Debrecen Universiteti - Wikipedia
Debretsen Universiteti (ing. University of Debrecen, mac. Debreceni Egyetem) — Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşən və ölkənin ən böyük və qədim universitetlərindən biridir. Debretsen Universiteti 30.000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Universitet Macarıstanın ən nüfuzlu ali məktəblərindən biridir və “Research Excellence” (Tədqiqat Mükəmməlliyi) titulunu daşıyır.
Debretsen Universiteti | |
---|---|
Debreceni Egyetem[1] | |
47°33′14″ şm. e. 21°37′17″ ş. u.HGYO | |
Əsası qoyulub | 1538 |
Tip | Dövlət |
Tələbə sayı | 30 mindən çox |
Şəhər | Debretsen |
Ölkə | |
Sayt | unideb.hu |
Vikianbarda əlaqəli mediafayllar |
Kampusu
redaktəUniversitetin iki əsas kampusu var və hər ikisi də Debretsendədir. Ən qədim əsas kampusda İncəsənət, İnformatika, Tibb, Musiqi fakültələrinin departamentlərinin çoxu və botanik bağ yerləşir. “Kassai-road campus" adlı yeni kampusda isə Hüquq və İqtisadiyyat fakültələrinin bir çox binaları yerləşir. Bu iki kampusdan başqa, şəhərdə universitetin bir çox kiçik binaları da fəaliyyət göstərir. Məsələn, Fizika departamentləri və Atom Tədqiqatı İnstitutu “mini kampus” şəklində bir binadadılar və ya Aqronomiya fakültəsi. Universitetin kampusu Mərkəzi Avropada ən gözəl və böyük kampuslardan biridir[3]. Böyük parkla əhatə olunmuş eleqant tarixi binalar və yeni modern tikililər təhsil almaq və yaşamaq üçün şərait yaradır. Akademik həyatdan əlavə xeyli mədəni və əyləncəli tədbirlər tələbələrin kampus həyatını maraqlı edir. Ali məktəb demək olar ki, bütün idman növləri üçün lazım olan təchizata malikdir.[4]
Kitabxana
redaktəUniversitetin kitabxanası Macarıstanın ən böyük kitabxanasıdır və ölkənin iki milli kitabxanalarından biridir (digəri isə Budapeştdəki Milli Seçeni Kitabxanasıdır).ITUniversitet, Macarıstanın ən böyük kompüter klasterinə sahibdir (203 TFlop/s) və “Leo” adlanır (Leo Silardın şərəfinə). Bu qurum 2015-ci ildə dünyanın top 500 superkompüter şəbəkəsi sərasında 370-ci yeri tutub.
Yataqxana
redaktəKampusda əcnəbi tələbələr üçün iki tələbə hosteli var. Bu hostellər kampus ərazisindədir və əsasən əcnəbi tələbələr üçün nəzərdə tutulub. Yataqxanada bir, iki və üç otaqlı mənzillər var. Hər mənzilin öz mətbəxi (soyuducu, mikrodalğalı soba, elektrik soba) və duş otağı var. Otaqlar telefon, televizor və internet bağlantısı ilə də təchiz olunub. Hostelin, həmçinin, kompüter otağı, idman zalı, sauna, yuma və qurutma otağı, maşın üçün parkı və digər xidmətləri də var.[5]
Üstünlükləri
redaktə- Ali məktəb Macarıstanın ikinci ən böyük şəhəri olan Debretsendə yerləşir. Bu şəhərdə yaşayan şəxslərin 10%-dən çoxu bu ali məktəbin tələbəsidir;
- Universitetin əcnəbilər üçün çoxsəpkili ixtisaslar üzrə müxtəlif dərcələrdə (hazırlıq, bakalavr, magistratura, doktorantura) proqramları var. Ümumi tibb, əczaçılıq, stomatologiya, həmçinin müxtəlif növ təbiət elmləri, informasiya texnologiyaları, mühəndislik, incəsənət, iqtisadiyyat, biznes və s. sahələr üzrə ingilis dilində yüksək təhsil təklif edir;
- Ali məktəbin 29 minə yaxın tələbəsi var, bunlardan 3700-ü 80 ölkədən olan əcnəbi tələbələrdir. Bu göstəriciyə əsasən ali məktəb Macarıstanda əcnəbi tələbələrin sayına görə birinci yeri tutur;
- Bu universitet Macarıstanın beş elit tədqiqat universitetindən biridir, belə ki, universitetin 1500-ə yaxın mühazirəçisi 15 müxtəlif fakültədə çalışır;
- Tələbələrinin və məzunlarının rəqabətli diplomla regional, milli və ya beynəlxalq iş bazarına daxil olması üçün universitet bütün lazımi bacarıqları və bilikləri aşılayan yüksək keyfiyyətli təhsil verir;
- Mühazirəçilərin 1000-dən çoxu doktorantura (PhD) dərəcəlidilər, universitetin özünün də 25 doktorantura məktəbi var. Beynəlxalq səviyyədə qəbul edilən və tanınan elmi nəşrləri və layihələri universitetin elmi gücündən xəbər verir. Ali məktəbin 139 mühazirəçisi, Macarıstan Elmlər Akademiyasının doktorudur, 27-si isə həmin Akademiyanın üzvüdü;
- Universitetin tədqiqat mərkəzi fəaliyyət göstərir, burada ölkənin 14-15% tədqiqat işləri görülür. İllik 17 milliyon avro tədqiqat və inkişaf (R&D) gəliri ilə Debretsen Universiteti, Mərkəzi və Şərqi Avropanın ən sürətlə inkişaf edən bilik mərkəzlərindən biridir.[6]
Beynəlxalq fəaliyyəti
redaktəBu ali məktəbdə beynəlxalq proqramlar 1987-ci ildə tədris olunmağa başlayıb və əcnəbi tələbələrə dəyərli və beynəlxalq səviyyədə tanınan diplom almaq imkanı verir. Hazırda dünyanın əksər regionlarından bu ali məktəbdə təhsil almağa gəlmiş əcnəbi tələbələrin sayı 3 700 ətrafındadır. Əcnəbi tələbələrə tədris olunan proqramlarda hər şey ingiliscədir.
Proqramları
redaktəTibbdən tutmuş mühəndisliyə və musiqiyə qədər çoxsəpkili tədris proqramları ilə bu ali məktəb Macarıstanda müxtəlif dərəcələr (bakalavr, magistratura, doktorantura) üzrə ən geniş seçimi təklif edir. 40 proqram, o cümlədən Tibb, Stomatologiya, Əczaçılıq, müxtəlif xarakterli mühəndislik, biznes, menecment, kənd təsərrüfatı və informasiya texnologiyaları proqramları tamamilə ingilis dilində tədris olunur.[7]
Hazırlıq
redaktə- İngilis dili kursu (foundation)
- İntensiv ingilis dili kursu
- Qısa ingilis dili kursu
- Hazırlıq ili
- İntensiv hazırlıq semestri
- Yay məktəbi
- Tibbi hazırlıq kursu
- Qısa tibbi hazırlıq kursu
- Musiqi nəzəriyyəsi və tədqiqatları, xor dirijorluğu
- Klassik musiqi alətlərləri və səs tədqiqatları
Bakalavr
redaktə- Fizioterapiya
- İctimai səhiyyə
- Ümumi tibb (müalicə işi)
- Stomatologiya
- Əczaçılıq
- Qida mühəndisliyi
- Texniki menecment
- Biznes idarəçiliyi və menecment
- Kompüter elmləri mühəndisliyi
- Kompüter elmləri
- Biznes informatika
- Biokimya mühəndisliyi
- Kimya mühəndisliyi
- Mülki mühəndislik
- Elektrik mühəndisliyi
- Maşınqayırma
- Mexatronika mühəndisliyi
- İngilis dili və ədəbiyyatı
- Kənd təsərrüfatı mühəndisliyi
- Aqrobiznes və kənd təsərrüfatı rayonlarının inkişafı mühəndisliyi
- Performans (musiqi)
- Musiqi yaradıcılığı sənəti və musiqişünaslıq
Magisratura
redaktə- İctimai səhiyyə
- Molekulyar biologiya
- Kimya
- Beynəlxalq iqtisadiyyat və biznes
- Kompüter elmləri
- Mexatronika mühəndisliyi
- İngilis dili və ədəbiyyatı
- Amerikaşünaslıq
- Avropa və beynəlxalq biznes hüququ
- Kənd təsərrüfatı mühəndisliyi
- Heyvandarlıq
- Ərzaq təhlükəsizliyi və keyfiyyəti
- Ətraf mühitin menecmenti
- Aqrobiznes menecmenti
- Performans (musiqi)
Doktorantura
redaktə- Biologiya və ətraf mühit elmləri
- Kimya
- Yer elmləri
- İnformatika
- Riyaziyyat və kompüter elmləri
- Fizika
- İngilis dili və ədəbiyyatı
- Amerikaşünaslıq
- İngilis dilinin linqvistikası
- İqtisadiyyat
- Kənd təsərrüfatı məhsulları elmləri
- Heyvandarlıq
- Bağçılıq
- Qida elmləri
- Regional elmlər[8]
Reytinqi
redaktəAli məktəb tibb təhsili üzrə dünyada 151-200-cü yerlərdə qərarlaşıb.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ https://web.archive.org/web/20201209131617/http://en.study-hungary.com/universities/university-of-debrecen.
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ "Interview with Dr. László Kozma, Program Director Of Non-Medical Related Programs At The University Of Debrecen". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-30.
- ↑ "Telebe.az: Macarıstanın ən böyük kampusa malik dövlət universitetinin proqram direktoru ilə müsahibə". 2014-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-28.
- ↑ "debrecen-university.com Kampus". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
- ↑ "debrecen-university.com Niyə biz?". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
- ↑ "University of Debrecen". 2014-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-28.
- ↑ "debrecen-university.com İngilis dilində tədris olunan proqramlar". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
- ↑ [Topuniversities.com http://www.topuniversities.com/university-rankings/university-subject-rankings/2015/medicine#sorting=rank+region=+country=+faculty=+stars=false+search=debrecen Arxivləşdirilib 2017-08-13 at the Wayback Machine]