Dejo Kostolanyi - Wikipedia
Dejö Kostolanyi (mac. Kosztolányi Dezső; 29 mart 1885[1][2][…], Subotiça – 3 noyabr 1936[1][2][…], Budapeşt) — Macarıstan şairi və nəsr yazıçısı.
Dejö Kostolanyi | |
---|---|
mac. Kosztolányi Dezső | |
Doğum tarixi | 29 mart 1885[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 1936[1][2][…] (51 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşağı |
|
Atası | Arpad Kostolanyi[d] |
Fəaliyyəti | şair, ədəbiyyat tənqidçisi, tərcüməçi, jurnalist, esseist, yazıçı |
Əsərlərinin dili | Macar dili |
Üzvlüyü | |
Dejö Kostolanyi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKostolanyi 1885-ci ildə Serbiyanın Voevodina vilayətinin Suboçita şəhərində anadan olmuşdur. Suboçita şəhəri Kostolanyinin "Skylark" və "Qızıl çarpələng" novellarında yer alan Sersiq şəhərinin modeli idi. Fizika və kimya professoru və məktəb müdiri olan Arpad Kostolanyi (1859–1926) və fransız mənşəli olan Eulalia Brennerin övladı idi. Orta məktəbə Subotiça şəhərində başlamışdı, lakin sonra müəllimi ilə münaqişə etdiyinə görəməktəbdən qovuldu və Seqed şəhərində xüsusi şəraitdə təhsilini başa vurdu. 1903-cü ildə Budapeştə köçdü və Budapeşt Universitetində təhsil almağa başladı və o, burada Mihay Babiç və Dyula Yuhas ilə tanış oldu.
1908-ci ildə Kostolanyi Parisə köçən Endre Adini əvəz edərək Budapeştdə bir qəzet mətbəəsində müxbir kimi işləməyə başladı. 1910-cu ildə "Balaca yazıq uşağın şikayətləri" (The Complaints of a Poor Little Child) adlı ilk poemalar kitabı ona böyük bir müvəffəqiyyət gətirdi. Kitabın nəşri yaradıcılığında məhsuldar bir dövrün başlanğıcı hesab edilirdi. 1910-cu ilin qışında aktrisa İlona Harmos ilə tanış oldu; 1913-cü ilin 8 mayında ailə həyatı qurdular. Kostolanyi 1936-cı ildə xərçəng xəstəliyindən vəfat etdi.
Fəaliyyəti
redaktəMacarıstan ədəbiyyatının canlandırılmasında əvəzsiz rol oynayan Nyuqat ədəbi jurnalı 1908-ci ildə təsis edildi və Kostolanyi onun ilk təşəbbüskarlarından biri idi.
Ədəbi fəaliyyətinə 1920-ci illərdə başlayan Kostolanyi romanlar, qısa hekayələr və qısa nəsr əsərlərinin müəllifidir. Onun əsərlərinə "Nero", "Qanlı poema", "Skylark", "Qızıl Çarpələng", "Kornel Esti" və "Anna Edeş". 1924-cü ildə "Kədərli insanın şikayətləri" adlı əsərini nəşr etdirdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktəBiblioqrafiya
redaktə- Kornel Esti. New Directions, 2011.
- Skylark. NYRB Books, 2010.
- Anna Edes. Quartet, 1991.
- Darker Muses: The Poet Nero. The Book Service LTD, 1990.
Xarici keçidlər
redaktə- Kosztolányi tərəfindən əsərlər Qutenberq layihəsində
- Əsərləri və ya müəllifi olduğu işlər: Dejö Kostolanyi İnternet arxivində
- Dejö Kostolanyi tərəfindən əsərlər LibriVox-da (açıq audi-kitablar)
- Dawnstruck (translation of his poem)