Deniel Dey Luis - Wikipedia
Deniel Day-Lyuis (ing. Daniel Michael Blake Day-Lewis, 29 aprel 1957[1][2][…], Kensinqton və ya London[3]) — ingilis aktyorudur.
Deniel Dey-Lyuis | |
---|---|
Daniel Day-Lewis | |
Doğum adı | Daniel Maykl Blek Dey-Lyuis |
Doğum tarixi | 29 aprel 1957[1][2][…] (67 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı |
Böyük Britaniya İrlandiya |
Partnyoru |
|
Atası | Sesil Dey-Lyuis |
Anası | Cill Belkon |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1971-2017 |
İstiqamət | Dram, Tarixi, Bioqrafik |
Üzvlüyü | |
Mükafatları | "Oskar"(1990, 2008, 2013) "Qızıl qlobus"(2008, 2013) "BAFTA"(1990, 2008, 2013) |
IMDb | ID0000358 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDeniel D. Lyuis 1957-ci il aprelin 29-da Londonda, şair Sesil Dey-Lyuis və aktrisa Cill Belkonun ailəsində dünyaya göz açmışdır. İrland əsilli atası iki yaşından etibarən İngiltərədə yaşayırdı. Anası yəhudi əsillidir. Lyuis uşaqlıq illərindən öz davranışına görə valideynlərinin hiddətinə səbəb oldu və onu Kent vilayətində yerləşən “Sevenoaks School”-a göndərdilər. Bu məktəbə nifrət etməsinə baxmayaraq, o, burada maraq göstərdiyi üç sahə ilə tanış oldu: ağacişləmə, aktyorluq və balıqçılıq. İki ildən sonra onu digər məktəbə, Hempşirdə yerləşən “Bedales”-ə köçürdülər. 14 yaşında Lyuis "Sunday Bloody Sunday" (az.Qanlı Bazar Günü) filmində çox kiçik rolda debüt etdi və buna görə 2 avro qazandı. O, həmin anları “cənnət” deyə təsvir edirdi. 1975-ci ildə etibarən o, artıq karyera qurmaq istəyində olduğunu anladı. O, mebel düzəldən olmaq üçün 5 illik kursa yazıldı, lakin təcrübəsizlik ona bu peşə ilə məşğul olmağa icazə vermədi. Lyuis “Bristol Old Vic Theatre School”-a qəbul oldu və 3 il burada oxudu 1980-ci illərin əvvəllərində o, teatr və televiziyada bir sıra rollar ifa etdi. 1982-ci ildə "Qandi" filmində Qandiyə daim ilişən "Kolin" obrazını canlandırdı. Lyuis “A Room with a View” (Mənzərəli Otaq) filmi ilə daha çox tanındı.
Və nəhayət 1989-cu ildə uğur onun üzünə güldü. Həmin il rejissor Cim Şeridanın "My Left Foot" (az.Sol Ayağım) filmində iflic olmuş yazıçı Kristi Brounun obrazını peşəkarcasına oynadı və onlarla mükafata, cümlədən “Ən Yaxşı Aktyor” kateqoriyasında Oskara sahib oldu. Filmin çəkilişləri zamanı Lyuis rolundan çıxmayaraq bütün çəkiliş müddəti ərzində əlil arabasında hərəkət etmişdi. 1992-ci ildə “The Last of the Mohicans” (Sonuncu Mogikan) filmi işıq üzü gördü. O, filmin baş qəhrəmanını həqiqətən də “yaratmaq” üçün bir müddət meşədə yaşadı, ovçuluq, balıqçılığı öyrəndi.
Növbəti il "In the Name of the Father" (az.Ata Uğrunda) filminə görə Oskar, BAFTA və Qızıl Qlobus nominasiyalarına layiq görüldü. Filmə görə böyük miqdarda çəki itirdi, bir müddət həbsxanada vaxt keçirdi. Martin Skorsezenin “The Age of Innocence” (Günahsızlıq Dövrü) filmində Vaynona Rayder və Mişel Pfayferlə birlikdə rola aldı. 1997-ci ildən sonra Lyuis çəkilişlərə beş il fasilə verdi. 2002-ci ildə Skorsezenin "Gangs of New York" (Nyu-York Bandaları) filmi ilə yenidən kinoya qayıtdı. Leonardo Di Kaprionun da rol aldığı filmdəki roluna görə Lyuis yenidən bir çox mükafatlara layiq görüldü, Oskara namizəd oldu. Lyuis yenə də öz xarakterinə uyğunlaşmaq üçün qəssab sənəti ilə maraqlandı, hətta çəkiliş zamanı pnevmaniyaya yoluxsa da, müalicədən imtina etdi.
2007-ci ildə Pol Tomas Andersonun "There Will Be Blood" filmi ekranlara çıxdı. Film Apton Sinkleyrin “Neft” əsəri əsasında çəkilmişdi. Lyuis filmdəki roluna görə demək olar ki, bütün mümkün mükafatları qazandı. SAG (Aktyorlar Gildiyası) mükafatının təqdimetmə mərasimində Lyuis bir müddət öncə vəfat etmiş dostu Hit Leceri yad etdi. 2009-cu ildə “Nine” (9) myuzik filmindəki roluna görə Lyuis bir qədər tənqidlə üzləşdi. Lakin yenə də bəzi mükafatlara namizəd oldu. 2010-cu ilin noyabrında Lyuis S.Spilberqin "Lincoln" filmində Avraam Linkoln rolunda çəkilmək üçün təsdiq edildi. Film 2012-ci ilin dekabrında işıq üzü gördü. 2013-cü il Oskar təqdimetmə mərasimində yaratdığı Abraham Linkoln roluna görə üçüncü dəfə Oskara mükafatına sahib oldu.
Ailəsi
redaktəLyuis 1996-cı ilə kimi fransız aktrisası İzabella Adyani ilə münasibətdə oldu. 1995-ci ildə onların oğlu dünyaya gəlimişdi. 1996-cı ildən etibarən isə Lyuis məşhur yazıçı Artur Millrin qızı, aktrisa Rebekka Miller ilə evlidir. Onların iki oğlu var.
Filmoqrafiya
redaktə- Linkoln (film, 2012) / Lincoln
İstinadlar
redaktə- ↑ 1 2 Daniel Day-Lewis // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Pas L. v. Daniel Day-Lewis // Genealogics (ing.). 2003.
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.