. Gəmiricilərin sayının azalmasına qırıcılıq işləri aparıldıqdan 3 ay sonra təminat vermək olar. Obyektlərin bütün sahələrində (tikilməmiş ərazilərlə birlikdə) iş sifarişçi tərəfindən obyektlərin sanitar və texniki tələbatına uyğun hesablanmalıdır. Deratizasiyanın keyfiyyətinə nəzarət 3 səviyyədə aparılır.
- Özünə nəzarət (detratizasiya aparanların gücü ilə);
- Daxili nəzarət (biriqadalarının və ya mütəxəsislərin gücü ilə );
- Ekspert nəzarət (digər təşkilatların gücü ilə).
Metodik sənədlər əsasında özünə nəzarət meydançaların və ya başqa nəzarət vasitələri ilə deratizasiya aparılan obyektlərdə paralel komplesk deratizasiya işlərinin aparılması. Daxili nəzarət deratizasiya işləri aparan təşkilatın rəhbərliyinin qərarı ilə deratizasiya tədbirlərinin tənzimlənməsi üçün aparılır. Ekspert nəzarəti deratizasiya tədbirlərini apardıqda ortaya çıxmış qeyri-standart sualların yerinə yetirilməsindən ibarətdir.
Deratizasiya vasitələrinin istifadəsində əsas qaydalar.
Deratizasiya vasitələrindən istifadə etdikdə hər bir vasitə üçün təsdiq edilmiş metodiki göstərişlərə dəqiq riayət edilməli, şəxsi və komunal gigiyena qaydalarına ,ətraf mühitin mühafizəsi tədbirlərinə və əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının həyata keçirilməsinə fikir verilməlidir. Zəhərli deratizasiya rodentisit vasitələri ilə işləməyə ən az 18 yaşlı, xüsusi kurs keçmiş və texniki təhlükəsizlik qaydaları ilə tanış olmuş, nörmativ sənədlərə əsasən əks göstəriciləri olmayan şəxslər işə buraxlır.
Zəhərli vasitələrlə hamilə və uşaq əmizdirən anaların işləməsi qadağandır.Rodentisitlə əlaqəli bütün işlər, o cümlədən , onların qablaşdırılması, cəlbedicilər hazırlanması, obyektlərin (ocaqların) işlənməsi, mütləq pambıq və ya sukon parçadan tikilmiş xüsusi geyimlərdə , əlcəkldə və mühafizə ayaqqabında, gözün və nəfəs orqanlarının mühafizəsi üçün fərdi mühafizə vasitələrindən mütləq istifadə edərək işləmək lazımdır.
Nəfəs orqanlarının tozdan qorunması üçün toz əleyhinə respiratorlardan "Astra","F-62 Ş", "Lepestok" tipli, qaz əmələ gətirən vasitələrdə — universal tipli respiratorlardan "RU-60m" (DÜİST 17268–74), "RPY-67" (DÜİST 124–004-74), əleyhqaz patronlarından və ya filtirli əleyhqazlardan istifadə olunur.
Əl dərisinin tozvari vasitələrdən mühafizəsi üçün pambıq əlcəkdən, maye ilə işlədikdə tekniki rezin əlcəkdən istifadə olunması məsləhət görülür.Tibbi (anatomik və ya cərrahiyyə) əlcəklərdən istifadə etdikdə onların yararlılığına diqqət etmək, əgər əlcək nəm olarsa və ya təsadüfən rodentisit vasitələri düşərsə, o zaman onu quru və təmiz əlcəklə dəyişmək lazımdır.
Gözlərə rodentisit vasitələrinin düşməməsi üçün "RO-3"və ya "ZN" tipli hemetik eynəklərdən istifadə olunmalıdır və paylaşdırıldıqda qaşıqdan, xətəngazdan istifadə etmək lazımdır ki, zəhər əlin dəri hissəsi ilə təmasda olmasın. Xüsusi fərdi mühafizə (XFM) geyimlər, xüsusi ayrılmış, təbii və düzəldilmiş ventilyasiya sistemi olan otaqlarda şkaflarda saxlanılmalıdır. Evdə həmçinin şəxsi geyimləri rodentisitlə bir yerdə saxlamaq qəti qadağandır. Bütün tədbirlər rodentisitlə çirklənmiş xüsusi geyimlərin zərərsizləşdirilməsi, işdə istifadə olunan nəqliyyat vasitələrinin , bağlamaların, qabların zərərsizləşdirilməsi XFM geyimlərdə otaqdan kənarda və ya xüsusi otaqlarda (axımlı – sorucu ventilyasiya ) zərərsizləşdirilir.
Rodentisitlə işlədikdən sonra xüsusi geyimi çırpmaq,qurutmaq lazımdır. Xüsusi geyimlərin yuyulması və təmiri rəhbərliyin nəzarəti altında aparılır. Çirklənməsindən asılı olaraq ən az həftədə bir dəfə yuyulmalı (hansı vasitələrlə çirklənməsini göstərməklə). Xüsusi geyimləri evdə və bu içlərə yararsız otaqlarda yumaq olmaz. Rodentisitlə işlədikdə hər 45–50 dəq sonra 10–15 dəqiqə tənəffüs olmalıdır. Bu vaxt xüsusi geyim və nəfəs orqanları və göz üçün olan XFM geyimlərini çıxarıb təmiz havada olmaq lazımdır. Bütün rodentisitli vasitələrlə işlədikdə şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.
Yemək , içmək və siqaret çəkmək qadağandır.Rodentisidin və ondan hazırlanmış vasitələrin, dəriyə, ağıza və gözə düşməsinə imkan verməmək. Əgər əməkdaşların əllərində yara, cizilma və dəri qıcıqlanması varsa o işə buraxılmır. İşdən sonra əllər, üz və bədənin açıq hissələri mütləq sabun və su ilə təmiz yuyulmalı və ağızı su ilə yaxalamaq, iş növbəsi qurtardıqdan sonra gigiyenik duş qəbul etmək lazımdır. Deratizasiya işi aparan şəxslər, gəmiricilər vasitəsi ilə necə infeksiya mənbəyi kimi o xəstəliklərə yoluxmamaq üçün həyata keçirməlidirlər:
xüsusi geyimlə işləməli;
gəmiriciləri əlcək geyilmiş əllə, korsangenlə və s. götürmək;
gəmiricilərin dişləməsindən , onların ekskrimentlərindən dəriyə və qidaya düşməsinə yol verməmək;
böyrək sindromlu hemorragik qızdırma və başqa aerogen yolla yoluxa bilən infeksiya ocaqlarında respiratorlardan istifadə olunmalıdır;
transmissiv infeksiya baş vermiş xəstəlik ocaqlarında keçici həşəratlardan qorunmaq tədbirlərini həyata keçirmək;
Gəmiricilərlə və onların ekskrimentləri ilə əllə və onların ekskrimetləri ilə əlaqədə olduqda rəsmi icazə verilmiş dəriantiseptiklərindən istifadə edilməlidir ( 70 % -li etil spirti, 0,5 %-li xloramin məhlulu və başqaları). Yüksək riskli obyektlərdə dezinfektorlar qrup və ya briqada ilə işləməli, ən azı 2 nəfər xüsusi hallarda (şaxtalarda və s.) ən azı 4 nəfər oranı yaxşı tanıyan şəxslərin müşayəti ilə aparılmalı.
Rodentisitli vasitələr xarici görünüşü ilə ərzaq məhsullarından, yemdən,ev əşyalarından, uşaq oyuncaqlarından, dərman preparatlarından fərqlənirlər.Bu isə vəsaitin rənglənməsi, formasının dəyişilməsi, xüsusi qablaşma və markalanma (nişanlama) yolu ilə həll edilə bilər. Zəhərli cəlbediciləri hazırladıqda parçalanmamış günəbaxan tumlarından və ya başqa ərzaqlardan, insanları özünə cəlb edənlərdən istifadə etmək qadağandır. ixtisaslaşmış xidmət deratizasiya üçün örtük və ya cəlbedici yemlər hazırladıqda xüsusi avadanlıqları olan otaqlarda – lobaratoriyalarda hazırlanmalıdır.
Laboratoriyanın ayrıca giriş qapısı olmalıdır. Ora və qonşu otaqlara kəskin ərzaqdan fərqli iyli, o cümlədən dezinfeksiya və dezinseksiya vasitələrinin gətirilməsi qadağandır.[1] Zəhərli materiyallarla bütün işlər – tələ yeminin hazırlanması, qablaşdırılması – laborotoriyada sorucu şkaflarda aparılmalıdır. Laborotoryadan kənarda zərərli cəlbedici yemin hazırlanması qadağandır.
Laborotoriyada qida məhsullarının saxlanması, qidanın qəbulu, kənar şəxslərin və ev heyvanlarının olması qəti qadağandır. Sənədlərin yazılması, paltarın dəyişilməsi laborotioriyadan kənarda və ya xüsusi ayrılmış otaqlarda aparılır.
İstinadlar
redaktə- ↑ *Qasımov,M.S- Sahibkarlar üçün sanitariya və gigiyena qaydalar İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. "Epidemiologiya"Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2012, 728 səh.